Ana səhifə »  Xəbər lenti »  YAP sözün əsl mənasında ümumxalq partiyasıdır
A+   Yenilə  A-
YAP sözün əsl mənasında ümumxalq partiyasıdır

Ölkənin siyasi aləmində demokratik ənənələrin inkişafı zamanın tələbidir. Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının VII qurultayı mühüm ictimai-siyasi hadisə kimi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Şübhəsiz ki, məhz ideoloji prioritetlərin vəhdətliyi bu 6 siyasi partiyanın iqtidar partiyasına qoşulmasının səbəbidir. Yəni, Azərbaycanda təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi ölkənin ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdu. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması həmin partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdu. Ona görə də həmin partiyalar YAP-a birləşmək haqqında qərar qəbul etmişdilər. Digər tərəfdən, bu proses bir daha sübut edir ki, ölkədəki dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olur. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

Əlbəttə ki, siyasi rəqabətin əsas aləti kimi partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasına da yeni imkanlar yaradır. Bu partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmaq istəyi YAP-ın, sözün əsl mənasında, xalq partiyası olduğunu bir daha sübut edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Azərbaycanın gücünün, qüdrətinin artması, xüsusilə də 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. Təbii ki, bütün bunlar Azərbaycanın bütün vətəndaşları kimi, siyasi partiyalar tərəfindən də dəstəklənir. Siyasi partiyaların mütləq əksəriyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyərək ölkəmizdə milli birliyin və həmrəyliyin təmin olunmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar həyata keçirildi və bu islahatlar nəticəsində ölkəmizin siyasi sistemində keyfiyyətcə yeni, konstruktiv dialoq və plüralist əməkdaşlıq mərhələsi başlandı. Vətən müharibəsində 50 siyasi partiya Prezident İlham Əliyevi dəstəklədiyini bəyan etdi, eyni zamanda, müxtəlif regional və beynəlxalq təşkilatlara müraciətlər göndərdi və beləliklə, Azərbaycanın siyasi sisteminin milli məsələlərdə həmrəy olduğunu göstərdi. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.

Reallıq budur ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların keçirilməsi, aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, ümumdövlət məsələlərində vahid mövqe yaranıb. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaradıb. Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentə çevrilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir. Siyasi rəqabətin əsas motivi partiyaların güclənməsi, eyni zamanda, vətəndaş maraqlarının müdafiə olunmasında yeni imkanların yaradılmasıdır. Sözsüz ki, YAP-ın son qurultayının gəldiyi nəticələr, alınan qərarlar ölkəmizin daha da inkişaf etdirilməsinə önəmli təsir göstərəcək.

Beləliklə, 6 partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Azərbaycanda milli birliyin, həmrəyliyin artmasına, YAP-ın siyasi mövqeyinin daha da güclənməsinə xidmət edən uğurlu bir addımdır. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidar partiyasına olan etibar və inamdan irəli gəlir.

Əfəndi İbrahimli
YAP Səbail rayon təşkilatının baş məsləhətçisi, rayon Gənclər Birliyinin İdarə heyətinin üzvü

 
  • Oxunub:  3240  |  
  • Tarix:  07-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət
10 May 16:49
Azərbaycanda koronavirusa 371 yeni yoluxma faktı qeydə alınıb
10 May 16:21
Ankarada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
10 May 16:19
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirilib
10 May 16:17
Türkiyənin ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
10 May 16:05
MEDİA tərəfindən media ekspertlərinin və nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib
10 May 15:57
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10 May 15:52
Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
10 May 15:49
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yevlaxda ağacəkmə aksiyası keçirilib
10 May 15:01
Daxili İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıb
10 May 14:56
Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
10 May 14:52
Pərvin Kərimzadə: Heydər Əliyev yolu Azərbaycanı yeni zəfərlərə aparacaq
10 May 14:35
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
10 May 14:02
Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub
10 May 12:33
Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir
10 May 12:27
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 May 12:10
Parlamentdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA