Ana səhifə »  Xəbər lenti »  İnformasıya müharibəsinin növbəti mərhələsi...
A+   Yenilə  A-
İnformasıya müharibəsinin növbəti mərhələsi...

Ötən günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dörd saatdan çox davam edən mətbuat konfransı həyata keçirdi. Konfransda 35-dən çox ölkənin media nümayəndəsinin 50-yə yaxın sualı cavablandırıldı. Cənab Prezidentin verilən hər bir suala cavabı regiondakı yeni reallıqların və gələcək perspektivlərin açıqlanması baxımından olduqca əhəmiyyətli idi. Bir çox maraqlı anlarla yadda qalan konfrans həm də xarici mətbuat nümayəndələrinin ölkə başçımızla bağlı şərhləri ilə diqqət çəkdi. Bir çox politoloqun şərhinə nəzər yetirsək görərik ki, mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti qələbəsi kimi təqdim olunur. Qeyd edək ki, konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev böyük təmkin və səbrlə bütün suallara aydınlıq gətirdi. Dövlətimizin başçısı hətta spekulyativ xarakterli suallara belə nəzakətlə, ətraflı, məntiqli və dəqiq cavablar verərək, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərkisilah etdi.

Məlumdur ki, media müasir dövrümüzdə ən güclü silahlardan biridir. Hətta bir çoxları tərəfindən “4-cü hakimiyyət” olaraq  da adlandırılır. Buna görə də müasir dünyada müharibənin sadəcə cəbhədə getdiyini düşünmək ən yaxşı mənada sadəlövhlükdür. Birinci Qarabağ Müharibəsindən və onun bizim üçün nəticələrindən də aydındır ki, müharibə cəbhədə getdiyi qədər diplomatiya və informasiya müstəvilərində də gedir. Əminliklə deyə bilərik ki, 44 günlük Vətən Müharibə dövründə Azərbaycan Prezidenti informasiya müharibəsində ən az səngərdə olduğu qədər mübarizə aparmış və oradan da qalibiyyətlə ayrılmışdı. Bu baxımdan sözü gedən konfransın müharibədən sonrakı dövrdə ölkəmizin mövqeyinin və gələcək planlarının ortaya qoyulması baxımından xüsusi əhəmiyyəti var idi.

Konfransda diqqət çəkən bir neçə ana qayıtmaq istərdim. Xüsusilə, qardaş Türkiyənin həm 1992-1993-cü illərdə Birinci Qarabağ müharibəsi dövründə, həm də 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana verdiyi açıq dəstəkdən danışan ölkə başçımız Türkiyənin bu dəstəyinin xalqımız üçün mənəvi baxımdan olduqca vacib olduğunu bildirdi. Bununla yanaşı,  bizə verilən siyasi və mənəvi dəstəyin həm Azərbaycanı gücləndirdiyi, həm də, bir çoxları üçün mesaj olduğu vurğulandı. Mesaj isə açıq aydındır: Azərbaycanın haqq işinə, haqlı mübarizəsinə qarışmayın, mane olmayın. Bəli, anti-terror əməliyyatının ilk günü Türkiyə Respublikası ən yüksək səviyyədə Azərbaycana dəstək oldu. Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyip Erdoğan hələ münaqişənin ilk saatlarından açıqlama verərək bildirmişdir:  "Azərbaycana qarşı hücumlarına yenisini əlavə edən Ermənistan bölgədəki sülh və əmin-amanlığa ən böyük təhlükə olduğunu bir daha göstərdi. Türk Milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında durur ".

Bununla yanaşı, Türkiyə Müdafiə naziri Hulusi Akar, Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın, Türkiyәnin Xarici İşlәr Nazirliyinin mәtbuat katibi Hami Aksoy və bir çox digər rəsmi və qeyri-rəsmi nümayəndələr Azərbaycana qeyd-şərtsiz dəstəklərini ifadə etdilər. Əlbəttə ki, bu dəstək xalqlarımız arasında da davam edirdi. Türk xalqı hər qələbə sevincimizə ortaq oldu, demək olar ki, ölkə başçımızın hər çıxışı, ölkəmizdə olduğu qədər Türkiyədə də həyəcan və coşğu ilə izləndi. Müharibənin aktiv fazasının davam etdiyi günlərdə 12 yaşlı türk qızcığaz yığdığı pulu Azərbaycan Ordusuna göndərdi, digər bir türk gənc öz nişan üzüyünü sataraq pulunu ordumuza göndərdi, yüzlərlə türk vətəndaşı ölkəmizə dəstək üçün Azərbaycana gəlməyə hazır olduğunu bildirdi. Bəli, bütün bunlar, ölkələrimiz arasındakı bağlılığın sadəcə dövlət rəsmiləri arasında olmadığını, xalqlarımızın da bir-birinə dərin köklərlə bağlı olduğunu göstərdi. Bunun məntiqi davamı olaraq bugün də postmüharibə dövründə ölkələrimiz arasındakı əlaqə ən yüksək səviyyədədir. Ölkə başçımızın konfransda ifadə etdiyi kimi Türkiyə və türk şirkətləri işğaldan azad olunmuş torpaqlarımızın yenidən qurulması prosesində iştirak edəcək. Artıq türk şirkətləri ilə ilkin razılaşmalar əldə olunub və kontraktlar imzalanıb.

Mətbuat konfransında Azərbaycan Prezidenti tərəfindən səsləndirilən digər bir vacib açıqlama isə Ordumuzda türk ordusunun kiçik modelinin yaradılması ilə bağlı oldu. Əslində bu da təbiidir. Türk Ordusu bölgəmizin ən güclü ordusudur və Türk Ordusunun praktiki döyüş təcrübəsi olduqca yüksəkdir. Azərbaycanın bu təcrübədən istifadə etməsi və yararlanması Ordumuzun bundan sonrakı inkişafı üçün xüsusi əhəmiyyətli olacaqdır. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətləri ilə yanaşı hərbi sahədə imzalanmış müqavilələr də buna rəvac verir. Məlumdur ki, uzun illərdir ki, birgə keçirilən hərbi təlimlərlə Ordumuzda Türkiyə təcrübəsini öyrənilməsi onsuzda var idi. Şübhəsiz ki, bundan sonra da bu proses yüksələn xətlə davam edəcəkdir.

Sonda xüsusi olaraq vurğulamaq istədiyim digər məsələ isə hazırda regionumuzda formalaşan yeni reallıqlarla bağlıdır. Məlumdur ki, 1992-93-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzündən sonra Türkiyə prinsipial mövqe nümayiş etdirərək bu haqsızlığa göz yummamış, Ermənistanla sərhədlərini və eyni zamanda da diplomatik əlaqələrini kəsmişdir. Bu, Türkiyənin Azərbaycana qardaş münasibətinin əyani təzahürü idi. Əlbəttə ki, biz bu prinsipiallıq üçün Türkiyəyə minnətdarıq. Amma hazırkı şəraitdə  bölgənin gələcək inkişafı üçün bölgə ölkələrinin münasibətlərinin normallaşması təbii ki, Azərbaycan tərəfindən də arzuolunandır. Bu baxımdan Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasına Azərbaycan tərəfinin heç bir mənfi reaksiyası yoxdur. Bizim üçün tək bir reallıq var ki, o da, əgər qardaş Türkiyənin xeyrinə bir proses varsa, sözsüz ki, bu bizim üçün də müsbətdir. Azərbaycan və Türkiyə bir-birinə köklü və dərin əlaqələrlə bağlanmış iki dövlət və xalqdır. Bundan sonra da belə olmağa davam edəcək. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi biz bir millət, iki dövlətik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı.

Xəyalə Cavanşirli

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

 
  • Oxunub:  2730  |  
  • Tarix:  02-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət
10 May 16:49
Azərbaycanda koronavirusa 371 yeni yoluxma faktı qeydə alınıb
10 May 16:21
Ankarada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
10 May 16:19
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirilib
10 May 16:17
Türkiyənin ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
10 May 16:05
MEDİA tərəfindən media ekspertlərinin və nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib
10 May 15:57
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10 May 15:52
Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
10 May 15:49
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yevlaxda ağacəkmə aksiyası keçirilib
10 May 15:01
Daxili İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıb
10 May 14:56
Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
10 May 14:52
Pərvin Kərimzadə: Heydər Əliyev yolu Azərbaycanı yeni zəfərlərə aparacaq
10 May 14:35
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
10 May 14:02
Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub
10 May 12:33
Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir
10 May 12:27
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 May 12:10
Parlamentdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA