Ana səhifə »  Xəbər lenti »  Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
A+   Yenilə  A-
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur

Biz hamımız 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın ən aparıcı media qurumlarına hər gün müsahibələr verdiyinin, Azərbaycanın haqlı mövqeyini dünyaya necə böyük məharətlə qəbul etdirdiyinin şahidi olduq. Həmin müsahibələrdə Azərbaycan Prezidenti hətta qərəzli, bəzən isə açıq-aşkar düşmən mövqelərdən çıxış edən jurnalistlərə qarşı peşəkar siyasətçiyə, dünya səviyyəli liderə məxsus böyük səbir, qətiyyət, soyuqqanlılıq nümayiş etdirərək, onlara tarix, beynəlxalq hüquq dərsi keçirdi. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında isə dünya Azərbaycan həqiqətlərini artıq birbaşa qalib ölkənin birinci şəxsinin dilindən eşitmiş oldu. 4 saat ərzində, 4 xarici dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandıran Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq aləmdə mövqelərini daha da gücləndirdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.

Deputat bildirib ki, əslində bu mətbuat konfransı həm də Ermənistanın hələ də revanşist xülyalara dalan bəzi dairələrinə və onların dünyada olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıq oldu. AHİK sədrinin sözlərinə görə, xarici jurnalistlər tərəfindən verilən sualların həm qoyuluşunda, həm də mahiyyətində artıq dünya ictimaiyyətinin Azərbaycanı bir qalib ölkə və dünya siyasətinə təsir edə biləcək gücə sahib olan bir dövlət kimi qəbul etdiyini təsdiqləyən aşkar notlar yer almışdı: “Prezident İlham Əliyevin keçirdiyi bu mətbuat konfransı da Azərbaycan liderinin jurnalistlərlə keçirdiyi bütün digər görüşləri kimi dolğunluğu, əhatəliliyi və məzmun dərinliyi ilə yadda qaldı. Təbii ki, verilən suallar arasında Qarabağ mövzusu, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişaf perspektivlərinə dair suallar üstünlük təşkil edirdi. Məlumdur ki, Ermənistan hazırda dərin iqtisadi və siyasi böhran içərisindədir. Bəzi revanşist qüvvələr vəziyyətdən yararlanaraq hakimiyyətə gəlməyə çalışırlar. Təbii ki, onların arasında öz məqsədləri naminə Qarabağı yenidən Ermənistana birləşdirmək kimi absurd və gülünc vədlər verənlər də var. Lakin reallıqlara bu baxış prizması, belə yanaşma tərzi erməni xalqına yeni bədbəxtliklərdən başqa heç nə gətirə bilməz. Reallıq isə budur ki, Azərbaycan Vətən müharibəsində qalib gələrək öz ərazi bütövlüyünü təmin etdi. Bu gün artıq Qarabağda və işğaldan azad edilmiş digər ərazilərimizdə bərpa və quruculuq işləri getdikcə artan vüsətlə davam edir. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilir və tam icra edilməlidir. Hətta bu gün Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanatın icrasında hər hansı əskiklik olarsa, Ermənistan daha da ağır duruma düşəcək. Azərbaycan Prezidenti mətbuat konfransının gedişində ona verilən sualları cavablandırarkən bu məqama tam aydınlıq gətirməklə ölkəmizin mövqelərini daha da möhkəmləndirmiş və artıq hər kəsin Azərbaycanı qalib ölkə olaraq qəbul etmək məcburiyyətində olduğunu vurğulamışdır. Yeri gəlmişkən, bir çox xarici jurnalistlərin öz suallarını səsləndirməkdən öncə Prezident İlham Əliyevə etdikləri müraciətlərində ifadə olunan fikirlər onların və təmsil etdikləri qurumların Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirdiklərindən və olduğu kimi qəbul etdiklərindən xəbər verirdi”.

Daha sonra Səttar Möhbalıyev keçirilən mətbuat konfransının Azərbaycan həqiqətlərinin və xüsusilə Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da müstəsna əhəmiyyət kəsb etdiyini vurğuladı: “Əlbəttə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin keçirdiyi bu mətbuat konfransının məhz fevralın 26-da, Xocalı faciəsinin 29-cu ildönümü günündə baş tutması da təsadüfi deyildi. Giriş sözü ilə iştirakçılara müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu qətliam haqqında bir daha ətraflı məlumat verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir. Ölkə Prezidentinin dediyi kimi, bu gün artıq Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır.”

Sonda Səttar Möhbalıyev Rusiyanın “Bolşaya Aziya” mediaholdinqinin təmsilçisi tərəfindən verilən sualı xatırladaraq Azərbaycanın ədalətli mövqeyinin burada da öz yüksək qiymətini aldığını vurğuladı: “Rusiya Silahlı Qüvvələrinin “Zvezda” mediaholdinqini və “Bolşaya Aziya” media holdinqini təmsil edən jurnalistin sualı mənim diqqətimi xüsusi olaraq cəlb etdi. O, dedi: “Cənab Prezident, Siz bütün dünyanın gözü qarşısında nadir presedent yaratdınız. Çünki Siz Qarabağ müharibəsi zamanı mütləq mənada sülhməramlı kimi çıxış etdiniz. Siz 23 dəfə sülh haqqında danışdınız, halbuki digər tərəf bir dəfə də olsun, bu cür bəyanat vermədi...” Etiraf olunmalıdır ki, Rusiya tarixən Ermənistana dəstək verən, onu himayə edən, hətta daha dəqiq desək bu dövləti vaxtilə quran və bu günədək yaşadan ölkədir. Düşünürəm ki, bütün bu münasibətlərə rəğmən Rusiyalı hərbi jurnalistin Azərbaycan Prezidentinə xitabən ifadə etdiyi sözlər əsil etiraf kimi qəbul edilməlidir. Azərbaycanın təkcə hərbi deyil, həm də mənəvi qələbəsinin etirafı kimi.

Bəli, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev son 17 ildə bir deyil, sonsuz sayda presedentlər yaradıb, möhtəşəm ilklərə imza atıb. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi zəfər də bu günədək xalqımızın, dövlətimizin tarixində yer almış ən möhtəşəm qələbə kimi daha bir ilk oldu. Bundan sonra da Azərbaycanın yeni qələbələrinin, tarixi nailiyyətlərinin davamı gələcək və ölkəmiz dünyanın ən qüdrətli dövlətləri sırasında öz layiqli yerini tutacaq”.

 
  • Oxunub:  2520  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA