Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər

İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər

01.03.2021 [17:38]

Elə cinayətlər var ki, onları unutmaq və bağışlamaq mümkün deyil. Xocalı faciəsi bunlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko Moskvada, Xocalı faciəsinin qurbanlarının anma gecəsində vurğulayıb.

O deyib: “Misli görünməmiş qəddarlıq, məhvə məhkum edilən şəhəri tərk etməyə çalışan dinc sakinlərin, qaçqınların məqsədyönlü qətli onunla nəticələndi ki, qanlı qırğında 600-dən çox dinc sakin - qocalar, uşaqlar, xəstələr, yaralılar amansızlıqla, vəhşicəsinə məhv edildi. Bu əməlləri törədənlərə cəza verilməlidir. Hər şeydən əvvəl ondan ötrü ki, bizim həyatımızda və gələcək nəsillərin həyatında bu cür qorxunc əməllər bir daha heç vaxt təkrar olunmasın”.

İ.Korotçenko Dağlıq Qarabağ münaqişəsinin gedişində ermənilər tərəfindən törədilən cinayətlər üzrə beynəlxalq tribunal yaradılmasını təklif edib. Ekspert vurğulayıb: “Belə dəhşətli vəziyyəti biz dövrümüzdə də, İkinci Qarabağ müharibəsinin gedişində, Azərbaycanın münaqişə zonasından onlarca, yüzlərcə kilometr uzaqda yerləşən dinc şəhərlərinə raket zərbələri endirilən zaman da gördük. Bu planda Xocalı faciəsinə dair bütün sənədlər və faciənin başvermə səbəbləri beynəlxalq ictimaiyyət üçün maksimal şəkildə əlçatan olmalıdır. Belə əməllər nüfuzlu beynəlxalq təşkilatların tribunasından səslənən çıxışlarda da soyqırımı adlandırılmalıdır. Mən istisna etmirəm ki, Dövlət Dumasının yeni tərkibi (bizdə seçkilər sentyabrda keçiriləcək) Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə biləcək”.

Korotçenko bildirib ki, insanlığa qarşı cinayətlərin iddia müddətləri yoxdur. Əgər cinayətkarların bu kateqoriyası müəyyən edilərsə, tutularsa və mühakimə edilərsə, o halda onların nə yaşı, nə də digər şərait cəzanı təxirə sala bilməz. Xocalıda dəhşətli cinayətləri törədənlərin axtarışı İnterpol xətti ilə aparılmalıdır.

Ekspertin sözlərinə görə, Rusiya ictimaiyyəti və ekspertlər bu faciəli tarix barədə xatırlayırlar və bu faciənin dəyərləndirilməsində azərbaycanlı dostları ilə həmrəydirlər.

İ.Korotçenko AZƏRTAC-a müsahibəsində Ermənistanda bu gün baş verən hadisələrə qiymət verərək bəyan edib ki, Ermənistanda hakimiyyətə qisasçılar gələcəyi təqdirdə, ölkə dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalacaq. Yerevanda radikallar yenidən müharibə tələb edirlər və Ermənistanı tarixdə görünməmiş dərəcədə çıxılmaz vəziyyətə doğru sürükləyirlər. Ekspert deyib: “Azərbaycan və Türkiyə erməni xalqına kömək əlini uzadaraq kommunikasiyaların bərpa olunmasının, dinc həyatın qurulmasının zəruriliyini deyirlər. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən regiondakı bütün ölkələrin inkişafı üçün altıtərəfli iqtisadi proqram təklif olunub. Bu, hesab edirəm ki, həqiqətən tam düzgün və humanist siyasətdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici KİV-lər üçün Bakıda keçən mətbuat konfransı barədə danışan İ.Korotçenko vurğulayıb ki, dövlət başçısı mühüm anları səsləndirib. O, diqqəti ona çəkib ki, Azərbaycan müharibənin vurduğu yaraları ən qısa vaxtda sağaltmaq, vaxtilə işğal altında olan ərazilərin inkişafına yeni təkan vermək, Dağlıq Qarabağı Cənubi Qafqazın incisinə çevirmək niyyətindədir.

İ.Korotçenko deyib: “Bir daha qeyd edim ki, regionda bütün sülh dəyişikliklərinin əsasına Azərbaycanın möhtəşəm hərbi qələbəsi sayəsində nail olunub və bu qələbə 2020-ci ilin beynəlxalq gündəliyində ən başlıca hadisəyə çevrilib”.

Paylaş:
Baxılıb: 204 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30