Ana səhifə »  Xəbər lenti »  Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
A+   Yenilə  A-
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı

Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlətimizin başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün  keçirdiyi mətbuat konfransında  işğalçı Ermənistana ünvanladığı mesajlara diqqəti yönəldərək bildirib ki, Azərbaycanın siyasi Qələbəsinin,  Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr Bəyanatının bütün müddəaları icra edilməkdədir. İşğalçı Ermənistan və digər başqa  dövlətlər tarixi Qələbəmizin yaratdığı  yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər.  Möhtərəm Prezidentimizin  qətiyyəti, siyasi iradəsi sayəsində bu gün  diktə edən tərəf Azərbaycandır: “Dünyanın çoxsaylı media nümayəndələrinin  İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri olduğu kimi qəbul etmələri,  regionun  aparıcı qüvvəsi kimi Azərbaycanın  yeni əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsində  mövqeyinin öyrənilməsinə göstərdikləri maraq  ölkəmizə artan beynəlxalq diqqətin  bariz nümunəsidir.  Reallıqlarımız artıq  kənardan deyil, Azərbaycana  səfərlər edilməklə  izlənilir. Çoxsaylı xarici jurnalistlər  işğaldan azad edilmiş ərazilərimizdə olaraq ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görür,  düzgün dəyərləndirmə aparırlar.  Mətbuat konfransı hazırda  xarici ölkələrin kütləvi informasiya vasitələri tərəfindən də  geniş işıqlandırılır. Xarici KİV-lər dörd saatdan çox davam edən  mətbuat konfransında dövlətimizin başçısının  jurnalistlərin suallarını ətraflı şəkildə cavablandırdığını, vacib məsələlərə diqqət yönəldildiyini,  Ermənistana  bir sıra mesajlar verildiyini ətraflı şəkildə şərh edirlər. Bu, Azərbaycanın informasiya çəbhəsində növbəti uğurudur.”

   “Möhtərəm Prezidentimiz İlham Əliyev bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərini də açıqlayıb” söyləyən millət vəkili vurğulayıb ki,  ümumilikdə regionun gələcək inkişafı üçün bütün imkanlar mövcuddur: “Müharibə artıq başa çatıb, kitabın bu səhifəsini bağlayıb gələcəyə baxmalıyıq. Qonşu dövlətlər də Azərbaycanla fikirlərini bölüşürlər. Postmüharibə dövrü əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradır. Ölkə Prezidenti bu inamı ifadə edir ki, əgər  müsbət meyillər üstünlük təşkil edərsə,  icra edilən hər bir layihə özündən sonra digər layihəni şərtləndirəcək. Azərbaycanın enerji sektorunda qazandığı uğurlara, bir layihənin uğurlu sonluqla başa çatmasının digər layihə üçün stimul olduğuna diqqət yetirmək kifayətdir. Hazirda Azərbaycan enerji sekorunda əməkdaşlığın coğrafiyasını genişləndirərək regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirib. Azərbaycan eyni mənzərəni yeni reallıqlar fonunda yaradılan əməkdaşlıq formatlarının coğrafiyasının genişləndirilməsində də görmək istəyir.  Azərbaycan Türkiyə, Rusiya və  İran  arasıında aparılan  fikir mübadiləsi  eyni  mövqedə olduğumuzu təsdiqləyir. Dövlətimizin başçısı xarici media orqanları vasitəsilə bir daha  Ermənistana bu mesajı  çatdırdı ki,  Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa,  gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, biz planlaşdırdığımız məsələləri həll edəcəyik. Heç kim bizi dayandıra bilməz. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq. Sadəcə olaraq, Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib.”

    Ə.Salahzadə qeyd edib ki, mətbuat konfransında diqqəti çəkən məqamlardan biri də regiondakı sülhməramlılarla bağlı  oldu: “Möhtərəm Prezidentimiz  sülhməramlıların fəaliyyəti, onların mandatı, görəcəkləri iş və gələcəkləri ilə bağlı məqamları konkret fikirlərlə ifadə etdi. Həmçinin Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti fonunda  istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də Zəfərimizdən sonrakı dövrdə qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu və bu birlikdən böyük güc aldığımızı diqqətə çatdırdı.”

  “Ümumilikdə 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualına dövlətimizin başçısının cavabları  həqiqətlərimizlə yanaşı, postmüharibə dövrü ilə bağlı reallıqlardan irəli gələn bir çox məsələləri özündə ehtiva edir.  Hər bir sualda  ölkəmizin haqlı mövqeyinin dəstəkləndiyi öz aydın ifadəsini tapıb. Vacib məqamlarla zəngin olan mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox əhəmiyyətlidir. Ölkə  Prezidenti İlham Əliyev   dünyanın diqqətini növbəti dəfə Azərbaycana yönəltdi. Mətbuat konfransında  beynəlxalq  mediaya da bu  mesaj ünvanlandı ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun”, - deyə Ə.Salahzadə bildirib.

 
  • Oxunub:  3510  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət
10 May 16:49
Azərbaycanda koronavirusa 371 yeni yoluxma faktı qeydə alınıb
10 May 16:21
Ankarada ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub
10 May 16:19
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən növbəti birgə ağacəkmə aksiyası keçirilib
10 May 16:17
Türkiyənin ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
10 May 16:05
MEDİA tərəfindən media ekspertlərinin və nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş videokonfrans keçirilib
10 May 15:57
Prezidentin Mətbuat Xidmətinin məlumatı
10 May 15:52
Laçın Rayon İcra Hakimiyyəti və YAP Laçın rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib
10 May 15:49
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yevlaxda ağacəkmə aksiyası keçirilib
10 May 15:01
Daxili İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanda Ulu Öndərin əziz xatirəsini böyük ehtiramla anıb
10 May 14:56
Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
10 May 14:52
Pərvin Kərimzadə: Heydər Əliyev yolu Azərbaycanı yeni zəfərlərə aparacaq
10 May 14:35
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb
10 May 14:02
Ümummilli lider Heydər Əliyevin doğum günü ədliyyə orqanlarında qeyd olunub
10 May 12:33
Mehriban Əliyeva: Bu gün Heydər Əliyev bizimlə olmasa da, onun ideyaları yaşayır, niyyətləri həyata keçirilir
10 May 12:27
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
10 May 12:10
Parlamentdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd olunub

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA