Ana səhifə »  Xəbər lenti »  Məhkəmə fəaliyyəti təkmilləşdirilir
A+   Yenilə  A-
Məhkəmə fəaliyyəti təkmilləşdirilir

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, video formatda keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər, habelə qarşıda duran vəzifələr müzakirə edilib.

Çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov 2020-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və yenilməz sərkərdəliyi ilə xalqımızın Qarabağın azadlığı uğrunda apardığı Vətən müharibəsində Qələbəsi - Zəfər ili kimi tariximizə əbədi həkk edildiyini vurğulayıb.

Bildirilib ki, Xocalı soyqırımı və digər hərbi cinayətlər törədən mənfur düşmən üzərində bu möhtəşəm Qələbə ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün, o cümlədən hərbi və iqtisadi sahələrdə misilsiz inkişafı sayəsində mümkün olub. Vətən müharibəsi günlərində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın ədalətli mübarizəsi naminə vətənpərvər çağırışları xüsusi əhəmiyyət kəsb edib.

İclasda COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ötən il həyata keçirilən tədbirlər, o cümlədən beynəlxalq tövsiyələr də nəzərə alınmaqla məhkəmələrdə işlərə baxılmasının məhdudlaşdırıldığı, zəruri profilaktik və preventiv işlərin görüldüyü bildirilib. Məhkəmə proseslərinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə distant aparılması üçün xüsusi proqram modulu hazırlanıb, bir çox işlərə video bağlantı ilə baxılıb. Operativ olaraq qanunvericiliyə dəyişikliklərin edilməsi cinayət işlərinə də bu formatda baxılmasına imkan verib.

İclasda ötən il “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə tədbirlərin davam etdirildiyi, mühüm qanunvericilik aktlarının hazırlanması və bir çoxunun qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə yüksək humanizmin növbəti təzahürü olaraq, cinayət qanunvericiliyinə mühüm dəyişiklər edilib, 35 əməl dekriminallaşdırılıb, 30 maddənin sanksiyasına alternativ cəzalar daxil edilib. Bu sahədə yeni qanunların tətbiqi ilə əlaqədar məhkəmələr tərəfindən 2000-dən çox məhkum cəzadan tamamilə azad edilib, 3300-dən artıq məhkumun cəza müddəti azaldılıb.

Ötən il, həmçinin yeni kommersiya və inzibati məhkəmələr fəaliyyətə başlayıb, həmin məhkəmələr təcrübəli hakimlərlə komplektləşdirilib. Kommersiya işlərinə çevik baxılması üçün iddiaların elektron qəbulu və elektron sənəd dövriyəsi təsbit olunub. Əlçatanlığın effektiv müəyyən edilməsi nəticəsində kommersiya işlərinin sayı 50 faizədək artıb, iddiaların 94 faizi təmin olunub, qərarların sabitliyinin göstəricisi 96 faizi təşkil edib.

İclasda kadr korpusundan daha səmərəli istifadə edilməsi üçün ötən il hakimlərin təyinatı ilə bağlı 60-dan çox qərarın qəbulu, o cümlədən dövlət başçısının sərəncamları ilə 30-dan çox rəhbər hakim vəzifələrinə təyinatların aparılması, bir sıra hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi və ya aşağı işə keçirilməsi, yüksək hazırlığa və zəruri mənəvi keyfiyyətlərə malik 20-dək yeni nəsl gənc hakimin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi diqqətə çatdırılıb.

Şura sədri Fikrət Məmmədov, həmçinin bildirib ki, hakimlərin məsuliyyət hissinin artırılması üzrə görülən tədbirlər çərçivəsində videokonfrans formatında ölkənin bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə müşavirə keçirilərək qanunun aliliyinin və qərarların ədalətliliyinin təmin edilməsi ilə bağlı dövlət başçısının tövsiyələri qəti nəzərə çatdırılıb. Bu məsələlərin hər bir hakimin və məhkəmə işçisinin ciddi şəkildə diqqətinə yetirilməsi məqsədilə bütün məhkəmələrdə yığıncaqlar keçirilib, yol verilən nöqsanlar və onların səbəbləri müzakirə edilib.

Fərmanın icrası çərçivəsində ötən il Şuranın qərarı ilə “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib, onun elektron proqram təminatı hazırlanıb. Qaydalara uyğun olaraq 100-dən çox hakimin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə ali, apellyasiya məhkəmələrinin, habelə müvafiq məhkəmə sədrlərinin rəyləri, Ədliyyə Nazirliyinin məlumatları, digər aidiyyəti materiallar toplanılıb, zəruri təhlillər aparılıb və yekun rəylər hazırlanıb.

Korrupsiyaya şərait yaradan halların qarşısının alınması və obyektivliyin təmin olunması məqsədilə Şura tərəfindən məhkəmələrdə monitorinqlər aparılaraq, yol verilən bir çox nöqsanlar aradan qaldırılıb, o cümlədən 2 məhkəmə sədri intizam məsuliyyətinə cəlb olunub. Fəaliyyətdə şəffaflığın təmin edilməsi üçün məhkəmə qərarlarının dərci üzrə xüsusi proqram təminatı hazırlanıb.

Həmçinin ötən il 8 hakim intizam məsuliyyətinə cəlb edilib, fəaliyyətində aşkar edilən pozuntular 80-dən çox hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. Habelə 16 hakimin səlahiyyətlərinə müxtəlif əsaslarla, o cümlədən səlahiyyət müddəti uzadılmadığına görə xitam verilib.

Fərmanla ayrılmış 200 yeni hakim ştatının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələr xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilib, hakimliyə namizədlərin keyfiyyətli distant təlimi təşkil olunub. 44 namizəd bütün imtahanları, o cümlədən yarım illik tədrisi və məhkəmələrdə stajkeçməni uğurla başa vurub və dövlətimizin başçısının 2021-ci il 3 fevral tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyin ediliblər.

Bununla yanaşı, hakimlərin seçilməsi prosesi davam edir. Test və yazılı imtahandan uğurla keçmiş növbəti 64 nəfər hakimliyə namizədlə bu ərəfədə şifahi imtahanlar keçiriləcək. 300-dən çox hüquqşünasla test imtahanı isə martın 3-nə təyin edilib.

İclasda qeyd olunub ki, son illər həyata keçirilən qanunvericilik və institusional tədbirlər məhkəmələrin mülki sahədə iş yükünün xeyli azalmasına təsir edib. Bu isə işlərə daha çevik və keyfiyyətlə baxılmasını şərtləndirir. Belə ki, ötən il birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının demək olar ki, 80 faizi ilə tərəflər razılaşıb, başqa sözlə həmin işlərdən apellyasiya şikayəti verilməyib. Ümumiyyətlə, birinci instansiya məhkəmələrinin mülki işlər üzrə yekun qərarlarının 95 faizi, hökmlərin isə 91,3 faizi dəyişdirilməyərək sabit qalıb.

Məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər ötən ildə də davam etdirilib. Yüksək texnologiyalı müasir Sumqayıt və Masallı məhkəmə komplekslərinin, Bakı şəhəri Suraxanı rayon məhkəməsi binasının tikintisi başa çatdırılıb. Məhkəmələrin üçdə ikisini əhatə edən “Elektron məhkəmə” informasiya sisteminin ölkənin bütün məhkəmələrində tətbiqi məqsədilə Dünya Bankı ilə xüsusi layihə icra olunur.

Eyni zamanda, Şurada dövlətimizin başçısının məhkəmə fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət edilməsi, şəffaflığın təmin olunması, korrupsiya və digər neqativ hallara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı qəti tapşırıq və tövsiyələrindən irəli gələn məsələlər müzakirə edilib. Qanun pozuntularına ciddi reaksiya verilməsi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Prezidentinin məhkəmə-hüquq sistemində islahatlarının dərinləşdirilməsi haqqında Fərmanının icrası ilə bağlı qarşıda duran vəzifələr qeyd edilib, o cümlədən məhkəmə fəaliyyətinə müdaxilənin qarşısının alınması, məhkəmə rüsumlarının diferensiasiyası, məhkəmələrin maddi təminatının yaxşılaşdırılması və s. məsələlərə toxunulub.

Şura üzvü, Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyi və şəffaflıqla bağlı tələblərin hər bir hakimin gündəlik fəaliyyətində rəhbər tutulmasının vacibliyini bildirib, məhkəmələr tərəfindən yol verilən nöqsanlar və onların aradan qaldırılması, məhkəmə hakimiyyətinin nüfuzunun yüksəldilməsi üzrə tədbirləri qeyd edib.

Çıxış edən digər natiqlər, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri Şuranın fəaliyyətinin şəffaflığından məmnunluqlarını bildirib, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə fikirləri ilə bölüşüblər.

İclasda məhkəmələrin ərazi yurisdiksiyasında dəyişikliklərin edilməsi, o cümlədən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasının müəyyənləşdirilməsi üzrə müvafiq qərarlar qəbul olunub, Hakimlərin Seçki Komitəsi üzvlüyünə verilmiş namizədlər sırasından Komitə üzvləri seçilib.

Qanunvericiliyin tələblərinin pozulmasına görə Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub. Həmçinin korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanıb.

 
  • Oxunub:  2910  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı

18 May 09:31
“Xarıbülbül” festivalı Azərbaycanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı
18 May 09:17
Mənsum İbrahimov: 32 ildən sonra yenidən Şuşada “Xarıbülbül” musiqi festivalında iştirak etmək mənim üçün böyük xoşbəxtlik idi
18 May 09:14
Əyani tədris qismən bərpa olundu
18 May 09:13
Seçkilərə hazırlaşan Ermənistanda siyasi xaos davam edir
18 May 09:12
Əli Kərimli indi də “Ağıllı kənd” layihəsini hədəfə almağa çalışır
17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA