Ana səhifə »  Xəbər lenti »  “Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
A+   Yenilə  A-
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ

Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, “Şöhrət” ordenli Çingiz Qənizadə modern.az-a müsahibə verib. 

- Çingiz müəllim, bu il 10 fevral tarixindən YAP-ın üzvlüyünə qəbul edilmisiniz.  Sizin Yeni Azərbaycan Partiyasına üzv olmaq istəyiniz nədən qaynaqlandı? Sizə YAP-da hər hansı vəzifə təklif olunacaqmı?

- Mən bu suala son 10 gündə bir neçə dəfə cavab vermişəm. Bir daha qeyd etmək istəyirəm ki, bütün ictimai-siyasi fəaliyyətim boyu bitərəf olaraq fəaliyyət göstərmişəm. Ancaq  həmişə cənab Prezidentin siyasi kursunu dəstəkləmişəm. Heç şübhəsiz ki, bütün Azərbaycan xalqının yeganə arzusu  Qarabağ torpaqlarının işğaldan azad olunması idi. 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan, cənab İlham Əliyev xalqımızın arzularını reallaşdırdı. Qısa zamanda doğma torpaqlarımızı düşmən tapdağından azad etdi. Mən bu proseslər dövründə Ali Baş Komandanın uzaqgörən siyasi taktikalarını, qətiyyətini, bir sərkərdə kimi qürurverici keyfiyyətlərini gördükdən sonra cənab Prezidentin sədri olduğu partiyanın üzvü olmaq qərarına gəldim. Bu partiyaya gəlişimlə bağlı Prezidentə rəsmi müraciət etdim. Bundan sonra müəyyən prosedurlar başlanıldı. Fevralın ayının 10-dan Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuşam. Mən YAP-a sıravi üzv kimi gəlmişəm. Əgər partiya daxilində islahatlar aparılacağı təqdirdə mənə savadıma, ixtisasıma və bacarıqıma uyğun olaraq hər hansı bir iş tapşırılacaqsa, bu işin öhdəsindən böyük məmnuniyyətlə gələcəm. Belə təklif olmasa da, ən azı partiyanın sıravi üzvü olaraq hüquq müdafiəçisi, ictimai-siyasi xadim kimi fəaliyyətimlə Yeni Azərbaycan Partiyasının təbliğinə və partiyanın inkişafına əlimdən gələn köməyi göstərəcəm.


- Partiya rəsmiləri ilə görüşləriniz olubmu? Partiya üzvləri tərəfindən bu qərarınız necə qarşılanıb?


- YAP-ın icra katibi Əli Əhmədovla, YAP təşkilat şöbəsinin müdiri Aydın Hüseynovla görüşlərim olub. YAP-a üzvlüyümlə bağlı qərarım YAP-da çox müsbət qarşılanıb. Mənim YAP-da saysız-hesabsız dostlarım var. YAP-ın nüfuzlu və rəsmi şəxsləri tərəfindən çoxsaylı təbriklər almışam. Belə təbriklər hələ də davam edir.

- Hazırda Azərbaycanda “Siyasi dialoqun Azərbaycan modeli” yaradılır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə “Siyasi dialoqun Azərbaycan modeli” adlı silsilə tədbirlər keçirilir. Bunu necə dəyərləndirisiniz?


- Həqiqətən də 2019-cu ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Administrasiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” yaradıldı. Bu şöbəyə hamımızın yaxşı tanıdığımız və uzun illər məsul vəzifələrdə çalışmış hörmətli Ədalət Vəliyevin təyinatından sonra iqtidar və müxalifət  partiyaları arasında çox vacib və sıx əlaqələr yarandı. Qeyd etmək istəyirəm ki, əlaqələrin qurulması və görülən işlər Vətən müharibəsi dövründə də özünü göstərdi. Müharibəyə qədər partiyalarla aparılan iş öz bəhrəsini vermiş oldu.  Müharibə dövründə Azərbaycanın bir-iki siyasi təşkilatlarından  başqa bütün partiyalar  dövlətimizin, ordumuzun yanında oldu və Prezidentin, Ali Baş Komandanın  ətrafında birləşməyi bacardı. Təbii ki, bunlar  həmin şöbənin gördüyü işlərin nəticəsi idi. Qeyd etmək istəyirəm ki, məhz bu şöbə vasitəsi ilə ictimai təşkilatlar, siyasi partiyalar arasında aparılan iş və əldə olunan siyasi birlik qələbəni şərtləndirən amillərdən biri idi.

Bir neçə gün bundan öncə də şöbənin təşkilatçılığı ilə “Siyasi dialoqun Azərbaycan modeli” adlı konfrans keçirildi. Mən də konfransda iştirak edirdim. Tədbirdə Azərbaycanın 40-a yaxın ictimai-siyasi xadim, qeyri-hökumət təşkilatları, o cümlədən mətbuat orqanlarının rəhbərləri iştirak edirdilər. Keçirilən dialoqda müxtəlif istiqamətdə çıxışlar olsa da, yenə hər bir çıxışın sonunda hazırki dönəmdə və gələcəkdə də xalqımız, dövlətimiz üçün cənab Prezidentin yanında olmağın vacibliyi ortaya qoyuldu. Nəzərə almalıyıq ki, hələ Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı  ölkəmizə qarşı ərazi iddialarından əl çəkməlidir. Yəni müharibə bitməyib, sadəcə dayanıb. Odur ki, bu siyasi birliyi qoruyub saxlamaq olduqca vacibdir.

Lakin bir xoşagəlməz məsələni də qeyd etmək istəyirəm. Son vaxtlar iqtidar-müxalifət arasında bəzi telekanallarda, mətbuat orqanlarında debatlar aparılır. Bu debatlarda bəzi məqamlar var ki, məni narahat edir. Daha çox müxalifət təmsilçiləri debata gələn hakimiyyət və hakimiyyətyönümlü partiyaların nümayəndələrinə qarşı bəzi hallarda aqressiv davranırlar. Onlar vəzifədə olan rəhbər şəxslərə qarşı sübut olunmayan, fərziyyələr əsasında inttihamlar irəli sürürlər. Sanki vəzifədə olanların hamısı cinayətkardır. Belə bolşevik təfəkkürlərdən uzaq olmaq lazımdır. Həm iqtidar, həm də müxalifət təmsilçiləri hüquqi-demokratik dövlət arzusundadırlar və bunun inkişafı üçün əllərindən  gələni etmək istəyirlər. Amma hər kəs bilməlidir ki, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində və bizim Ana qanunumuz olan Konstitusiyanın 63-cü maddəsində “Təqsirsizlik prezumpsiyası” anlayışı var. Qanun tələb edir ki, məhkəmənin hökmü olmadan heç kimə cinayətkar demək olmaz. Bu cür ifadələr bizim Konstitusiyamıza ziddir. Bu fikri işlədənlər hüquqi dəyərləri pozmuş olurlar. Belə debatlarda tərəflərdən heç biri prokuror, müstəntiq kimi çıxış etməməli, hakim kimi qərar verməməlidirlər. Təbii ki, biz rüşvətxorluğa və korrupsiyaya qarşı barışmaz mövqedən çıxış etməliyik. Belə hallar varsa, istər siyasi partiya, istərsə də qeyri-hökumət təşkilatları gördükləri və bildikləri faktlar barəsində müvafiq qurumlara, administrasiyaya yazılı şəkildə müraciət edə bilərlər. Amma mətbuatda bu cür ittihamlarla çıxış etmək dialoqların getdiyi bir dönəmdə münasibətlərə xələl gətirə bilər. Hər kəs qanuna hörmətlə yanaşmalı, qanunazidd fikirlərdən çəkinməlidirlər.


- Çingiz müəllim, bildiyiniz kimi işğaldan azad edilmiş ərazilərimizdə ermənilər tərəfindən minalar basdırılıb. Bu da insanların öz torpaqlarına qayıtmasını əngəlləyir. Bu barədə də Sizin fikirlərinizi eşitmək istərdik.


- Bilirsiniz ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq, 2021-ci il yanvarın 15-də İnsan hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Burada dörd  əsas məsələ qabardılır. Dördüncü bənddə Ermənistanın işğal etdiyi ərazilərdə külli miqdarda mina basdırması, şəhər və kəndlərimizi yerlə-yeksan etməsi, habelə işğaldan azad edilmiş ərazilərimizdə 2020-ci il 10 noyabr tarixli bəyanatından sonra qanunsuz silahlı birləşmələr göndərməsi səbəbindən Azərbaycan  Respublikası vətəndaşlarının öz evlərinə qayıtmaq hüququndan məhrum edildiyi qeyd edilir. Həqiqətən də bu ərazilərdə çoxlu sayda minalar basdırılıb. Həm Rusiya sülhməramlıları, həm Azərbaycan dövləti ölkəyə dəstək üçün göndərilmiş müasir minatəmizləmə texnikalarının köməyi ilə ərazilərin minalardan təmizləmə prosesini aparırlar. Amma bu ərazilərdə bəzi hallarda minaların partlaması nəticəsində biz itkilər veririk. Rusiya sülhməramlıları bu istiqamətdə daha aktiv olmalı, Ermənistan tərəfini məcbur etməlidir ki, xəritəni bizə təqdim etsinlər. Mülki əhali, hərbçilər arasında baş verən itkilərimizə son qoyulsun. Təəssüf ki, ATƏT-in Minsk qrupu yenə də susmaqa üstünlük verib. Digər beynəlxalq təşkilatların da bu məsələdə aktiv rolunu görmürük. Xəritələr təkcə insan itkiləri ilə nəticələnmir, həm də  azad edilmiş torpaqlara qayıdışımızı ləngidir. Son zamanlar bəzi insanlar minalanmış ərazilərə icazəsiz gedirlər. Vətəndaşlarımızı bu cür riskli addımlardan çəkinməyə dəvət edirəm.

- İşğaldan azad edilmiş ərazilərimizdə böyük qayıdışımıza xidmət edən təmir -bərpa işləri necə gedir? Dövlət qurumları tapşırılan vəzifələri vaxtında yerinə yetirə bilirlərmi? Bununla bağlı müşahidələriniz nə deyir?

- Fikir verdinizsə, cənab Prezident azad olunmuş ərazilərə sonuncu səfəri zamanı Laçının Güləbird kəndində “Azərenerji” tərəfindən cəmi 1 ay yarım müddətinə istifadəyə verilmiş  yeni Su Elektrik Stansiyasının açılışını etdi. Cənab Prezident çıxışında “Azərenerji” və “Azərişıq”ın gördüyü işlərə yüksək qiymət verdi. “Azərişıq”ın əməkdaşları Şuşa şəhərinə elektrik enerjisinin verilməsi üçün dağlıq ərazilərdən, sıx meşələrdən, hündür təpəliklərdən minalanmış sahələrdən keçməli oldular. Cəmi 37 gün müddətində Şuşa şəhəri  dayanıqlı enerji ilə təmin edildi. Belə qısa zaman kəsiyində şaxtada, qarda, dumanda və olduqca təhlükəli ərazilərdən keçə-keçə belə çətin işləri başa çatdırmaq inanılmaz olsa da, bu həqiqətdir. 
Belə qurumların əməkdaşlarının çəkdiyi əziyyətləri gördükdə adam heyrətlənir. Qəhrəman əsgərlərimizdən sonra azad olunmuş ərazilərdə yenidənqurma işləri aparan belə qəhrəman peşə işçilərimiz olduğu üçün fəxr edirik. Şuşa şəhəri artıq enerji ilə tam təmin olunub. Hazırda “Azərişıq” Hadrutun  enerji ilə təmin olunması prosesini çox çətin bir şəraitdə həyata keçirir. “Azərenerji” isə ermənilər tərəfindən Qarabağda dağıdılmış  digər SES-lərin bərpasını həyata keçirir. İşğaldan azad edilmiş ərazilər minalardan nə qədər tez təmizlənərsə, böyük qayıdış da o qədər  sürətlənər. Prezidentimiz Laçındaki çıxışı zamanı “Azərişıq”ın, “Azərenerji”nin gördüyü işləri təqdir etməklə bərabər,  həm də qarşıda duran digər vəzifələri qeyd etdi. Bu gün həmin ərazilərdə çətin şəraitdə iş görən  qurumlardan biri də “Azəravtoyol”dur (AAYDA). Bu qurumun əməkdaşlarının da hansı çətin şəraitdə qüvvələrini səfərbər edərək, tapşırıqların icrası ilə məşğul olduqlarını görürük.  Hesab edirəm ki, bunu qeyd etməmək mümkün deyil. “Azəriqaz”ın əməkdaşlarının da erməni silahlı birləşmələri tərəfindən atəşə tutulmuş şəhər və kəndlərimizdə dağıdılmış qaz infrastrukturunun 10 noyabr bəyanatından dərhal sonra təmir-bərpa işlərini çox operativ şəkildə həyata keçirdiklərinin şahidi olduq. Böyük qayıdışa töhfə verən və cənab Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirə bilən belə dövlət qurumlarının işlərini təqdir etməliyik. Digər qurumlar da bu  ali məqsədə xidmət edən işlərdə öz gücünü ortaya qoymaq üçün  səylərini səfərbər etməlidirlər.

- Çingiz müəllim, yeri gəlmişkən, Xankəndidə bayrağımız nə vaxt ucaldılacaq?

- Həqiqətən də, cəmiyyətdə belə sual var ki niyə hələ ki Xankəndiyə, Laçına, Xocalıya getmirik?! Bu, zamana ehtiyacı olan məsələdir. Bu zaman isə çox uzaqda deyil. Hesab edirəm ki, Ali Baş Komandan imza atdığı sənədlərin reallaşmasına tam nəzarət edir. Prezident birmənalı olaraq qeyd edib ki, Qarabağda hər hansı muxtariyyətdən söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, zamana ehtiyacı olan məsələləri səbrlə gözləməliyik. Böyük siyasətdə səbr və təmkinli davranış nəticəni əldə etməyə yaxınlaşdıran amillərdən biridir. Gün gələcək cənab Prezidentimiz Birinci vitse-prezident Mehriban xanımla birgə Azərbaycan bayrağının ucaldılması üçün Xankəndiyə səfər edəcək və biz də bunun şahidi olacağıq. 

 
  • Oxunub:  3360  |  
  • Tarix:  01-03-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

14 May 13:30
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib
14 May 12:26
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib
14 May 10:15
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub
13 May 20:52
İslam ölkələrində sosial-mədəni hüquqların təmin edilməsi məsələləri müzakirə olunub
13 May 20:19
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
13 May 20:06
Azərbaycanda koronavirusa 509 yeni yoluxma faktı qeydə alınıb
13 May 19:12
Milli Məclis sədrinin müavini: Naxçıvan Muxtar Respublikasının inkişafı dövlət başçısının diqqət mərkəzindədir
13 May 17:09
“ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsi davam edir
13 May 16:58
Bu gün şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub
13 May 15:06
Daha 3 şəhidin yeni doğulan övladının zəruri xərcləri qarşılanıb
13 May 14:30
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb - VİDEO
13 May 12:55
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub - VİDEO
13 May 12:28
“Müzəffər Ali Baş Komandanımız xilaskarlıq missiyasını böyük uğurla yerinə yetirdi”
13 May 10:00
Şuşada bayram namazı qılınıb - VİDEO
13 May 09:48
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib
13 May 09:47
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib
12 May 22:17
Qarabağ səmasında, Şuşada atəşfəşanlıq
12 May 22:12
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Şuşada təşkil olunan atəşfəşanlığın görüntülərini paylaşıb - VİDEO
12 May 19:30
Bu gün yenə Tarix yazıldı!
12 May 18:23
Prezident İlham Əliyev: Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
12 May 18:15
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
12 May 17:57
Prezident İlham Əliyev: Ermənilər nə qədər çalışsalar da Şuşadan Azərbaycan ruhunu silə bilmədilər
12 May 17:42
Azərbaycan Prezidenti: Bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi
12 May 17:31
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
12 May 17:21
“Xarıbülbül” musiqi festivalının keçirilməsi azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasının gözəl nümunələrindəndir
12 May 17:10
Azərbaycanda koronavirusa 558 yeni yoluxma faktı qeydə alınıb
12 May 16:53
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib
12 May 16:08
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər
12 May 15:29
Bu gün milyonların gözü Azərbaycanın mədəniyyət paytaxtı Şuşada
12 May 15:27
Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməli qoyulub
12 May 15:24
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub
12 May 15:00
Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanışlıq
12 May 14:59
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub
12 May 14:54
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
12 May 14:53
Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışı olub
12 May 14:52
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdədirlər
12 May 14:39
Deputat: Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri böyük əhəmiyyət kəsb edir
12 May 12:45
Milli Məclisin deputatı Ağalar Vəliyev seçicilərini Ramazan Bayramı münasibətilə təbrik edib və 1000-ə yaxın şəhid, qazi və aztəminatlı ailəyə bayram sovqatı göndərib
12 May 12:39
Şuşa regionun zəngin mədəniyyət mərkəzinə çevrilir
12 May 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb VİDEO
12 May 11:01
Tofiq Cahangirov: Bütün bunlar “Əziz Şuşa, biz səni dirçəldəcəyik” vədinin yerinə yetirilməsidir
11 May 13:57
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlikləri arasında 2021-2022-ci illər üçün məsləhətləşmələr Planı imzalanıb
11 May 13:35
Azərbaycanın və Rusiyanın xarici işlər nazirlərinin görüşü olub
11 May 13:27
Kəlbəcərdə qar əriyəndən sonra Ermənistanın basdırdığı minlərlə mina üzə çıxıb - Ombudsman beynəlxalq təşkilatlara müraciət etdi
11 May 13:24
Miqrasiya könüllüləri “Ramazan sovqatı” aksiyasına start veriblər
11 May 13:21
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
11 May 13:19
Daha 40 qazi sosial-psixoloji yardım təlimlərinə cəlb olunub
11 May 13:18
Rusiyanın xarici işlər naziri Şəhidlər xiyabanında Azərbaycanın qəhrəman övladlarının xatirəsini anıb
11 May 13:12
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
11 May 13:10
Qafqaz Müsəlmanları İdarəsinin sədri Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
10 May 23:57
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10 May 20:50
Prezident İlham Əliyev: Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib
10 May 20:29
Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın
10 May 19:40
Prezident İlham Əliyev: Onlar bizim yumruğumuzu görüblər, bu yumruq yerindədir
10 May 19:31
Prezident İlham Əliyev: Bəzi siyasətçilər olmayan qurumun statusu haqqında danışırlar
10 May 19:11
Azad edilmiş ərazilərdə modul tipli yeni hərbi hissə istifadəyə verilib
10 May 19:08
Azərbaycan Prezidenti Kanadaya və Fransaya səsləndi: Getsinlər, öz işləri ilə məşğul olsunlar
10 May 19:04
Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub
10 May 18:45
Prezident İlham Əliyev: Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir

10 May 18:27
“ASAN xidmət” ulu öndər Heydər Əliyevlə bağlı silsilə tədbirləri davam etdirir

10 May 18:25
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
10 May 18:21
Tərtərdə ağacəkmə aksiyası keçirilib
10 May 18:20
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Astarada silsilə tədbirlər keçirilib
10 May 18:18
Astarada keçirilən aksiyada 1200 növ müxtəlif ağac əkilib
10 May 18:13
Qüdrətli, qalib Azərbaycanın memarı
10 May 18:12
“Heydər Əliyev 18 yaşımda məni qəbul etmişdi” - Firdovsi Umudov
10 May 18:11
Ərəb KİV-ləri diaspor sədrinin Ulu Öndərə həsr etdiyi məqaləsini yayımlayıb
10 May 17:49
Könüllülər arasında Ulu Öndərin xatirəsinə həsr olunmuş intellektual turnir keçirilib
10 May 17:47
Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
10 May 17:45
Heydər Əliyev: Qalibiyyətlər üçün doğulmuş unikal şəxsiyyət

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA