Ana səhifə »  Xəbər lenti »  Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər
A+   Yenilə  A-
Xarici jurnalistlər Xocalı soyqırımı dəhşətlərini şahidlərin dilindən dinləyiblər

Fevralın 25-də xarici media nümayəndələri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Səfərdə məqsəd beynəlxalq medianın Xocalı soyqırımı haqqında daha ətraflı məlumatlandırılmasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər əvvəlcə Ağdam şəhər məscidində olublar. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbçilərinin və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan ediblər. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb. Onlardan 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edilib. Bundan əlavə, 1275 nəfər əsir götürülüb, 155 nəfərin taleyi indiyədək naməlumdur. Soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların bədənləri süngü ilə deşik-deşik edilib.

Məlumat verilib ki, Xocalı faciəsi qurbanlarının meyitləri o zaman Ağdam şəhər məscidinə gətirilir, burada yuyulur, kəfənlənir və dəfn olunmaq üçün yola salınırdı.

Ağdam Cümə məscidində məşhur fotoqraf Reza Deqatinin 1992-ci ildə Xocalı faciəsindən sonra çəkdiyi fotoların sərgi-təqdimatı keçirilib.

Fotoqraf Reza Deqati 1992-cı ildə Xocalı faciəsindən sonra Ağdam Cümə məscidində çəkdiyi və erməni vəhşiliyini əks etdirən fotoların tarixçəsi barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, həmin dövrdə ermənilərin qətlə yetirdikləri insanları bu məscidə gətirirdilər: “Məscidin arxasında Xocalıdan çıxmış yüzlərlə adam toplaşmışdı. Meyitlər buraya gətirilirdi, hərə öz yaxınının cəsədini axtarırdı. Bu şəkildəki kişi isə oğlunu itirib. Üç gün burada əlində oğlunun fotosu onu axtarır. Bu fotodakı qadınlar məscidin qarşısına yığışaraq yaxınlarının meyitlərini axtarırlar. Qadınlardan biri oğlunun və həyat yoldaşının meyitini tapdı. Dedi ki, gözlərini çıxarıblar. Ermənilər onun gözlərini diri halda çıxarmışdılar”.

Xocalıdan olan məcburi köçkün Məmməd Nağıyev 29 il əvvəl Xocalıda dinc sakinlərin başına gətirilən müsibətlərdən danışaraq deyib: "Xocalı faciəsi barədə danışmaq olduqca ağırdır. Həmin hadisələr zamanı mən əsir düşmüşəm və əsirliyin bütün əzab və iztitablarını yaşamışam. Biz Xocalıdan qaçıb Ağdama tərəf gedəndə Dəhraz kəndi yaxınlığında əsir götürüldük. Ermənilər Azərbaycan dilində bizi çağırıb aldatdılar. Biz onları azərbaycanlı zənn edib yaxınlaşanda atəş açdılar. Bizi əsir götürdülər. Əsirlərin dişlərini çıxartdılar, bəzilərini isə güllələdilər. Bir nəfərin başını kəsərək futbol topu kimi oynatdılar. Bütün bunlar olduqca dəhşətli idi”.

Sonra xarici media nümayəndələri Xocalı sakinlərinin qətliam edildiyi, bir hissəsinin isə xilas olunduğu Şelli kəndi yaxınlığına gəliblər. Onlar burada 29 il əvvəl yaşanan dəhşətləri Xocalı sakinlərinin və xocalılıların azad olunmasında iştirak etmiş keçmiş döyüşçülərin dilindən dinləyiblər.

Bildirilib ki, erməni silahlı birləşmələri həm Xocalıda qırğınlar törədib, həm də mühasirədən çıxıb meşələrə, dağlara qaçmağa müvəffəq olmuş şəhər sakinlərini təqib edərək xüsusi amansızlıqla qətlə yetiriblər. Xilas olmaq üçün şəhəri tərk edib Ağdam istiqamətinə qaçan Xocalı sakinlərinin bir qisminin qarşısı Şelli kəndi yaxınlığında erməni silahlı dəstələri tərəfindən kəsilib və onlar vəhşicəsinə qətlə yetiriliblər.

Keçmiş döyüşçü Zahid Əliyev jurnalistlərə deyib: “Faciənin ertəsi günü Şelli istiqamətində 30 meyid, 15 yaralı götürdük, 280 nəfəri xilas edib Ağdama yola saldıq. Sonra irəliyə gedib daha böyük qətliamın törədildiyinin şahidi olduq. Hər tərəf Xocalı sakinlərinin meyitləri ilə dolu idi. Oradan 58 qadın, 2 kişi meyiti götürdük. Növbəti günlərdə isə ərazidən yüzlərlə cəsəd daşıdıq. Silahsız insanları vəhşicəsinə qətlə yetirmişdilər. Qadınların barmaqlarını, qulaqlarını kəsib, avtomobilin arxasına bağlayıb sürümüşdülər. Hamilə qadının qarnını yarıb uşağı çıxarmışdılar. Belə vəhşilik heç yerdə olmayıb”.

Ağdam şəhərindəki Şəhidlər xiyabanına gələn media nümayəndələrinə məlumat verilib ki, Xocalı faciəsi zamanı qətlə yetirilənlərin bir qismi burada dəfn edilib. Lakin ermənilər Ağdam şəhərini işğal etdikdən sonra Şəhidlər xiyabanını da dağıdıblar.

Xarici jurnalistlər Ağdam rayonunun Qiyaslı kənd məscidində erməni vəhşiliyi ilə tanış olublar. Ermənilər XVIII əsrin yadıgarı olan məsciddən tövlə kimi istifadə edərək, burada mal-qara saxlayıb, kəndi tərk edərkən isə bu tarixi-dini abidəni yandırıblar.

Ağdam şəhərindəki İmarət qəbiristanlığına gələn media nümayəndələrinə bildirilib ki, burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İmrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin xanlığın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra Pənahəli xanın buradakı sarayı və qəbiristanlıq da erməni vandalizminə məruz qalıb.

Fotoqraf Reza Deqati jurnalistlərə bildirib ki, Pənahəli xanın soyundan olan Xurşidbanu Natəvan atası və digər ailə üzvləri ilə birlikdə Ağdam şəhərindəki XVIII əsrə aid kompleksdə dəfn edilmişdi. Ermənilər şəhəri ələ keçirməzdən əvvəl mən bu mədəni mərkəzə baş çəkmiş, məzar daşının və üzərində ucaldılmış heykəlin memarlıq üslubuna heyran olmuşdum. 2020-ci ilin noyabrında şəhər işğaldan azad edildikdən sonra mən yenidən həmin yerə qayıtdım. Natəvanın məzarının qazıldığını və sümüklərinin aparıldığını gördüm”.

Ağdam şəhərinə səfər etmiş xarici jurnalistlərin bir neçəsi təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüblər.

İtaliyanın AGİ xəbər agentliyinin əməkdaşı Cüzeppe Dionna deyib: “Xocalı faciəsi ilə bağlı əvvəllər məlumatım az idi. Buraya gəlməzdən əvvəl araşdırma apardım. İndi isə Xocalı sakinləri ilə söhbət etdim, faciə ilə bağlı daha çox məlumat öyrəndim. Böyük faciədir. Bu faciə unudulmamalıdır. Faciə ilə bağlı məlumatlar insanlara çatdırılmalıdır”.

İraqın xəbər agentliyinin əməkdaşı, hərbi jurnalist Abbas Əl Ələvi bildirib: “Biz bu gün burada gördüklərimizdən sonra onu deyə bilərik ki, beynəlxalq təşkilatlar, insan haqları təşkilatları susmamalı, Ermənistana qarşı xüsusi tədbirlər görməlidirlər. Ölüm birdir. Lakin soyuqda ölmək, uşaqkən ölmək, faciəvi şəkildə ölmək böyük günahdır, insanlığa qarçı cinayətdir. Təsəllimiz odur ki, Azərbaycanın işğal altındakı torpaqları azad edildi və şəhidlərin qanı yerdə qalmadı”.

Türkiyədən gəlmiş jurnalist Əminə Kavasoğlu isə hisslərini bu cür ifadə edib: “Müharibə zamanı da burada idim. Kitablardan Xocalıda törədilənlər haqqında məlumatım var. Mülki insanların necə öldürüldüyünü bilirəm. Lakin bu torpağa gəlib həmin anları faciəni yaşayanların dilindən dinləmək çox acıdır. İyirmi doqquz il keçməsinə baxmayaraq, bu acı isti və təzədir. Amma artıq Azərbaycan xalqı bu torpaqlara gəlib burada dua edə bilir. Biz də türkük, qardaşıq. Bizim də canımız yanır. Xocalı qətliamı bir soyqırımıdır, unudula bilməz”.

Səfərdə xarici media nümayəndələri ilə yanaşı, Srebrenitsada törədilmiş soyqırımının şahidləri də iştirak ediblər. Serbiya Anaları Birliyinin sədri Munira Subaşiç müsahibəsində deyib: “Mən Serbiyada olan hadisələrin qurbanıyam. 1995-ci ildə Serbiyada 22 yaxın qohumumu, o cümlədən həyat yoldaşımı və oğlumu itirmişəm. O vaxt özümə söz vermişdim ki, hadisə barədə hər yerdə danışacağam, səsim hər yerdə eşidiləcək. Həm Haaqa tribunasında, həm məhkəmələrdə, beynəlxalq təşkilatlarda öz səsimizi ucaltdıq. Həm Bosniya xalqı, həm də Azərbaycan xalqı eyni faciəni yaşayıblar. Burada insanlığa qənim kəsilib”.

 
  • Oxunub:  2640  |  
  • Tarix:  25-02-2021  |  
  •    Çap et   |  
İşğaldan azad edilmiş ərazilərdə böyük bərpa-quruculuq işlərinə başlanılması Azərbaycan dövlətinin gücünü göstərir

17 May 20:37
Vətən müharibəsi dövründə 77 dövlətin Ədliyyə nazirliklərinə və 10 beynəlxalq təşkilata 400-dək məktub göndərilib
17 May 20:33
Cəlil Xəlilov: Hərbi təlimlərin miqyası və keyfiyyəti Ordumuzun qüdrətindən və yüksək döyüş hazırlığından xəbər verir
17 May 20:27
Azərbaycanın Gürcüstandakı səfirliyi Dmanisi rayonunda baş vermiş insidentlə əlaqədar bəyanat yayıb
17 May 20:26
Qənirə Paşayeva: “Xarıbülbül” musiqi festivalının təşkili Qarabağın tarixi simasının bərpasının parlaq təcəssümüdür
17 May 20:23
Gürcüstan rəsmiləri Dmanisidə baş vermiş hadisələrə münasibət bildiriblər
17 May 20:11
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
17 May 20:09
“Xarıbülbül” festivalında multimədəni dəyərlərimizin təqdim edilməsi həm də erməni etnomədəni terroruna verilən yaxşı cavab idi
17 May 19:47
Azərbaycan Prezidentinin köməkçisi Brüsseldə NATO-nun Baş katibinin müavini ilə görüşüb
17 May 19:31
Milli Məclisdə Fransa xəbər portalının nümayəndə heyəti ilə görüş keçirilib
17 May 17:58
Dövlət Komitəsi Gürcüstanda yaşayan azərbaycanlılara çağırış edib
17 May 17:54
Diasporla İş üzrə Dövlət Komitəsi erməni diasporunun Lüksemburqda törətdiyi təxribatla bağlı məlumat yayıb
17 May 17:26
YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladlarının qayğıları ilə maraqlanıblar
17 May 17:10
“Həqiqətin onomastikası” kitabı işıq üzü görüb
17 May 17:01
Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
17 May 17:00
Fərid Şəfiyev: ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər
17 May 16:50
Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb
17 May 16:49
DİN işğaldan azad olunmuş ərazilərə getməməklə bağlı vətəndaşlara xəbərdarlıq edib
17 May 16:37
Azərbaycanda koronavirus infeksiyasından daha 515 nəfər müalicə olunaraq sağalıb
17 May 16:35
Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb
17 May 16:33
Şuşanı azad etməklə milli kimliyimizi, milli mədəniyyətimizi, qürurumuzu qaytardıq
17 May 16:21
Milli Məclis sədrinin müavini: Vətən müharibəsi xalqımızın birliyini, əzəmətini dünyaya göstərdi
17 May 16:05
Müdafiə naziri təlimlərin gedişi barədə məruzələri dinləyib
17 May 16:04
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub
17 May 15:54
Misir portalı: Azərbaycan 44 günlük Vətən müharibəsi ilə ədalətin mövcud olduğunu bütün dünyaya göstərdi
17 May 15:46
İsrailli ekspert: Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyası qeyri-insani qəddarlığına görə heyrət doğurur
17 May 15:39
“Xarıbülbül” festivalı Azərbaycanda illərdir yürüdülən multikulturalizm siyasətinin nümayişidir
17 May 15:28
Şəbnəm Həsənova: Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz sərhədlərini bərpa etməyə çalışır
17 May 15:27
Sevil Mikayılova: Sülhə gedən yol sülh müqaviləsindən keçir
17 May 15:18
Rauf Əliyev: Şuşada “Xarıbülbül” festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsidir
17 May 15:15
Milli Məclisin deputatı Elman Nəsirov şəhid ailələrini ziyarət edib
17 May 15:14
Deputat: Azərbaycan Prezidentinin alban kilsələrini ziyarət etməsi ölkəmizdə yaşayan bütün xalqlara və dini konfessiyalara diqqətin əyani nümunəsidir
17 May 15:13
Anar Məmmədov: Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi mühüm tarixi hadisədir
17 May 15:05
Şuşanın mədəniyyət paytaxtı elan olunması bütün dünyaya ünvanlanmış tarixi-siyasi mesajdır
17 May 14:51
Əlcəzair portalı Azərbaycan XİN-in Ermənistanın əsassız iddialarına münasibətinə dair açıqlamasını yayıb
17 May 14:46
Tofiq Cahangirov: “Xarıbülbül” festivalı dünyaya bir mesaj idi
17 May 14:42
Futbol üzrə Azərbaycan kubokunun final oyununun saatı açıqlanıb
17 May 14:34
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər
17 May 14:25
Mayın 18-dən COVID-19-a qarşı peyvəndlənmə zamanı “Sputnik V” vaksinindən də istifadə ediləcək
17 May 14:11
Təlimlərdə xəritə üzərində tapşırıqlar icra olunur
17 May 14:10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi konfransların qalibləri müəyyənləşib
17 May 14:07
Prezident İlham Əliyev: Ermənistan tərəfi sərhədin dəqiqləşdirilməsi prosesinə qeyri-adekvat reaksiya nümayiş etdirir
17 May 13:12
Dosta fəxarət, düşmənə göz dağı verən festival...
17 May 13:10
FHN yay mövsümünün yaxınlaşması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib
17 May 13:01
İqtisadiyyat Nazirliyinin əməkdaşlarının vaksinasiyası davam edir
17 May 13:00
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 9,3 faiz artıb
17 May 12:44
Milli Məclisin deputatları Parlamentlərarası Gənclər Assambleyasının iclasında iştirak edəcəklər
17 May 12:40
Muxtar respublikada dövlət dəstəyi və stimullaşdırıcı tədbirlər arıçılığa marağı artırıb
17 May 12:31
Azərbaycanın mədəniyyət paytaxtında yeni tarix yazıldı
17 May 12:29
Ukraynalı alim: Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixində ən mühüm mədəni hadisələrdən biridir
17 May 12:27
Təhsil Nazirliyi: Yaz imtahan sessiyası distant keçiriləcək
17 May 12:05
ANAMA: İşğaldan azad olunmuş ərazilərdə ötən həftə 87 mina aşkarlanıb
17 May 11:51
Sərəncam: Qəbələnin Nic qəsəbəsində 360 şagird yerlik yeni məktəb binası tikiləcək
17 May 11:47
Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 5 milyon manat ayırıb
17 May 11:40
M8 ekspress xəttində gediş haqqı tarifi azaldılıb
17 May 11:37
Bakıda 240-a yaxın küçə və prospektdə dəyişiklik ediləcək - Vüsal Kərimli
17 May 11:33
Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür
17 May 11:30
Təlimlərə cəlb edilən qoşunlar cəmləşmə rayonlarını tutur
17 May 11:23
Paralimpiyaçımız Raman Saleh Avropa çempionu olub
17 May 11:11
Prezidentin Mətbuat Xidmətinin məlumatı
17 May 10:53
Elm və təhsil müəssisələrində çalışanlara Prezident təqaüdünün verilməsi qaydası müəyyənləşib
17 May 10:21
Mayın 20-də IX və XI sinif şagirdləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək
17 May 09:46
Bu gün Şimali Makedoniyada 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürəcək
17 May 08:56
Azərbaycan və Fransa XİN başçılarının telefon danışığı olub
17 May 08:49
Regionlarda tütün əkini intensiv şəkildə davam edir
17 May 08:45
Ev əvəzinə minalar
16 May 21:02
Yevlaxda küçələrə üfüqi nişanlama xətləri çəkilib
16 May 19:17
Deputat: Qəbələdə alban abidələrinin bərpası Azərbaycanda bütün dini konfessiyalara dövlət dəstəyinin göstəricisidir
16 May 19:16
NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayıb
16 May 19:15
Deputat: “Xarıbülbül” festivalı ölkəmizdə fərqli mədəniyyətlərə malik xalqların həmrəyliyinin ifadəsi idi
16 May 19:12
MDB Parlament Assambleyasının daimi komissiyalarının iclası keçirilib

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA