Azərbaycan Gəncləri Günü Xəzər rayonunda qeyd edilib
02.02.2021 [19:46]
2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Zirə Mədəniyyət Mərkəzi (Eko-Parkda), YAP Xəzər Rayon Təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Qələbəmiz-Qürurumuzdur!” və “COVID-19 gənc rəssamların gözü ilə” mövzularında keçirilən rəsm sərgisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Xəzər Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Mərasimə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, deputatlar Rauf Əliyev, Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Dövlət Rəssamlıq Qalereyasının sədri Qalib Qasımov onlayn qaydada qoşularaq gəncləri təbrik edib və gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov əvvəlcə müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
Qeyd edilib ki, Azərbaycanda Gənclər Günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunub: “Ümummilli Lider gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatdakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu hər zaman yüksək qiymətləndirib. Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Hazırda Azərbaycan gəncliyi Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın qloballaşan dünyada mövqeyinin möhkəmlənməsi üçün yürüdülən siyasətdə fəal iştirak edir”.
Bildirilib ki, Azərbaycanda həyata keçirilən mütərəqqi gənclər siyasəti gənc nəslin inkişafı, bilik və bacarıqlarını realizə etmələri üçün şərait yaratmaqla yanaşı, onları vətənpərvər ruhda formalaşdırıb. Bu baxımdan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi.
Milli Məclisin deputatı Soltan Məmmədov gənclərin dövlətin ictimai-siyasi həyatında fəal iştirakının əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan dövləti gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır, onların vətənpərvər ruhda tərbiyə olunması, intellektual inkişafına böyük önəm verir.
Deputat bildirib ki, Azərbaycanın tarixi zəfəri ilə başa çatan Vətən müharibəsi gənclərimizin nə qədər yüksək vətən sevgisinə malik olduğunu, dövlətə sonsuz bağlılığını bir daha nümayiş etdirdi.
Soltan Məmmədov müsabiqədə qalib gələn gəncləri təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra deputat Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və Azərbaycan Dövlət Rəssamlıq Qalereyasının sədri Qalib Qasımov çıxış ediblər. Çıxışçılar tədbir iştirakçılarını salamlayaraq onları əlamətdar gün münasibətilə təbrik ediblər.
Vurğulanıb ki, ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir”. Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait vardır. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Sonda qalib rəssamlara Xəzər Rayon İcra Hakimiyyəti və Zirə Gülçülük adından dəyərli hədiyyələr, Zirə Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər İdarəsi adından diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına bax
Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29

Dünya
21 Mart 16:41

Xəbər lenti
21 Mart 15:46

Gündəm
21 Mart 15:03

Gündəm
21 Mart 14:51

Dünya
21 Mart 14:28

Dünya
21 Mart 13:34

Dünya
21 Mart 12:43

Dünya
21 Mart 11:42

İdman
21 Mart 11:16

Dünya
21 Mart 10:51

İdman
21 Mart 10:20

Sosial
21 Mart 09:49

Hadisə
21 Mart 09:14

Dünya
21 Mart 08:37

Dünya
20 Mart 22:14

Hadisə
20 Mart 21:23

Sosial
20 Mart 20:42

Hərbi
20 Mart 20:15

Gündəm
20 Mart 19:36

Dünya
20 Mart 19:31

Xəbər lenti
20 Mart 18:46

Dünya
20 Mart 18:26

Hadisə
20 Mart 17:25

Dünya
20 Mart 16:54

Dünya
20 Mart 16:23

Sosial
20 Mart 15:56

YAP xəbərləri
20 Mart 15:39

YAP xəbərləri
20 Mart 14:46

İqtisadiyyat
20 Mart 14:09

Siyasət
20 Mart 13:49

Gündəm
20 Mart 13:33

İqtisadiyyat
20 Mart 13:31

Analitik
20 Mart 13:12

MEDİA
20 Mart 12:57

Analitik
20 Mart 12:33

İqtisadiyyat
20 Mart 12:11

Analitik
20 Mart 11:57

Analitik
20 Mart 11:33

Analitik
20 Mart 11:10

Gündəm
20 Mart 09:54

Asiya
20 Mart 09:16

Dünya
20 Mart 08:56

Dünya
20 Mart 08:32

Sosial
19 Mart 23:39

Xəbər lenti
19 Mart 23:33

Dünya
19 Mart 23:12

İdman
19 Mart 22:52

Xəbər lenti
19 Mart 22:38
