Sevincini də, kədərini də bölüşən DÜNYA
18.03.2023 [10:20]
Mübariz FEYİZLİ
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə Naxşıvanda əsası qoyulan Türk Dövlətləri Təşkilkatı (TDT) funksional bir qurum kimi inkişaf edir. Yarandığı vaxtda tərkibində cəmi dörd dövlət - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan olduğu halda, bu gün artıq təşkilatda beş üzv və iki müşahidəçi ölkə var. Özbəkistan 2019-cu ildə TDT-yə üzv olub. Altı Türk dövlətindən beşi bu təşkilatın üzvüdür, Türkmənistan isə müşahidəçi statusuna malikdir. Macarıstan da müşahidəçi qismində təşkilata qoşulub və təşkilatın bu ölkədə də ofisi fəaliyyət göstərir. Macarıstanın bu təşkilata qoşulması, eləcə də onlarla digər ölkənin müşahidəçi statusu almaq istəyi TDT-nin çəkisinin və perspektivinin yüksək olduğunu göstərir. İndiyədək qurumun Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul və Səmərqənddə olmaqla Zirvə görüşləri uğurla baş tutub. TDT-nin Prezident İlham Əliyevin də qatıldığı son Zirvə görüşü isə martın 16-da qardaş Türkiyənin paytaxtı Ankarada baş tutub. Zirvə tədbiri çərçivəsində, həmçinin Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. İclasda Türkdilli ölkələrin xarici siyasət idarələrinin rəsmiləri yeni çağırışlara uyğun olaraq aktual müzakirələr aparıblar və bir sıra mühüm təkliflər irəli sürüblər.
Türk dünyasının həmrəyliyi
TDT-nin növbəti Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilməsi təsadüfi deyildir. Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında Ceyhun Bayramov bildirib ki, TDT-nin fövqəladə Zirvə Görüşü 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələlərdən sonra qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədi daşıyır. Keçilmiş yola nəzər saldıqda Azərbaycanın dövlət başçısının Türkdilli ölkələr arasında həmrəyliyin və koordinasiyalı fəaliyyətin artırılmasına böyük səy göstərdiyinin şahidi oluruq. Ötən il TDT-nin Səmərqənddə baş tutmuş Zirvə görüşündə Prezident İlham Əliyev Türk dövlətlərinin bir-birinin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməli olduqlarını vurğulayıb. Dövlətimizin başçısı həmin Zirvə görüşündə bu barədə deyib: “Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq”.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında da qeyd olunduğu kimi, bu dəfə Türkdilli ölkələrin yüksəksəviyyəli rəsmilərini bir araya gətirən səbəb qardaş Türkiyədə baş verən zəlzələ olub. Təsadüfi deyildir ki, “Fəlakətlərin - Fövqəladə Halların İdarə Edilməsi və Humanitar Yardım” budəfəki Zirvə görüşünün mövzusu kimi müəyyənləşdirilib. Qardaş ölkənin 10 vilayətində baş vermiş zəlzələ bir insanlıq faciəsidir və onun miqyası çox genişdir. Təbii fəlakət nəticəsində 46 mindən çox insan həyatını itirib, minlərlə yaralı var. Çoxlu sayda yaşayış binası, infrastruktur obyekti dağılıb.
İclasda zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində beynəlxalq ictimaiyyət, o cümlədən TDT-yə üzv və müşahidəçi dövlətlər tərəfindən qısa müddət ərzində axtarış və xilasetmə dəstələrinin, habelə humanitar yardımların göndərilməsinin böyük mənəvi əhəmiyyət daşıdığı qeyd olunub. Bu xüsusda, fəlakətin baş verdiyi ilk andan etibarən qardaş Türkiyənin yanında olan Azərbaycanın, bundan sonra da dağıntılara məruz qalmış ərazilərin yenidən qurulmasında Türkiyə Respublikasına dəstəyi davam etdirəcəyi diqqətə çatdırılıb.
Zəlzələ baş verəndən sonra qardaş ölkəyə ilk yardım əli uzadan məhz Azərbaycan olub. Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin bütün əlaqədar qurumları tərəfindən operativ qaydada Türkiyəyə yardımlar göndərilib. Həmçinin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz xətti ilə yardım kampaniyasına qoşularaq Türkiyəyə humanitar yüklər göndərib. Ceyhun Bayramov iclas iştirakçılarına ölkəmizdən xilasetmə və tibbi heyət, səhra xəstəxanaları, onlarla təyyarə və yüzlərlə yük maşınları ilə göndərilən humanitar yardım barədə məlumat verib. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, zəlzələ ilə əlaqədar Azərbaycan tərəfindən qardaş Türkiyəyə fevralın 6-dan martın 15-dək göstərilmiş humanitar və maliyyə yardımının ümumi məbləği 76 milyon 344 min 930 manat (44 milyon 908 min 783 ABŞ dolları) təşkil edir. Türkiyəyə 53 milyon 568 min 530 manat (31 milyon 510 min 900 dollar) dəyərində humanitar yardım, 22 milyon 776 min 400 manat (13 milyon 397 min 883 dollar) məbləğində isə birbaşa maliyyə yardımı göstərilib. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bariz təzahürüdür.
İclasda böyük fəlakət və əsrin faciəsi olan bu zəlzələlərin on minlərlə insan itkisi, böyük dağıntılar və humanitar problemlər yaratmasına baxmayaraq, qüdrətli türk millətinin və Türkiyənin zəlzələnin fəsadlarının aradan qaldırılmasının öhdəsindən ən qısa zamanda ləyaqətlə gələcəyinə əminlik ifadə olunub. Sevincini olduğu kimi, dərdini də birlikdə bölüşən xalqlarımızın bu acı günlərdə də nümunəsinə az rast gəlinən həmrəylik nümayiş etdirdiyi Ceyhun Bayramovun çıxışı zamanı xüsusi vurğulanıb. Azərbaycanlı nazir, həmçinin baş vermiş təbii fəlakət fonunda üzv dövlətlər arasında fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin həyata keçirilməsi sahəsində əməkdaşlığın, o cümlədən birgə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edərək, TDT-nin Mülki Müdafiə Mexanizminin yaradılması üzrə yol xəritəsinin praktiki icrasının vacibliyini qeyd edib.
Tarixi Türk coğrafiyasını birləşdirəcək Zəngəzur dəhlizi
TDT-nin yaranmasından ötən illər ərzində təşkilatın üzv dövlətləri arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiya sahələrində əməkdaşlıq güclənib, həmçinin qurumun beynəlxalq nüfuzu artıb. Qarşıdakı mərhələdə Orta Dəhlizin inkişaf etdirilməsi sayəsində bu bağlar daha da möhkəmlənəcək. Hazırkı geosiyasi reallıqlar fonunda Orta Dəhlizin cəlbediciliyi artıb və bu marşrut üçün yeni fürsətlər yaranıb. Sözügedən dəhliz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi kimi də tanınır. Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir.
Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir. Respublikamız Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir. Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.
Burada ən əsas amillərdən biri isə müasir infrastrukturla bağlıdır. Respublikamızın ərazisindən bir-birinə inteqrasiya edilmiş Şərq-Qərb və Şimal-Cənub kimi iki mühüm dəhliz keçir. Son illərdə həm bütün respublika üzrə, həm də bəhs olunan dəhlizlər boyunca avtomobil yollarının yenidən qurulması istiqamətində çoxsaylı layihələr reallaşdırılıb. Hər iki dəhliz üzrə yollar ən müasir standartlar səviyyəsinə çatdırılıb. Respublikamızın ərazisində bütün beynəlxalq dəhlizlərin bir-biri ilə optimal marşrutlarla inteqrasiya edilməsi Azərbaycanın böyük üstünlüyüdür.
Gələcəkdə respublikamız Orta Dəhlizin inkişaf etdirilməsinə daha böyük töhfələr verəcək. Bu, üçtərəfli Bəyanatda nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması sayəsində baş verəcək. Bəhs olunan Zəngəzur dəhlizi avtomobil və dəmir yolları kimi iki seqmentdən ibarət olacaq. Burada, həmçinin enerji dəhlizinin də yaradılması nəzərdə tutulur. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində qalan Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi Türkiyəyə, oradan isə Avropaya qədər uzanacaq. Beləliklə də, Mərkəzi Asiyada yerləşən Türkdilli ölkələrin beynəlxalq birliklə inteqrasiyasına yeni imkanlar yaranacaq. Həmin dövlətlər öz yüklərini Transxəzər marşrutu ilə Azərbaycan üzərindən Avropa məkanına çatdıra biləcəklər. İclasda regionda və dünyada baş verən hadisələrin nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlığın əhəmiyyətini artırdığını qeyd edən nazir Ceyhun Bayramov bu istiqamətdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. İclasda Azərbaycanın Orta Dəhlizin tranzit potensialından istifadəyə şərait yaradacaq bu səylərinin öz növbəsində regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə dair inam ifadə olunub.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Mart 20:38

Xəbər lenti
30 Mart 20:34

Xəbər lenti
30 Mart 20:32

Xəbər lenti
30 Mart 19:40

Xəbər lenti
30 Mart 19:19

Xəbər lenti
30 Mart 16:44

Xəbər lenti
30 Mart 16:24

Xəbər lenti
30 Mart 15:36

Xəbər lenti
30 Mart 15:24

İqtisadiyyat
30 Mart 15:20

Xəbər lenti
30 Mart 15:13

Xəbər lenti
30 Mart 14:20

Xəbər lenti
30 Mart 14:11

Gündəm
30 Mart 14:08

Xəbər lenti
30 Mart 14:06

İqtisadiyyat
30 Mart 13:32

Xəbər lenti
30 Mart 13:08

Xəbər lenti
30 Mart 13:06

İqtisadiyyat
30 Mart 12:30

Xəbər lenti
30 Mart 11:54

Xəbər lenti
30 Mart 11:51

Maraqlı
30 Mart 11:36

Maraqlı
30 Mart 11:34

Sosial
30 Mart 11:30

MEDİA
30 Mart 11:28

Ədəbiyyat
30 Mart 11:26

Xəbər lenti
30 Mart 11:20

Sosial
30 Mart 11:18

Xəbər lenti
30 Mart 11:06

Siyasət
30 Mart 10:55

Siyasət
30 Mart 10:52

Xəbər lenti
30 Mart 10:46

Siyasət
30 Mart 10:42

Xəbər lenti
30 Mart 10:38

Gündəm
30 Mart 10:34

İqtisadiyyat
30 Mart 10:29

Gündəm
30 Mart 10:19

Xəbər lenti
30 Mart 09:46

Xəbər lenti
30 Mart 09:25

Xəbər lenti
30 Mart 09:22

Xəbər lenti
29 Mart 23:40

Xəbər lenti
29 Mart 21:09

Xəbər lenti
29 Mart 19:36

YAP xəbərləri
29 Mart 17:40

Xəbər lenti
29 Mart 16:42

Formula 1
29 Mart 16:35

Xəbər lenti
29 Mart 16:33

Xəbər lenti
29 Mart 16:30

Gündəm
29 Mart 16:23

Xəbər lenti
29 Mart 16:11

Xəbər lenti
29 Mart 16:08

Xəbər lenti
29 Mart 15:29

Xəbər lenti
29 Mart 15:20

Xəbər lenti
29 Mart 14:45

Xəbər lenti
29 Mart 14:16

İqtisadiyyat
29 Mart 14:01

Xəbər lenti
29 Mart 13:46

Xəbər lenti
29 Mart 13:31

Xəbər lenti
29 Mart 13:26

YAP xəbərləri
29 Mart 13:09

Xəbər lenti
29 Mart 13:07

Xəbər lenti
29 Mart 12:51

Xəbər lenti
29 Mart 12:22

Xəbər lenti
29 Mart 12:08

Xəbər lenti
29 Mart 12:03

Xəbər lenti
29 Mart 11:57

Xəbər lenti
29 Mart 11:52

Xəbər lenti
29 Mart 11:46

Xəbər lenti
29 Mart 11:38

Xəbər lenti
29 Mart 11:18
