Paşinyan nə istəyir?
29.11.2022 [10:48]
Onun limiti də, cəhdləri də tükənib
Azərbaycan regionda sülhün təmin olunması, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində önəmli təşəbbüslərlə çıxış edir. Beynəlxalq birlik də bu təşəbbüsləri dəstəkləyir. Əslində, 10 noyabr birgə bəyanatının imzalanmasından sonra problemin köklü həllinə tezliklə nail olunacağına ümidlər çox olsa da, Paşinyanın ikili oyunları sülhün əldə edilməsinə mane olur. Çünki erməni tərəfi 10 noyabr razılaşmasının bir sıra bəndlərini hələ də yerinə yetirməyib. Buraya qanunsuz erməni hərbi birləşmələrinin Qarabağdan tam çıxarılması, regionda bütün kommunikasiyaların açılması, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası ilə maneəsiz gediş-gəlişi təmin etmək daxildir. Rəsmi İrəvan hələ də bu yöndə öhdəliklərini yerinə yetirməyib.
44 günlük müharibə bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Avropa İttifaqı, Rusiya və ABŞ beynəlxalq vasitəçilər qismində çıxış edirlər. Bu formatlar çərçivəsində bir neçə dəfə liderlər, xarici işlər nazirləri və digər rəsmi şəxslər arasında görüşlər keçirilib. Liderlərin oktyabrın 6-da Praqa, oktyabrın 31-də isə Soçi görüşünün yekun bəyanatında Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bu ilin sonunadək sülh sazişinin imzalanmasının tərəfdarı olduğunu bəyan etmişdi. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi sülh sazişinin tezliklə imzalanacağını sual altına qoyur. Dekabrın 7-də nəzərdə tutulan Brüssel görüşünün də Paşinyan tərəfindən pozulması bunu deməyə əsas verir. Beləliklə, Paşinyanın ikili oyunları sülh təşəbbüslərinə zərbə vurur.
Yeri gəlmişkən, noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ-ın Yuta Universitetinin professoru doktor Hakan Yavuz Prezident İlham Əliyevə ünvanladığı sualda Ermənistanın baş nazirinin davranışlarına da toxunub: “Erməni millətçiliyi üzrə ixtisaslaşmış bir alim olaraq deyə bilərəm ki, mənim nəzərimdə Paşinyanı anlamaq çox çətindir. Onunla dəfələrlə görüşdüyünüzə görə bilmək istərdim ki, Paşinyan nə istəyir? Nəyə görə o, gündə yeddi dona girir? Bunu Rusiya, Fransa və ya İrana görə edir? Yoxsa, Paşinyan bu qüvvələri manipulyasiya edir? Yəni, regional qüvvələr onu manipulyasiya etmir, o özü onları manipulyasiya edir”. Dövlətimizin başçısı bu suala cavab verərkən N.Paşinyanla ilk görüşünü xatırladıb: “Mən bizim 2018-ci ilin sentyabr ayında Düşənbədə BMT ölkələrinin sammitində birinci görüşümüz haqqında bir dəfə danışmışam. Yeri gəlmişkən, həmin gün sentyabrın 27-si idi. Düz iki il sonra həmin gün İkinci Qarabağ müharibəsi başladı. Bu görüşdən sonra, - mən təfərrüatlara varmaq istəmirəm, - biz razılaşdıq ki, sərhəddə atəşkəs rejimini gücləndirəcəyik. Biz atışmaları dayandıracağıq və bu da baş verdi. Bir il ərzində bu baş verdi. Bu il ən sakit il idi və bu ildə, demək olar ki, heç bir itkimiz olmadı. Bəs sonra nə baş verdi? O, yəqin, bunun zəiflik əlaməti olduğunu düşündü və sonra bu məşhur bəyanatlar səsləndi ki, “Qarabağ Ermənistandır”, “Yeni ərazilər uğrunda yeni müharibə aparılacaq”. Sonra təxribatlar oldu, iyul ayında, avqust ayında və sairə. Onun indi dedikləri o vaxt dediklərindən fərqlidir. Mən həmişə sual edirəm ki, kimin kim olduğunu başa düşmək üçün onlara, həqiqətən də, bu müharibə lazım idi? Mən çalışırdım başa salam, çalışırdım deyəm ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bizim səbrimiz tükənir, biz sizi məhv edəcəyik”. Prezident İlham Əliyev qeyd edib ki, indi onlar sülh haqqında danışırlar: “Mən bunun nə dərəcədə səmimi olduğunu, onların tam sağalması üçün, bu zəhərli beyin yuyulmasından qurtulmaq üçün onlara daha bir soyuq duşun lazım olub-olmadığını bilmirəm. Lakin onlar öz təhsil paradiqmasını tamamilə dəyişməlidirlər. Onlar öz ideoloji əsaslarını dəyişməlidirlər. Bu, ağrılı bir prosesdir, lakin onlar bunu etməlidirlər. Əks təqdirdə onlar tamamilə çaş-baş qalacaqlar”. Dövlət başçısının sözlərinə görə, Paşinyan başa düşür ki, biz istəsək, bir çox şeylər edə bilərik və heç kəs bunun qarşısını ala bilməz: “Məsələ burasındadır ki, biz bunu istəmirik. Biz sülh istəyirik”.
Beləliklə, N.Paşinyan unutmamalıdır ki, torpaqlarımızın 30 ilə yaxın davam etmiş işğal dövründə Azərbaycan problemin sülh yolu ilə tənzimlənməsi üçün bütün mümkün cəhdləri etdi. İşğala məruz qalan tərəf olmasına baxmayaraq, ölkəmiz bu məsələnin sülh yolu ilə həllinə çalışdı. Amma Ermənistanın qeyri-adekvat davranışları Azərbaycan dövlətinə əks-həmlə əməliyyatlarından başqa yol buraxmadı. 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktına imza atan N.Paşinyan bu gün sülhün təmin olunmasına qarşı çıxmaqla heç nəyə nail olmayacaq. Hazırda Ermənistanın baş naziri beynəlxalq vasitəçilər- Avropa İttifaqı, Rusiya və ABŞ arasında “manevrlər” etməyə çalışır və düşünür ki, bu addımlarla sülh prosesini uzadaraq ölkəsinin xeyrinə nəyisə dəyişdirə biləcək. Amma Paşinyan unudur ki, onun limiti də, bu kimi uğursuz cəhdləri də tükənmək üzrədir. Nəticədə uduzan yenə də Ermənistan olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29

