Ana səhifə »  Siyasət »  Müasir Azərbaycanın qurtuluş tarixi
A+   Yenilə  A-
Müasir Azərbaycanın qurtuluş tarixi

Bütün şüurlu həyatını Vətəninə, xalqına sərf edərək dövlətçiliyimizin formalaşmasında misilsiz xidmətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində müstəqil Azərbaycan Respublikasının Ali qanunvericilik orqanına Sədr seçilməsi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ona görə də qədirbilən xalqımız hər il 15 iyun gününü Milli Qurtuluş bayramı kimi böyük coşqunluqla qeyd edir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının həyatına yeni dövrün başlanğıcı kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Günü olmasaydı, biz indi nəinki bu bayramı, hətta heç bir bayramı keçirə bilməzdik. Çünki yer üzündə Azərbaycan adında ölkə olmayacaqdı. Məhz 1993-cü ilin 15 iyun günü Vətənini, xalqını sevən, odövrkü çətin və ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir.
Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illər milli tariximizə tərəqqi illəri kimi daxil olmuşdur. Onun ölkəmizə 14 illik rəhbərliyi dövründə Azərbaycan möhtəşəm inkişaf yolu keçmiş, Sovet İttifaqında geridə qalmış bir respublikadan dinamik inkişaf edən öncül respublikaya çevrilmiş, dünyada tanınmağa başlamışdı. Bu tarixi şəxsiyyət hələ o vaxt Azərbaycanı müstəqil ölkə kimi görmək üçün var qüvvəsi ilə çalışır, müstəqilliyin möhkəm təməlini yaratmaq üçün bütün bilik və bacarığını bu amal uğrunda sərf edirdi.
Keçmiş İttifaq rəhbərliyindən məlum səbəblərdən uzaqlaşdıqdan sonra Heydər Əliyev Öz vətənində xalqı ilə birlikdə olmaq üçün 1990-cı il iyulun 22-də Naxçıvana gəldi. Həmin vaxtlar blokada şəraitində olan Naxçıvan özünün ən çətin günlərini yaşayırdı. Muxtar Respublikanın əhalisi bir tərəfdən Ermənistanın hücumlarının qarşısının almağa, digər tərəfdən isə bütün SSRİ məkanında baş alıb gedən hərc-mərclik və xaos nəticəsində hər yerdə olduğu kimi, bölgədə də yaranmış siyasi, iqtisadi və sosial çətinlikləri aradan qaldırmağa çalışırdı. Belə bir vəziyyətdə tanınmış siyasi xadim, həmişə vətəni və xalqı üçün böyük səylə çalışmış Heydər Əliyev Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi fəaliyyət göstərməsi naminə əsl mücadiləyə qalxdı. Onun müstəqillik uğrunda əzmkarlıqla mübarizə apardığını görən Naxçıvan əhalisi Heydər Əliyevi 1990-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-nin Ali Sovetinə deputat seçdi.
1990-cı ilin noyabr ayının 17-də Muxtar Respublikanın Ali Sovetinin birinci sessiyasında məhz Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı və bununla da həmin vaxtdan müstəqilliyimizin ikinci dəfə əsası qoyuldu. Bundan başqa, Onun təklifi ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. Heydər Əliyev sessiyalarda Dağlıq Qarabağ problemi ilə əlaqədar Bakı rəsmilərinin yeritdiyi siyasəti və Moskvanın mövqeyini kəskin tənqid edir, SSRİ-nin tezliklə dağılacağını bəyan edirdi. SSRİ-nin saxlanmasına dair 1991-ci ilin 17 mart tarixində Azərbaycan SSR-də keçirilən referendumda Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Naxçıvan əhalisi Heydər Əliyevə böyük inam və ümid bəsləyərək Onun Muxtar Respublikaya rəhbərlik etməsini arzu edirdi. Xalqın bu istəyi 1991-ci il sentyabrın 3-də reallaşdı və Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə Sədr seçildi. Bununla da nəinki Naxçıvanın Muxtar Respublika kimi, həm də Azərbaycanın müstəqil dövlət kimi məhv olmaqdan qurtulmasının təməli qoyuldu. Eyni zamanda, Muxtar Respublikanın təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirlər görüldü və iqtisadiyyatda dönüş yaradılması məqsədilə islahatlar, xüsusilə torpaq islahatı başladı.
Təəssüf ki, Azərbaycanın ikinci dəfə əldə etdiyi müstəqilliyin ilk illərinə təsadüf edən 1992-1993-cü illər müasir tariximizdə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xarakterizə olunur. Ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində Azərbaycan həlli çətin görünən problemlə üzləşmişdi. Ermənistanın heç bir əsas olmadan respublikamıza qarşı ərazi iddiası və seperatçılıq siyasəti nəticəsində gündən-günə alovlanan Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların öz tarixi və doğma yurdları olan Ermənistan və Dağlıq Qarabağ ərazisindən didərgin salınması, Qarabağ bölgəsindəki rayonlarımızın havadarlarının köməyi ilə Ermənistan tərəfindən dalbadal işğalı, digər bölgələrimizdə separatizm meyillərinin güclənməsi həmin dövrün adi mənzərəsi idi. Belə bir vaxtda yenicə müstəqilliyini elan etmiş Azərbaycan Respublikasında yaranmış hakimiyyət boşluğunu aradan qaldırmaq üçün 1992-ci il mayın 18-də çağırılan sessiyada mən Ali Sovetin deputatı kimi çıxış edərək Ali Sovetə Sədr vəzifəsinə görkəmli dövlət xadimi, böyük dövlətçilik və idarəetmə təcrübəsinə malik Heydər Əliyevin namizədliyini təklif etdim. Bu təklifin səsə qoyulması üçün Heydər Əliyevin razılığı tələb olunduğundan Naxçıvana telefon açıb Heydər Əliyevlə danışmaq qərara alındı. Lakin çoxsaylı cəhdlərimizə baxmayaraq, Naxçıvanla əlaqə yaratmaq mümkün olmadı və təklifim keçmədi. Bütün bunlar televiziya vasitəsilə birbaşa yayımlanırdı. Bundan bir müddət sonra Naxçıvanda müstəqilliyin qorunub saxlanılması istiqamətində aparılan işlərin daha geniş vüsət alması və Azərbaycanda da həyata keçirilməsinin zəruriliyi Heydər Əliyevin ətrafında birləşən böyük bir siyasi qüvvənin formalaşmasına ehtiyac yaratmışdı. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 tanınmış ziyalısı “Səs” qəzeti vasitəsilə Ulu Öndərə “Azərbaycan Sizin sözünüzü gözləyir”, - deyə müraciət etdi. Görkəmli dövlət xadimi Azərbaycan ziyalılarının müraciətinə oktyabrın 24-də “Yeni müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi və 1992-ci il noyabrın 21-də Naxçıvanda konfrans keçirildi. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.
Belə bir vaxtda Heydər Əliyevin Naxçıvanda qazandığı uğurları gözü götürməyən AXC-”Müsavat” hakimiyyəti Azərbaycanda qayda-qanunu bərpa etmək, Dağlıq Qarabağ müharibəsində dönüş yaratmaq əvəzinə Naxçıvanda silah gücünə çevrilişə cəhdlər edib Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq istəyirdi. Ancaq bu cəhdlərinin heç biri baş tutmadı. Çünki, əhali öz doğma oğlunun arxasında möhkəm dayandı, Heydər Əliyevin dahi şəxsiyyət olması bir daha təsdiq olundu.
Bu dövrdə Ermənistanın hərbi təcavüzünün genişlənməsi, ölkədə separatçı qüvvələrin fəallaşması, Gəncə qiyamının alovlanması ilə ölkədə vətəndaş müharibəsinin başlanması və respublikanın parçalanma təhlükəsinin artması, baş alıb gedən hərc-mərclik, iqtisadi böhran, dövlət institutlarının iflic vəziyyətə düşməsi nəticəsində xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyi sual altına düşdü. Bax belə bir ümidsiz siyasi, sosial, iqtisadi və hərbi şəraitdə, dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində Azərbaycan xalqı öz qurtuluşunu böyük oğlu, təcrübəli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevdə görüb ölkənin gələcək taleyini Ona etibar etdi. Azərbaycan xalqının təkidli tələbi və məcburiyyət qarşısında qalan iqtidarın xahişi ilə Heydər Əliyev Bakıya gəldi və Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
Azərbaycan dövlətini tarixi burulğanlardan xətərsiz çıxarıb xilas etmək, sabit və ardıcıl inkişaf yoluna çıxarmaq üçün böyük siyasi iradə və qətiyyət, çevik və dərin ağıl, zəngin təcrübə, başlıcası isə xalqa tükənməz sevgi tələb olunurdu. Ümummilli Lider bütün bunları nəzərə alıb dünyanın güc mərkəzlərinin iradəsinə qarşı çıxaraq, onların Azərbaycan üçün hazırladıqları məkrli planları alt-üst etdi, xalqımızı və dövlətimizi qorxunc təhlükələrdən uğurla keçirərək ardıcıl inkişaf dövrünə çatdırdı.
Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin Sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Onun heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Ulu Öndərin bu qayıdışının dövlətçiliyimiz üçün misilsiz faydası oldu. Bu, sözün həqiqi mənasında, Azərbaycan dövlətinin və xalqımızın qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar xalqın müxtəlif təbəqələrinin nümayəndələri öz çıxışlarında bu günün Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi elan edilməsini tələb edirdilər. Həmin vaxt mən Milli Məclisin deputatı idim və tale elə gətirdi ki, 1997-ci il iyunun 17-də parlamentdə çıxış edərək belə bir qərarın qəbul edilməsini təklif etmək mənə qismət oldu. Bundan 10 gün sonra iyunun 27-də Milli Məclisin 45 deputatının çıxışında da mənim təklifim dəstəkləndi və həmin gün Milli Məclisin qərarı ilə 15 İyun Milli Qurtuluş Günü elan olundu və Azərbaycan Respublikasının Bayram günləri siyahısına daxil edildi. Milli Məclisin həmin tarixi qərarında deyilir: “Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin Öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, Onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq Öz üzərinə götürməsi idi”.
Keçən dövr ərzində doğma Azərbaycanımızın siyasi, hərbi, iqtisadi və sosial sahələrdə əldə etdiyi uğurlara və qazandığı qələbələrə baxanda fəxrlə deyirik ki, 15 iyun, sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Məhz bu tarix gündən-günə inkişaf edərək qüdrətlənən və dünya miqyasında özünün layiqli yerini tutan və söz sahibinə çevrilən müasir Azərbaycan Respublikasının təməlinin qoyulduğu gündür.
Prezident İlham Əliyev Ulu Öndərin ölkəmizə ikinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə deyir: “1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.
Məhz buna görə qədirbilən xalqımız Ulu Öndərin xatirəsini həmişə əziz tutur, müasir Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin adı isə Azərbaycanın özü qədər əbədi olacaq, Onun ideyaları gələcək yollarımıza daim nur ələyəcəkdir.
Dahilərin böyüklüyü isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Bunu Onun son qərarı bir daha təsdiq etdi. Bu qərar, əslində, Heydər Əliyevin Azərbaycana son borcu, son xidməti idi. Çünki bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı son müraciəti vətənə ləyaqətlə xidmətin son nümunəsi idi. Ulu Öndərin tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi: “Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksəkintellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu Öndərin bu tarixi müraciətindən keçən on səkkiz il Onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə şübhəsiz ki, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu möhtəşəm və tarixi qələbə Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazıldı. Bu tarixi hərbi qələbə həm də onu bir daha təsdiq və sübut etdi ki, cənab İlham Əliyev Ulu Öndərin axıra çatdıra bilmədiyi taleyüklü məsələni axıra çatdırdı və bununla həm də ata vəsiyyətini uğurla yerinə yetirdi.
Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə erməni vandalları tərəfindən yerlə-yeksan edilərək darmadağın edilən işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinə başlamaqla vətəndaşlarımıza layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılmasıdır. Şübhə etmirik ki, hörmətli Prezidentimizin rəhbərliyi və gündəlik qayğısı nəticəsində azad Qarabağımız yaxın vaxtlarda dünyanın ən gözəl güşələrindən birinə çevriləcəkdir.
Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin ideyaları bu gün yaşayır və zəfər çalır. Biz hamımız inanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik, hüquqi və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.
Eldar İbrahimov
Milli Məclisin İntizam
komissiyasının sədri,
YAP İdarə Heyətinin üzvü,
professor

 
  • Oxunub:  2490  |  
  • Tarix:  10-06-2021  |  
  •    Çap et   |  
Azərbaycan İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində davamlı səylər göstərir

22 İyun 14:29
Milli Məclisin deputatı AŞPA-nın Hüquqi işlər və insan hüquqları komitəsinin məruzəçisi seçilib
22 İyun 14:28
Müdafiə naziri NATO-nun Quru Qoşunları Komandanlığının Qərargah rəisi ilə görüşüb
22 İyun 14:26
Vilayət Eyvazov: Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlıq mövcuddur
22 İyun 14:16
Naxçıvan Muxtar Respublikası ilə İsveç Krallığı arasında əlaqələrin genişləndirilməsi müzakirə olunub
22 İyun 14:15
BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
22 İyun 13:59
Vətən müharibəsində yaralanmış 33 qazi yüksək texnologiyalı protezlərlə təmin olunub
22 İyun 13:38
Azərbaycan və Misir XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 İyun 13:29
Kamaləddin Qafarov: Ən qorxulu epidemiyalar son nəticədə məhz vaksinasiya yolu ilə aradan qaldırılıb
22 İyun 13:20
Tanınmış türkiyəli media mütəxəssisləri AzTV-də
22 İyun 13:10
Deputat: Sosial şəbəkələr canlı ictimai müzakirələr baxımından demokratiya və azadlığın təşviqi istiqamətində mükəmməl vasitədir
22 İyun 12:56
Paytaxtda abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
22 İyun 12:47
BMT-nin ali nümayəndəsi Füzuli rayonunda erməni barbarlığı ilə tanış olur
22 İyun 12:42
“Avro-2020”: Çexiya millisi İngiltərə, Xorvatiya isə Şotlandiya ilə qarşılaşacaq
22 İyun 12:37
Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 27 il ötür
22 İyun 12:19
Asiya İnkişaf Bankı Azərbaycan sığorta bazarındakı proseslərlə yaxından maraqlanır
22 İyun 12:06
Misir ICESCO-nun Baş Konfransına ev sahibliyi edəcək
22 İyun 11:58
Sədaqət Vəliyeva: COVİD-19 pandemiyasından yeganə xilas yolu vaksinasiyadır
22 İyun 11:46
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin işğaldan azad edilmiş Füzuli rayonuna səfəri başlayıb
22 İyun 11:31
Prezidenti İlham Əliyev: BMT ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır
22 İyun 11:30
Sahibə Qafarova: Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan-Türkiyə dostluğunun bir daha şahidi oldu
22 İyun 11:15
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilir
22 İyun 11:13
XİN: Azərbaycan tərəfi UNESCO missiyasını qəbul etməyə hazırdır
22 İyun 10:47
Azərbaycanda şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportu və ya immunitet sənədi tələb olunacaq
22 İyun 10:46
Azərbaycanlı deputat: Mingəçevir su anbarını bombalamağa, yüz minlərlə azərbaycanlını qətlə yetirməyə çağıran erməni nümayəndənin çıxışı ikrah hissi doğurur
22 İyun 10:31
Sosial Xidmətlər Agentliyində uşaqlarla bağlı fəaliyyət göstərən QHT-lərlə görüş keçirilib
22 İyun 10:21
İyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin keçirilməsinə icazə verilir
22 İyun 10:00
Nigar Arpadarai: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır
22 İyun 09:57
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başlayıb
22 İyun 09:47
Turizm cənnəti – Antalya
22 İyun 09:06
Bütün cəhdlərə baxmayaraq, revanşistlər iflasa uğradılar
22 İyun 09:03
Gündüz Bayramov: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni mərhələnin başlanğıcıdır
22 İyun 09:01
Ramiz Yusubov: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri əbədi və sarsılmazdır
22 İyun 09:00
Sabir Hacıyev: Azərbaycan ilə Türkiyənin dostluğu və qardaşlığı bir daha bütün dünyaya nümayiş etdirildi
22 İyun 08:59
Arzuxan Əlizadə: Azərbaycan ilə Türkiyə regionda sülhün və sabitliyin təminatçısıdır
22 İyun 08:58
Qabil Hüseynli: Azərbaycan-Türkiyə müttəfiqliyi regionun gələcək inkişafı üçün geniş imkanlar yaradır
22 İyun 08:53
Abutalıb Səmədov: Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır
22 İyun 08:51
Radikal müxalifət xalqa və dövlətə xəyanət yolu tutub
22 İyun 08:49
Ermənistanda seçki baş tutsa da, siyasi qarşıdurma səngimir
22 İyun 08:48
“Normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək”
22 İyun 08:43
Dünya azərbaycanlılarının həmrəyliyinin təmin olunmasında azərbaycançılıq ideologiyasının rolu əvəzsizdir
21 İyun 21:39
Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram
21 İyun 21:36
Ceyhun Bayramov: Antalya Diplomatiya Forumu Azərbaycan üçün səmərəli müzakirələr məkanı oldu
21 İyun 21:32
ÜST dünyada COVID-19-la bağlı vəziyyəti qiymətləndirib
21 İyun 21:27
Rafael Hüseynov Avropa Şurasını sağlam inkişaf yoluna çıxmaq üçün ikili standartlardan qurtulmağa çağırıb
21 İyun 21:25
Adil Əliyev: COVID-19-a qalib gəlməyin yeganə yolu vaksinasiyadır
21 İyun 20:08
Azərbaycanlı deputat AŞPA üzvlərini mina xəritələrini vermək üçün Ermənistana təzyiq göstərməyə çağırıb
21 İyun 20:06
Mədəniyyət naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi ilə görüşüb
21 İyun 20:04
Səməd Seyidov: AŞPA-nın yay sessiyasının iştirakçıları Şuşa Bəyannaməsi haqqında məlumatlandırılacaq
21 İyun 20:01
“Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib
21 İyun 19:59
Vüqar Rəhimzadə: Prezident İlham Əliyevin təqdim etdiyi sülh modeli işğalçı dövlətin çətinliklərdən xilası deməkdir
21 İyun 19:57
Azərbaycanda koronavirus infeksiyasından daha 49 nəfər müalicə olunaraq sağalıb
21 İyun 19:52
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 20 illik fəaliyyətinə dair fotoalbom nəşr edilib
21 İyun 19:50
Baş nazir Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşüb
21 İyun 19:49
MEDİA ilə “Aljazeera” Media İnstitutu arasında ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
21 İyun 19:47
Anar Məmmədov: Ermənilər tərəfindən basdırılmış minalar yüz minlərlə insanın doğma torpaqlarına qaytarılmasına ciddi maneə yaradır
21 İyun 18:14
Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin təntənəli andiçmə mərasimi keçirilib
21 İyun 17:32
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib
21 İyun 17:31
Sinoptiklərdən xəbərdarlıq: Paytaxda havanın temperaturu 42°-yə yüksələcək
21 İyun 17:21
“Azərbaycan dilinin orfoepiya normaları” təsdiqlənib
21 İyun 17:19
Hikmət Babaoğlu: Ermənistandakı hazırki vəziyyət Azərbaycanın yaratdığı yeni geosiyasi reallığın işğalçı ölkənin siyasi sistemi tərəfindən qəbul edilməsidir
21 İyun 17:16
İqtisadiyyat naziri: İcbari tibbi sığorta sisteminin tətbiqi sosial-iqtisadi inkişaf üçün yeni mərhələdir
21 İyun 17:15
Türkiyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun keçirəcəyi layihələrə dəstəyini əsirgəməyəcək
21 İyun 16:57
ADA Universiteti ilə “Al Jazeera” Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb
21 İyun 16:45
YAP Nəsimi rayon təşkilatının hesabat konfransı keçirilib
21 İyun 16:33
Türkiyə Futbol Federasiyası: Təşəkkürlər, qardaş Azərbaycan
21 İyun 16:31
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov UEFA-nın baş katibi Teodor Teodoridislə görüşüb
21 İyun 16:16
Xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
21 İyun 16:16
Paytaxtda 166 məktəb Milli Qəhrəman və şəhid adı daşıyır
21 İyun 16:00
YAP Göygöl rayon təşkilatı “Şuşa Bəyannaməsi Qafqazın inkişafına mühüm töhfə verəcək” mövzusunda tədbir keçirib
21 İyun 15:45
Prezident İlham Əliyev: Düşünürəm ki, Azərbaycan və Pakistan qarşıdakı illərdə hərbi əməkdaşlığı genişləndirməlidir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+20 +25