Siyavuş Novruzov: Üçtərəfli format regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur
10.08.2016 [10:18]
“Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakıda keçirilən üçtərəfli tarixi görüşü nəinki region, ümumiyyətlə, dünya üçün mühüm əhəmiyyət kəsb edir”. Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
YAP İcra katibinin müavini bildirib ki, bu görüşün Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin beynəlxalq aləmdə olan nüfuzunun, apardığı sülhməramlı və dostluq siyasətinin, həmçinin Azərbaycanda olan ictimai-siyasi sabitliyin, ölkəmizin təşkilatçılıq qabiliyyətinin və iqtisadi inkişafının göstəricisidir.
S.Novruzov qeyd edib ki, bu görüşdə regionun ən aparıcı dövlətləri iştirak edirdi: “Görüşdə terrorizmin qarşısının alınması, ekstremist amillərin aradan qaldırılması, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olundu və bəyannamə imzalandı. Bu görüşlərin mütəmadi keçirilməsinin qərara alınması, üçtərəfli formatın regionda sülh və sabitlik üçün əsas şərt olması, dondurulmuş münaqişələrin həll edilməsi ilə bağlı müzakirələrin aparılması çox vacib əhəmiyyət kəsb edir və önəmli mesajlardandır”.
S.Novruzov hesab edir ki, bu format başqa ölkələrin də qoşulması ilə daha geniş formada davam etsə, çox qısa müddət ərzində həm regionda sülh yaranacaq, regionun iqtisadi inkişafı sürətlənəcək, nəqliyyat və kommunikasiya məsələləri öz həllini tapacaq və yeni bir böyük qüvvə meydana çıxacaq: “Azərbaycan bundan əvvəl də İranla dəmir yolu və digər məsələlərlə bağlı bir sıra müqavilələr bağlamışdı və İran Prezidenti Azərbaycanda olanda da bu məsələlərə toxundu. Eyni zamanda, Azərbaycan-Rusiya və Rusiya-İran münasibətlərinin daha da yaxınlaşması regionda yeni bir inkişaf mərhələsinin əsasını qoyur”.
Millət vəkili bildirib ki, əgər regionda belə bir birlik yaranırsa, bu cür addımlar atılırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün addım atmağa məcburdur, çünki başqa çıxış yolu qalmır: “Ona görə də hesab edirəm ki, bu cür yeni əməkdaşlıq formatının yaranması Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində çox mühüm addım olacaq”.
S.Novruzov əlavə edib ki, bu cür əməkdaşlıq formatı müəyyən qüvvələri, xüsusilə erməni lobbisini narahat edir: “Ermənilərin lobbiçiliyi ilə ayrı-ayrı qurumlar tərəfindən müxtəlif bəyanatların səsləndirilməsini gözləmək olar”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52

