Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bişkekdə bir sıra tədbirlər keçiriləcək

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bişkekdə bir sıra tədbirlər keçiriləcək

07.05.2009 [18:07]

Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə Bişkekdə bir sıra tədbirlər keçiriləcək. Azərbaycanın Qırğızıstandakı səfirliyindən APA-nın Qazaxıstandakı müxbirinə verilən məlumata görə, artıq Qırğız-Türk “Manas” Universitetinin böyük zalında Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr edilmiş “Azərbaycan kinosu günləri”nə start verilib. Mayın 8-də səfirliyin inzibati binasında Azərbaycan diasporunun üzvləri və Qırğızstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələrinin iştirakı ilə yığıncaq keçiriləcək. Həmin gün Qırğız-Türk “Manas” Universitetində mərasimin davamı olaraq Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli filmin və Azərbaycan eposunu əks etdirən “Dədə Qorğud” adlı bədii filmin nümayişi nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 1283 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31