Valeh Ələsgərov: İnanıram ki, haqq-ədalət gec-tez zəfər çalacaq
07.05.2015 [10:03]
Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq qurumlar bu il mayın 3-də Azərbaycanın erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən “parlament seçkiləri”ni qeyri-legitim hesab edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha ifadə etdilər. Buna baxmayaraq, işğalçı Ermənistanın bir sıra mətbu orqanları növbəti dəfə faktları təhrif edərək, bu qondarma “parlament seçkiləri”ni öz mənafeləri baxımından şərh etməyə çalışırlar.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov məsələ ilə əlaqədar AZƏRTAC-a aşağıdakıları bildirib:
- Son vaxtlar Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazisində, tanınmamış “Dağlıq Qarabağ Respublikası”nda qondarma “parlament seçkiləri”nə həsr edilən materiallar dərc olunur. Bu yazılarda “beynəlxalq müşahidəçilər”in “Dağlıq Qarabağ Respublikasında seçkilər”lə bağlı müxtəlif fikirlərinə geniş yer verilir.
Məsələn, bu məqalələrdə Ermənistan KİV-lərinin “ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyasının nümayəndəsi” kimi təqdim etdiyi Karin Makdonalds adlı birinin “seçkilər”lə bağlı bəyanatından danışılır.
Əgər kimsə Karin Makdonaldsa “seçkilər”lə bağlı bu gün və yaxud gələcəkdə aşağıdakı sualla müraciət etsəydi, görəsən o, nə cavab verərdi?
Həqiqətənmi siz “ABŞ, Meksika və Braziliyadan olan beynəlxalq müşahidəçilər missiyası”nın adından Dağlıq Qarabağdakı “parlament seçkiləri” ilə bağlı hər hansı bəyanat vermisiniz?
Əgər cavab müsbət olarsa, onda siz ABŞ, Meksika və Braziliyanın hökumətləri və ya parlamentləri, yaxud da səlahiyyətli orqanları tərəfindən “beynəlxalq müşahidəçilər missiyası”nın yaradıldığı və sizin də bu missiyanın səlahiyyətli üzvü olduğunuz barədə hər hansı bir sənədi təqdim edə bilərsinizmi?
İnanın ki, sualın həm birinci, həm də ikinci hissəsinə cavab “xeyr” və bir daha “xeyr” olacaqdı. Çünki Karin Makdonalds və “beynəlxalq müşahidəçilər missiyası”nın digər üzvləri “özünü yalandan təqdimetmə”nin hüquqi və digər nəticələrini gözəl anlayırlar. Ən yaxşı halda, onlar deyəcəklər ki, bu tədbirdə “müşahidəçi” kimi öz “şəxsi təşəbbüsləri”, müəyyən dairələr tərəfindən xüsusi olaraq “şirnikləndirilmiş”, digərləri isə deyə bilərlər ki, “ürəklərinin səsi” ilə iştirak ediblər.
Ermənistanın bəzi mətbu orqanlarında “Amerika missiyasının müşahidəçisi” Adris Borgeasın bəyanatından sitatlar gətirilir. Görünür, bu yazıların müəllifləri öz auditoriyasının səviyyəsinə yaxşı bələd olduqları üçün oxucu kütləsinə bu cür saymazyana yanaşır, onlara “Amerika missiyası” adlı müəmmalı bir anlayış təqdim edir.
Sual olunur. Bu, hansı Amerikadır? Amerika Birləşmiş Ştatlarıdır? Yoxsa Şimalda Alyaska və Nyu Faundlend sahillərindən cənubda Qorn burnunadək olan Amerikadır?
Sonrası isə daha maraqlıdır. ABŞ-ın “Dağlıq Qarabağ Respublikasında seçkiləri” tanımaması ilə bağlı bəyanatını şərh edən bu “Amerika missiyası”nın nümayəndəsi özünə rəva bilir ki, ABŞ-ın bu mövqeyi ilə razılaşmasın. Cəfəngiyatdan başqa bir şey deyil. Elə deyilmi?
Aydındır ki, aidiyyəti dövlət orqanları tərəfindən rəsmi səlahiyyət verilmiş heç bir “Amerika missiyası” yoxdur. Əvəzində isə ermənipərəst qüvvələr tərəfindən “şirnikləndirilmiş” müəyyən şəxslərin bəyanatları var. Erməni KİV-lərinin əllərində başqa fakt olmadığından onlar bunu əhəmiyyətli bir hadisə kimi təqdim etməyə çalışırlar.
Eyni fikirləri “Rusiya müşahidəçilər missiyası” haqqında da demək olar. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, Rusiya Federasiyası, ABŞ, ATƏT-in Minsk qrupunun həmsədrləri də (Rusiya, Fransa və ABŞ), Avropa İttifaqı, NATO, çoxlu sayda digər beynəlxalq təşkilatların və dünya ölkələrinin böyük əksəriyyətinin nümayəndələri kimi birmənalı şəkildə Dağlıq Qarabağda “parlament seçkiləri”ni tanımadıqlarını bəyan ediblər.
Ermənistan mətbuatı “Avropa Parlamentinin deputatlarından ibarət beynəlxalq müşahidəçilər missiyası”nın başçısı kimi təqdim etdiyi Frank Engelin çıxışlarına və bəyanatlarına xüsusi yer ayırır. Bu, az məlumatlı auditoriyaya hesablanmış növbəti bir uydurmadır. Əslində isə Avropa Parlamenti və onun rəhbərliyi Dağlıq Qarabağda “parlament seçkiləri”nə müşahidəçilər missiyası göndərməyib və Avropa Parlamentinin deputatlarından heç birinə bu “seçkilər”də adıçəkilən qurumu təmsil etmək hüququ verməyib. Ona görə də Frank Engelin Avropa Parlamentindən “beynəlxalq müşahidəçilər missiyası”nın başçısı kimi təqdim edilməsi ağ yalandan başqa bir şey deyil. İnanın ki, Frank Engelin Avropa Parlamenti adından danışmaq üçün heç bir səlahiyyəti yoxdur. O, ancaq öz fikirlərini ifadə edə bilər. “Erməni sevgisi”nə baxmayaraq, Frank Engel yaxşı başa düşür ki, o, Avropa Parlamentinin adından danışarsa, təşkilata qayıtdıqdan sonra onu nələr gözləyə bilər.
Erməni mətbuatının necə həyasızlıq və geniş ictimaiyyətə hörmətsizlik nümayiş etdirməsi, öz oxucularına yalan informasiya verməsi həqiqətən heyrət doğurur. Bunu ancaq onların xəstə millətçilik təfəkkürü və utopik “böyük Ermənistan” xülyası ilə izah etmək olar. Belə uydurma dezinformasiyalarla onlar ancaq özləri kimi düşünənləri aldada bilərlər.
Dünya artıq bölgə həqiqətlərindən xəbərdardır. Nəyin doğru, nəyin yalan olduğunu hamı, o cümlədən dünyanın böyük dövlətlərinin siyasətçiləri yaxşı bilirlər. İnanıram ki, haqq-ədalət gec-tez zəfər çalacaq və Qafqazın bu bölgəsində sülh, əmin-amanlıq bərpa olunacaq.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

