İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib
22.04.2014 [09:36]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2014-cü ilin birinci rübündə qazanılmış sosial-iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti proqram xarakterli çıxışında əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib və hər bir sahə üzrə konkret tapşırıqlar verib.
2014-cü ilin “Sənaye ili” elan edilməsinin dövlətimizin başçısının ölkəmizdə sənayeləşməyə verdiyi böyük əhəmiyyətin göstəricisi olduğunu vurğulayan Şahin Mustafayev Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti tərəfindən sənayenin inkişafına xüsusi diqqət göstərilməsi, hər bir rayonda sənaye məhəllələrinin, xüsusilə Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə sənaye zonalarının təşkili istiqamətində tapşırıqlar verildiyini deyib.
Bildirilib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, qarşıdakı dövrdə də kənd təsərrüfatının inkişafı prioritet istiqamətlərdən biri kimi qalacaq. Bu sahədə aparılan islahatların dərinləşdirilməsi, məhsuldarlığın artırılması, kənd təsərrüfatının texniki təminatının daha da yaxşılaşdırılması və digər tədbirlər nəticəsində daha böyük ixrac potensialının yaradılması, kənd təsərrüfatının inkişafının müsbət demoqrafik dinamika ilə uzlaşdırılması barədə konkret tapşırıqlar verilib. Prezident İlham Əliyev ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, istehsalı mümkün olan bütün məhsulların Azərbaycanda istehsal edilməsini və idxaldan asılılığın azaldılmasını da vəzifə olaraq müəyyənləşdirib.
Nazirlər Kabinetinin iclasında ekoloji məsələlər də Azərbaycan Prezidentinin diqqətində olub, ətraf mühitin qorunması, ağacların kəsilməsi ilə bağlı daha ciddi məsuliyyət tədbirlərinin görülməsi, ərazilərin yaşıllaşdırılması, eləcə də Bakıda mövcud olan göllərin, o cümlədən Böyükşor gölünün təmizlənməsi və gölün ətrafında bulvarın yaradılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Nazir Şahin Mustafayev dövlətimizin başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkədə “Sənaye ili” elan edilməsinə dair Tədbirlər Planının təsdiq edildiyini diqqətə çatdıran Şahin Mustafayev sənəddə nəzərdə tutulan tədbirlərin də keyfiyyətli icrasına dair göstəriş verib.
Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinin, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasının mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb, qeyri-neft ixrac potensialının gücləndirilməsi, yeni ixrac bazarlarına çıxış imkanlarının araşdırılması, ixrac məhsullarının beynəlxalq standartlara uyğunlaşdırılması, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, logistik mərkəzlərin yaradılması işlərinin sürətləndirilməsi ilə əlaqədar nazirliyin müvafiq struktur bölmələri qarşısında vəzifələr müəyyənləşdirilib.
Nazirliyin müşavirəsində ekoloji tədbirlərin davam etdirilməsi, göllərin, xüsusilə Böyükşor gölünün təmizlənməsi sahəsində işlərin sürətləndirilməsi və 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına qədər layihənin birinci mərhələsinin tam başa çatdırılmasının, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.
Müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

