Birlik və bərabərliyin simvolu
08.03.2025 [10:41]
Tarixin ən şanlı səhifələrini yazan Azərbaycan Respublikasında suverenlik və konstitusiya ili qeyd olunur. Addım-addım bizi zəfərə aparan yolu bəzəyən daşlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik və uzaqgörən diplomatiyası nəticəsində zərgər dəqiqliyi ilə bir-bir yerinə qoyulub. Xarici siyasətimizdəki böyük addımlar xalq-dövlət birliyinin və həmrəyliyimizin ən parlaq təzahürləridir. Təbii ki, bu təzahürlər ölkə daxilindəki siyasi mühitə də təsirsiz ola bilməzdi.
Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkədə fəaliyyət göstərən siyasi partiyalar arasında yeni münasibətlər sistemi formalaşdırılmışdır. Dialoq imkanlarının dəyərləndirilməsi, konstruktiv əməkdaşlığın təşviq edilməsi və milli maraqlar uğrunda birgə fəaliyyət bu sistemin əsas xarakterik xüsusiyyətləridir. Xüsusilə də, son beş ildə bu istiqamətdə çox mühüm addımlar atılıb. Belə ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə siyasi partiyalar üçün formalaşdırılan dialoq masası etibarlı tərəfdaşlığın yaradılmasına zəmin yaradan mühüm addımlardan biridir. Keçirilən görüşlər çərçivəsində siyasi platformada dinləmək və dinlənilmək mədəniyyətinin formalaşdırılması çox mühüm nailiyyətdir. Məhz belə sağlam münasibətlərin və konstruktiv əməkdaşlığın təzahürü olaraq siyasi partiyaların rəhbərlərinin mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfərləri də təşkil olunur. İndiyə qədər sayca beş belə səfər təşkil olunub ki, bu səfərlər çərçivəsində Qarabağa böyük qayıdışla bağlı siyasi partiya rəhbərlərini maraqlandıran suallar cavablandırılır, eyni zamanda Qarabağın dirçəlişi ilə bağlı görülən işlərlə yerində tanış olmaq imkanı yaradılır. Mühüm əhəmiyyət kəsb edən belə səfərlərdən növbətisi 6 mart 2025-ci il tarixində baş tutub. Ölkədə fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin, tanınmış politoloqların və media nümayəndələrinin iştirakı ilə Əsgəran, Xocalı və Xankəndinə təşkil olunmuş bu səfər çərçivəsində Əsgəran qala kompleksini ziyarət etmək, Xocalı Soyqırım memorialında görülən işlərlə tanış olmaq imkanı yaradılıb. Həmçinin Xənkəndidə olan siyasilər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Zəfər paradının keçirildiyi meydanda olublar. Zəfər meydanında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verdi. Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir.
İstisnasız olaraq qeyd edə bilərik ki, birlik və bərabərliyin simvolu olan bu səfərin önəmi kifayət qədər böyükdür. Cənab Prezidentin təşəbbüsü ilə əsası qoyulmuş yeni siyasi münasibətlər sisteminin dövlətçilik və milli maraqlarımızın müdafiəsi naminə fərqliliklərin ortaq hədəflərə çevrilməsini təşviq etdiyinin bariz nümunəsidir. İyirmi dörd siyasi partiyanın rəhbərlərinin Zəfər meydanında olmasının verdiyi mesajların əsas mahiyyəti də məhz ondan ibarət idi ki, belə konstruktiv əməkdaşlığın və dialoqun olduğu mühitdə dövlət maraqlarını hər zaman şəxsi ambisiyalardan üstün tutmağı bacaranlar olmalıdırlar. Bu da etibarlı tərəfdaşlığı şərtləndirən ən vacib şərtdir.
Aytən Qurbanova,
Politoloq
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06

