Sərhədlərin delimitasiyasında yeni mərhələ...
18.01.2025 [11:34]
İkitərəfli təmaslar müvafiq komissiyalar arasında razılaşmaları şərtləndirir
Bəlli olduğu kimi, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə müvafiq komissiyaların 11-ci görüşü keçirilib. Görüşlə bağlı məlumatda bildirilib ki, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycanın Ermənistanın və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistan İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Eyni zamanda, delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələri müzakirə edilib. Tərəflər növbəti görüşün keçirilməsinin tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Bir ildir davam edən proses...
2023-cü ilin payızından etibarən iki dövlətin müvafiq delimitasiya komissiyaları arasında baş tutan görüşlər, aparılan müzakirələr və əldə edilən razılaşmalar bir faktı önə çıxarıb - üçüncü tərəfin iştirakı olmadan Azərbaycan və Ermənistanın öz aralarında vacib məsələlərlə bağlı razılıq əldə etmək imkanındadırlar. Bu kimi görüşlər növbəti mərhələlərdə görüləcək işlərlə bağlı yeni perspektivlər formalaşdırır. Bu isə öz növbəsində sülhü daha da yaxınlaşdırır - dövlət sərhədlərinin müəyyənləşməsi, delimitasiya və demarkasiyanın həyata keçirilməsi qarşıdakı dövrdə münasibətlərin normallaşması üçün də stimul yaradır. Xüsusilə, hazırki sülhlə bağlı açıq mətnli fikirlərin səsləndirildiyi, bəndlərin mütləq əksəriyyəti bağlı razhılıq əldə olunduğu bir dövrdə son proseslər mövqelərin yaxınlaşmasına yol aça bilər. Nümunə ortadadır - məhz ikitərəfli təmaslar nəticəsində iki ölkənin müvafiq dövlət strukturları arasında birgə açıqlama yayılıb, ötən ilin aprelində dövlət sərhəddinin müəyyən hissəsinin delimitasiya və demarkasiyası ilə bağlı razılaşma əldə olunab və icra edilib, nəhayət komissiyaların birgə fəaliyyəti haqqında” Əsasnamə qəbul olunub. Yeni dövrdə prosesin daha da inkişaf etdirilməsi olduqca əsaslı nəticələr verə bilər.
İkitərəfli təmasın müsbət nəticələri...
Vurğulayaq ki, Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı kim çıxış edib - hətta 30 illik işğal dövründə belə ölkəmiz sülhpərvər mövqedən geri çəkilməyib. İndiki halda, bu istiqamətdə addımların davam etdirilməsi son sənədin ortaya çıxması işində də özünü göstərir. Yəni, Azərbaycanın təşəbbüsü ilə ortaya çıxan proseslər münasibtlərin yaxınlaşmasını şərtləndirir. Birmənalı şəkildə qeyd olunmalıdır ki, uğurlu nəticəyə imza atılması yenə də Azərbaycanın adı ilə bağlıdır - illərdir ki, ikitərəfli təmasların yarada biləcək üstünlüklərini önə çəkən dövlətimiz nəhayət ki, Ermənistanın da vasitəçisiz olaraq danışıqlar aparmasına nail oldu. İndiki mərhələdə isə Ermənistanın atacağı addımlar sülhün daha da tezləşdirilməsinə yol aça bilər - bunun üçün ən əsas şərt rəsmi İrəvanın özünün Konstitusiyasında dəyişiklik etməsi, Azərbaycana qarşı olan əsassız torpaq iddialarından əl çəkməsi və sülhün, sabitliyin davamlı, əbədi olmasına töhşfə verməsidir. Ortadakı razılaşma isə yeni dövr üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə Ermənistanın dövlət sərhədlərinin müəyyənləşidirilməsi ilə bağlı prosesin inkişafına tərəfdar olduğunu bildirməsi, özlüyündə regional sabitlik üçün müəyyən təkandır. Yaxın gələcək üçün proqnozlaşdırılan hadisələrin inkişafı geostrateji baxımdan Cənubi Qafqazda sabitliyin təminini zəruri edir - həm iqtisadi yönümlü layihələrin reallaşması, həm də siyasi trafiklərin fonunda bölgə ilə bağlı reallıqların daha da irəliyə aparılması üçün bu razılaşma olduqca vacib təsir bağışlayır.
İrəvan anlamalıdır ki...
Vurğulandığı kimi, bu razılaşma onu göstərir ki, sərhədlərin delimitasiyası prosesi ümumi sülh gündəliyinin bir hissəsi olmaqla yanaşı, həm də müstəqil inkişaf xəttinə malikdir. Başqa sözlə, sülh sənədinin qarşılıqlı mübadiləsi, razılaşmalar delimitasiya prosesi ilə bağlı görüşlərin ruhuna kəskin təsir etmir. Tam əksinə, əldə edilən razılaşmalar, delimitasiya üzərindən ortaq nöqtələrin tapılması da ümumilikdə prosesin sürətini artırır. Əsas meyar isə odur ki, uzun illərdən sonra Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması artıq mühüm bir çağırışa çevrilib. Azərbaycanın 2020-ci il Vətən müharibəsində və 2023-cü il antiterror tədbirlərində əldə etdiyi qələbə bölgədə yeni siyasi mənzərə formalaşdırıb - Ermənistan anlamalıdır ki, regional təhdidə çevrilməklə heç nə əldə etməyəcək. Əksinə, Azərbaycanın sülh çağırışlarına adekvat cavab vermək regional inkişafın bir hissəsinə çevrilmək, bu inkişafdan yararlanmaq perspetkivi formalaşdırır. Bunun üçün də İrəvan mənfi tendensiyaları, xüsusilə “sülhdənqaçmanı” və silahlanmanı bir kənara qoymalı, səmimi şəkildə Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməlidir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54

