Prokurorluq orqanlarının qarşısında duran yeni çağırışlar
01.10.2024 [09:22]
Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir
Korrupsiya və digər hüquqpozma halları dövlət quruculuğunun əsaslarına, idarəçiliyin səmərəliliyinə zərbə vuran, qanunun aliliyinə və sosial ədalətə təhlükə yaradan, əlverişli biznes mühitinin formalaşmasına maneçilk törədən və başqa belə mənfi təzahürlərə yol açan ciddi sosial bəladır. Korrupsiyanın, rüşvətxorluğun geniş yayıldığı ölkələrdə vətəndaş məmnunluğu bir qayda olaraq aşağı səviyyəsi ilə fərqlənir. Müasir dövlət kimi inkişaf edən və vətəndaş məmnunluğunun yüksəlməsini özünün əsas hədəflərindən biri kimi müəyyənləşdirən Azərbaycan ölkədə qanunun aliliyinin təmin edilməsinə, korrupsiyadan, digər belə neqativ hallardan uzaq cəmiyyət quruculuğuna qətiyyətli siyasi iradə nümayiş etdirir və bu sahədə beynəlxalq əməkdaşlığa, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin mənimsənilməsinə böyük önəm verir. Bu baxımdan respublikamızın Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransına və Ümumi Yığıncağına ev sahibliyi etməsi də təqdirəlayiq haldır. Prezident İlham Əliyev tədbir iştirakçılarına məktub ünvanlayaraq ölkəmizin mövqeyini və yanaşmalarını bir daha diqqətə çatdırıb.
Azərbaycana olan etimadın təzahürü
Bəhs olunan tədbir öz miqyasına görə kifayət qədər geniş əhatə dairəsinə malikdir. Yüzə yaxın ölkənin, eləcə də BMT-nin ixtisaslaşmış qurumlarının da daxil olduğu beynəlxalq təşkilatların təmsilçiləri, habelə prokurorlar, hakimlər, hüquqşünaslar, ekspertlər və digər nüfuzlu şəxslər paytaxtımızda bir araya gəliblər. Belə bir mötəbər tədbirə ev sahibliyi etmək respublikamız üçün əlamətdar hadisədir. Prezident İlham Əliyev bunu ölkəmizə olan ehtiramın təzahürü kimi dəyərləndirib.
Dünya birliyin inamı Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübədən və ölkəmizin dünya miqyasında multikulturalizm ideyalarının təşviq edilməsinə güclü səy göstərməsindən qaynaqlanır. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi və humanitar mövzularda tədbirləri keçirilib. Beynəlxalq idman yarışlarını, müxtəlif mövzularda forumları, konfransları, müsabiqələri bura aid etmək olar. Qeyd olunan siyahıda Formula 1 Azərbaycan Qran-Prisini, “Eurovision” mahnı müsabiqəsini, I Avropa və IV İslam Həmrəyliyi oyunlarını, Bakı Beynəlxalq Humanitar, Mədəniyyətlərarası Dialoq, Qlobal Bakı və Qlobal Media forumlarını, Dini Liderlərin Zirvə toplantısını, Qoşulmama Hərəkatının nazirlər görüşünü və digər tədbirlərin adlarını sadalamaq mümkündür. Bu kimi tədbirlərdə Azərbaycan özünün dərin məsuliyyətini və geniş imkanlarını ortaya qoyaraq yüksək standartlarını müəyyənləşdirir. Sonradan bu standartlar bütün dünyada nümunə kimi qəbul olunur. Prezident İlham Əliyev diqqəti ölkəmizin noyabrda COP29 konfransına ev sahibliyi edəcəyinə yönəldib. “Azərbaycanın qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Məlum olduğu kimi, ötən ilin sonunda Azərbaycan Respublikası dünya dövlətlərinin yekdil qərarı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək şərəfinə layiq görülmüşdür” ,- deyə dövlətimizin başçısı bildirib.
COP29 BMT-nin ən genişmiqyaslı tədbirlərindən biridir. Paytaxtımızda hazırda dünya miqyasında çox aktual olan iqlim çağırışları ilə bağlı müzakirələr aparılacaq. Geniş əhatə dairəsinə malik olan gündəlik müəyyənləşdirilib. Hazırda Yer üzündə elə bir dövlət yoxdur ki, iqlim dəyişmələrinin fəsadlarından təsirlənməsin. Ancaq hazırda bu məsələ kiçik ada dövlətləri üçün bir mövcudluq məsələsinə çevrilib. Azərbaycan o mövqedən çıxış edir ki, həmin dövlətlərə real kömək göstərilməli, o cümlədən də maliyyələşmə məsələləri həllini tapmalıdır. Azərbaycan həmçinin özünün yaşıl gündəliyini təqdim etməklə qlobal çağırışlara həssas yanaşmasını ortaya qoyur. Respublikamızda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik İli” elan olunub. Azərbaycan dünya üzrə “sıfır emissiya” hədəfi müəyyənləşdirən azsaylı ölkələrdən biridir. Respublikamızın bu sahədə də beynəlxalq əməkdaşlığa töhfə vermək istədiyini diqqətə çatdıran Prezident İlham Əliyev “Bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə qarşı mübarizədə ölkəmiz digər dövlətlər, həmçinin aidiyyəti beynəlxalq təşkilatlarla birgə dünyanın ekoloji sisteminin yaxşılaşmasına töhfələr verməyə çalışacaqdır. Təsadüfi deyildir ki, COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla birlikdə “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda tədbirin keçirilməsi planlaşdırılır”, - deyə vurğulayıb.
Ölkəmizə qarşı törədilən çoxsaylı müharibə cinayətləri
Dünyada müharibələr zamanı dinc insanların qətlə yetirilmələri, onlara işgəncələr verilməsi, həmçinin mülki infrastruktura ziyan vurulması, şəhər və kəndlərin dağıdılması bəşəri cinayət sayılır. Azərbaycan da müharibə cinayətlərinin bütün təzahürlərini yaşayan ölkədir. Prezident İlham Əliyev məktubunda respublikamızın da üç onilliyi əhatə edən işğal dövründə Ermənistan tərəfindən törədilən çoxsaylı müharibə cinayətlərinə məruz qaldığına diqqət çəkərək vurğulayıb: “Azərbaycan uzun müddət qonşu Ermənistan Respublikası tərəfindən işğal və hərbi təcavüzə məruz qalmışdır. Bu işğal dövründə xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törədilmişdir. Nəhayət 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi”.
İşğal dövründə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi müharibə cinayətlərinin statistikası çox kədərlidir. Ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecədə Xocalı faciəsini törədərək bütün şəhəri məhv etdilər. İkinci Qarabağ müharibəsi günlərində Ermənistanın fərarilərdən ibarət ordusu döyüş meydanındakı uğursuzluqlarının qisasını keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi qadağan olunmuş silahlardan atəşə tutmaqla çıxmağa çalışırdı. Dövlətimizin başçısının məktubunda bildirildiyi kimi, işğal dövründə 4 minə yaxın azərbaycanlı itkin düşmüşdür. Onlar Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilmiş və kütləvi məzarlıqlarda basdırılmışdır. Ermənistan hazırda itkin düşmüş bu şəxslərin sonrakı aqibəti, habelə onların basdırıldığı kütləvi məzarlıqların yeri barədə məlumatları bizə təqdim etməkdən imtina edir. “Həmçinin işğal dövründə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri, eləcə də dini ibadət yerləri, bütövlükdə 9 şəhər və yüzlərlə kənd və qəsəbə tamamilə məhv edilmişdir. Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Bütün bunlara baxmayaraq, bu gün Azərbaycan bölgədə davamlı sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirir”, - deyə Prezident İlham Əliyev ölkəmizin postmüharibə dövründə də xoş məramdan çıxış etiyini diqqətə çatdırıb.
Azərbaycanın intellektual brendləri və təcrübəsi beynəlxalq səviyyədə təqdir olunur
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə səciyyələnən Dördüncü Sənaye inqilabı dönəmində dünyada qanun keşikçiləri, o cümlədən də prokurorluq orqanlarının işçiləri üçün yeni çağırışlar meydana gəlib. Texnologiyaların inkişafı bəşəriyyət üçün yeni imkanlar açmaqla yanaşı, təhdidləri də artırıb, həmçinin, deyə bilərik ki, cinayətkarlığın xarakteri də dəyişib. Məktubda qeyd olunduğu kimi, transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur. Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir.
Təəssüf doğuran haldır ki, bu gün böyük ənənələri olan Avropada irqi-dini-etnik zəmində dözümsüzlük halları heç vaxt olmadığı qədər artıb. Kollektiv Qərbin davranışları Yaxın Şərqi sonu görünməyən amansız müharibələrlə üz-üzə qoyub. Məcburiyyət qarşısında qalan insanlar doğma vətənlərini tərk edərək “qoca qitə”yə üz tuturlar. Burada isə qapılar onların üzünə bağlanır. Bu gün Avropada sağ-irqçi təmayüllərin mövqelərinin güclənməsi, hətta ölkələrin hakimiyyətlərinə təsir göstərmək imkanları qazanmaları, parlament çoxluğunu təşkil etmələri ciddi narahatlıq doğurur.
Dünyadakı belə kədərli mənzərə fonunda Azərbaycan özünün nümunəvi modelini təqdim edir.Bəzi dövlətlər multikulturalizmi inkar etdiyi halda, Azərbaycan tolerantlıqla bağlı ənənələrinə sadiq qalmaqla onun təşviqinə güclü səy göstərir. Paralel şəkildə, Azərbaycan dövləti ölkədə qanunçuluğun möhkəmləndirilməsinə, şəffaflığın artırılmasına, özünün informasiya təhlükəsizliyinin qorunmasına ciddi səy göstərir. Prezident İlham Əliyevin strateji baxışlarına uyğun olaraq aparılan islahatlar, qəbul olunan dövlət proqramları öz bəhrəsini verir. Azərbaycan beynəlxalq birliyə “ASAN xidmət”, “DOST” kimi intellektual brendlər təqdim edib. Hər iki qurumda insanlara müxtəlif xidmətlərin “Bir pəncərə” prinsipindən təqdim olunması ölkə üzrə vətəndaş məmnunluğunun artmasına güclü təsir göstərir. Prezident İlham Əliyevin 28 avqust 2023-cü il tarixində imzaladığı sərəncamla “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası”nın təsdiq edilməsi böyük aktuallıq daşıyır. Strategiyada da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının informasiya məkanının müasir təhdidlərdən qorunması milli təhlükəsizliyin əsas istiqamətlərindəndir. Eləcə də ölkədə informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, dövlət və cəmiyyət üçün xüsusi əhəmiyyət daşıyan infrastruktur obyektlərinin informasiya sistemləri və ehtiyatlarının kiberhücumlardan qorunması, belə təhdidlərin qabaqlanması, qarşısının alınması və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsini təmin etmək üçün dövlət başçısının 2018-ci il 29 mart tarixli sərəncamı ilə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılıb. Bundan başqa, Azərbaycanda TIER III səviyyəli, ISO/IEC 20000 və ISO/IEC 27001 standartlarına uyğun Data Mərkəzi yaradılıb, “Elektron hökumət”in inkişafı, “Rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud texnologiyası”nın tətbiqi məqsədilə “Hökumət buludu”nun (“G-cloud”) formalaşdırılması istiqamətində inamlı addımlar atılır. “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 17 aprel tarixli fərmanına əsasən, ölkədə kritik informasiya infrastrukturunun və onun tərkibinə daxil olan informasiya sistemlərinin, informasiya-kommunikasiya şəbəkələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Respublikamızda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” qəbul olunub. “Elektron prokurorluq” sistemi uğurla fəaliyyət göstərir.
Respublikamızda qanunçuluğun möhkəmləndirilməsinə və ölkəmizin cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığa verdiyi töhfələr müvafiq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Vurğulamaq yerinə düşər ki, ixtisaslaşmış beynəlxalq qurum olan MONEYVAL Komitəsi tərəfindən Azərbaycanın 5-ci raund qarşılıqlı qiymətləndirilməsinin yekun hesabatının layihəsi dinlənilərək qəbul edilib. Ümumilikdə Azərbaycanda son 5 il ərzində ƏL/TMM sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər MONEYVAL tərəfindən müsbət dəyəndirlib və ayrı-ayrı ölkələr respublikamızın təcübəsini öyrənib milli səviyyədə tətbik etək niyyətlərini bildiriblər. “Azərbaycanda prokurorluq orqanlarında mütərəqqi islahatlar həyata keçirilmiş, ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam təmin olunmuşdur. Ölkəmizin hüquq-mühafizə orqanları beynəlxalq səviyyədə transmilli cinayətkarlıq, terrorizm, separatizm, qaçaqmalçılıq, çirkli pulların yuyulması, narkotiklərin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qanunsuz miqrasiya və s. qarşı mübarizəyə öz mühüm töhfəsini verir və bu istiqamətdə beynəlxalq əməkdaşlığı dəstəkləyir”, - deyə Prezident İlham Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxElm
04 Oktyabr 15:02
YAP xəbərləri
04 Oktyabr 14:53
YAP xəbərləri
04 Oktyabr 14:52
Xəbər lenti
04 Oktyabr 14:49
İqtisadiyyat
04 Oktyabr 14:48
Gündəm
04 Oktyabr 14:46
Dünya
04 Oktyabr 14:44
Gündəm
04 Oktyabr 14:37
Sosial
04 Oktyabr 14:19
Dünya
04 Oktyabr 14:02
Gündəm
04 Oktyabr 13:51
Gündəm
04 Oktyabr 13:50
YAP xəbərləri
04 Oktyabr 12:44
Sosial
04 Oktyabr 12:42
Siyasət
04 Oktyabr 12:34
Sosial
04 Oktyabr 12:30
Elm
04 Oktyabr 12:27
Sosial
04 Oktyabr 12:26
Gündəm
04 Oktyabr 12:16
Elm
04 Oktyabr 12:00
COP29
04 Oktyabr 11:35
Hərbi
04 Oktyabr 11:11
İqtisadiyyat
04 Oktyabr 11:10
Hadisə
04 Oktyabr 11:08
Xəbər lenti
04 Oktyabr 11:03
Dünya
04 Oktyabr 10:57
Siyasət
04 Oktyabr 10:55
Siyasət
04 Oktyabr 10:46
Siyasət
04 Oktyabr 10:33
İqtisadiyyat
04 Oktyabr 10:17
Sosial
04 Oktyabr 09:51
Gündəm
04 Oktyabr 09:44
MEDİA
04 Oktyabr 09:35
Siyasət
04 Oktyabr 09:07
Siyasət
04 Oktyabr 08:57
Sosial
04 Oktyabr 08:48
YAP xəbərləri
04 Oktyabr 08:45
COP29
04 Oktyabr 08:32
Sosial
04 Oktyabr 08:18
Dünya
04 Oktyabr 07:59
Dünya
04 Oktyabr 07:36
Mədəniyyət
04 Oktyabr 07:12
MEDİA
03 Oktyabr 23:47
Xəbər lenti
03 Oktyabr 23:24
Xəbər lenti
03 Oktyabr 23:03
Hərbi
03 Oktyabr 22:48
Siyasət
03 Oktyabr 22:37
Elm
03 Oktyabr 22:05
Xəbər lenti
03 Oktyabr 21:57
Sosial
03 Oktyabr 21:35
Yeni texnologiyalar
03 Oktyabr 21:13
Sosial
03 Oktyabr 20:52
İqtisadiyyat
03 Oktyabr 20:33
Siyasət
03 Oktyabr 20:28
Sosial
03 Oktyabr 20:08
Dünya
03 Oktyabr 19:56
İdman
03 Oktyabr 19:53
Hadisə
03 Oktyabr 19:49
Sosial
03 Oktyabr 19:37
İdman
03 Oktyabr 19:14
Gündəm
03 Oktyabr 19:05
Sosial
03 Oktyabr 18:53
Gündəm
03 Oktyabr 18:49
Gündəm
03 Oktyabr 18:36
İdman
03 Oktyabr 18:34
Gündəm
03 Oktyabr 18:28
Gündəm
03 Oktyabr 18:25
Gündəm
03 Oktyabr 18:15
YAP xəbərləri
03 Oktyabr 18:07
Gündəm
03 Oktyabr 18:05