Şillə, yumurta, indi də fitəbasma...
10.09.2024 [08:36]
Makronun siyasi taleyi sual altındadır
Fransada daxili siyasi gərginlik artmaqda davam edir. Prezident Emmanuel Makronun yarıtmaz siyasəti ölkəni dərin böhrana sürükləyib. Xüsusilə, son parlament seçkiləri siyasi böhranı daha da stimullaşdırır. Çünki seçkilərdən sonra parlamentdə təmsilçilik qazanan üç əsas blok bir-birinə güzəştə getmək niyyətində deyil. Milli Assambleyanı buraxaraq, ölkədə qeyri-sabitliyi yaradan elə Makron özüdür.
Makron fitə basıldı...
Bu səbəblərdəndir ki, dövlət başçısının əhali arasında heç bir nüfuzu qalmayıb. Xatırladaq ki, vaxtilə vətəndaşların şilləsinə tuş gələn Fransa prezidenti daha sonra yumurta atəşinə də tutulmuşdu. Bu dəfə isə o, əhali tərəfindən fitə basılıb. Hadisə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində baş verib. Belə ki, Emmanuel Makronu mərasimdə fitə basıblar. Fransa KİV-lərinin məlumatına görə, mərasim zamanı E.Makron Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) prezidenti Endryu Parsonsla birlikdə tribunaya qalxıb. Bu zaman “Stad de Frans”ın tribunasından qulaqbatırıcı fit səsləri eşidilib. Qeyd edək ki, sentyabrın 8-də Fransanın paytaxtında “Stade de Frans” stadionunda Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
Fransa prezidentini impiçment gözləyir
Ümumiyyətlə, son zamanlar Makronun yarıtmaz siyasəti Fransada daxili böhranı dərinləşdirib. Xatırladaq ki, sentyabrın 7-də Parisin Bastiliya meydanına toplaşan minlərlə etirazçı Fransa prezidenti Emmanuel Makronun siyasəti ilə razılaşmadığını bildirib və onun istefasını tələb ediblər. Bununla yanaşı, minlərlə fransalı Mişel Barnyenin baş nazir təyin olunmasına etiraz edib. Xatırladaq ki, Fransanın solçu “Əyilməz Fransa” partiyası prezident Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunu başladıb. Bu addım ölkə konstitusiyasının 68-ci maddəsinə uyğun olaraq atılıb. Həmin maddə prezidentin səlahiyyətlərini pozduğu təqdirdə onun vəzifədən kənarlaşdırılması imkanını nəzərdə tutur.
Baxmayaraq ki, parlamentdə 72 mandata malik “Əyilməz Fransa” müstəqil şəkildə impiçment təklifi irəli sürə bilər (bunun üçün 57-dən çox deputat tələb olunur), təşəbbüsə baxılması barədə qərarı Milli Assambleyanın (parlamentin aşağı palatası) bürosu qəbul edir. Sonra qətnamənin mətni qanunvericilik komissiyası tərəfindən təsdiq olunmalı, bundan sonra iki həftə ərzində Assambleyanın üçdə ikisi ona səs verməlidir. Son iki mərhələ solların çoxluğa malik olmadığı parlamentin yuxarı palatasında - Senatda da keçilməlidir. Əgər mətn Senat tərəfindən təsdiqlənərsə, hər iki palata birgə iclasa toplaşır. Qətnaməni hər iki palatanın 925 deputatından 617-si dəstəkləməlidir. Jan-Lük Melenşonun solçu “Əyilməz Fransa” partiyası baş nazir postuna namizədliyi Makron tərəfindən rədd edilmiş Lüsi Kastesin başçılıq etməyəcəyi istənilən hökumətə etimadsızlıq votumu irəli sürəcəyini bildirmişdi.
Etirazlar güclənir...
Son günlər Fransanı bürüyən etiraz aksiyası da bunun göstəricisidir. Fransada Solçu Yeni Xalq Cəbhəsi (NFP) ittifaqının ümumi seçkilərdə son qələbəsinə rəğmən prezident Emmanuel Makronun sağçı siyasətçi Mişel Barnyeni baş nazir təyin etmək qərarına etiraz edən minlərlə vətəndaş sentyabrın 8-də küçələrə axışıb. Etiraz aksiyaları öz namizədinin hökumətə rəhbərlik edəcəyinə ümid edən NFP tərəfindən təşkil olunub. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, Makronun əleyhinə nümayişlərdə paytaxt Parisdə 30 minə yaxın, bütün ölkə boyu isə 110 mindən çox insan iştirak edib. Renn, Nant, Nitsa, Marsel və Strasburq kimi böyük şəhərlər də daxil olmaqla, 150-dən artıq şəhər və qəsəbədə etiraz aksiyaları keçirilib.
Ölkənin ən böyük solçu partiyası olan “Əyilməz Fransa”nın (“La France Insoumise France”) parlament lideri Matilda Panot sosial mediada faktiki fəallığın daha çox olduğunu iddia edərək, təkcə Parisdə 160 min, bütün ölkə üzrə isə 300 min etirazçı olduğunu bildirib. Etirazçılar Makronu NFP-nin namizədi Lyusi Kastetin əvəzinə Barnyeni baş nazir təyin etməklə seçkilərin nəticələrinə məhəl qoymamaqda ittiham ediblər.
Marin Le Pen: Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir
Davam edən nümayişlər Makronun idarəçiliyi ilə bağlı artan ictimai narazılığı əks etdirir. Sağçı “Milli birlik” partiyasının Fransa Milli Assambleyasındakı fraksiyasının lideri Marin Le Pen İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib ki, Fransanı gələn il yeni növbədənkənar parlament seçkiləri gözləyir: “Aydındır ki, vəziyyət belə davam edə bilməz. Bu, Makrondan başqa hamıya aydındır. Görünür ki, bir il sonra bizi qanunverici orqana yeni növbədənkənar seçkilər gözləyir. Əvvəl-axır Fransaya mütləq çoxluq lazımdır və biz buna yalnız yeni proporsional seçki qanununun köməyi ilə nail ola bilərik”. Onun sözlərinə görə, sağçı “Milli birlik” partiyasının fraksiyası yeni baş nazir Mişel Barnyeyə etimadsızlıq votumu irəli sürməyə tələsməyəcək. Belə ki, ilk ictimai bəyanatları onun “bütün siyasi qüvvələrlə kompromis tapmaq istəməsi” təəssüratını yaradır. “Görək, seçicilərin, məsələn, Avropa ilə bağlı istəkləri də nəzərə alınacaqmı? Barnye mühüm rol oynadığı Avropa quruculuğuna sadiq olmasına baxmayaraq, seçkilərin nəticələrini unutmamalıdır. Çünki fransızların əksəriyyəti indiki Avropa nizamına qarşıdır”,-deyə siyasətçi qeyd edib.
Beləliklə, proseslər deməyə əsas verir ki, Makronun siyasi taleyi yaxşı görünmür. Onun kütləvi etirazlar fonunda tezliklə istefa verməsi istisna deyil.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 Oktyabr 23:53
Elm
14 Oktyabr 23:26
Xəbər lenti
14 Oktyabr 23:11
Dünya
14 Oktyabr 22:59
Xəbər lenti
14 Oktyabr 22:38
Siyasət
14 Oktyabr 22:14
İdman
14 Oktyabr 22:13
Siyasət
14 Oktyabr 22:11
Dünya
14 Oktyabr 21:52
Sosial
14 Oktyabr 21:34
Dünya
14 Oktyabr 21:19
Xəbər lenti
14 Oktyabr 20:57
İqtisadiyyat
14 Oktyabr 20:36
Elm
14 Oktyabr 20:15
Dünya
14 Oktyabr 19:54
Siyasət
14 Oktyabr 19:33
İdman
14 Oktyabr 19:12
YAP xəbərləri
14 Oktyabr 18:58
Siyasət
14 Oktyabr 18:51
Sosial
14 Oktyabr 18:44
Gündəm
14 Oktyabr 18:27
Mədəniyyət
14 Oktyabr 18:09
Xəbər lenti
14 Oktyabr 17:59
Dünya
14 Oktyabr 17:45
Sosial
14 Oktyabr 17:43
YAP xəbərləri
14 Oktyabr 17:40
Sosial
14 Oktyabr 17:39
Siyasət
14 Oktyabr 17:37
Gündəm
14 Oktyabr 17:33
Sosial
14 Oktyabr 17:30
İqtisadiyyat
14 Oktyabr 17:29
İdman
14 Oktyabr 17:29
YAP xəbərləri
14 Oktyabr 17:27
YAP xəbərləri
14 Oktyabr 17:17
Gündəm
14 Oktyabr 17:10
YAP xəbərləri
14 Oktyabr 17:09
Dünya
14 Oktyabr 17:05
Gündəm
14 Oktyabr 17:04
YAP xəbərləri
14 Oktyabr 17:03
YAP xəbərləri
14 Oktyabr 17:02
YAP xəbərləri
14 Oktyabr 17:01
Gündəm
14 Oktyabr 16:58
Dünya
14 Oktyabr 16:26
YAP xəbərləri
14 Oktyabr 16:24
YAP xəbərləri
14 Oktyabr 16:22
YAP xəbərləri
14 Oktyabr 16:21
Gündəm
14 Oktyabr 16:20
Gündəm
14 Oktyabr 16:19
Xəbər lenti
14 Oktyabr 16:18
Siyasət
14 Oktyabr 16:11
YAP xəbərləri
14 Oktyabr 16:09
Hərbi
14 Oktyabr 15:46
Xəbər lenti
14 Oktyabr 15:16
Hərbi
14 Oktyabr 14:41
Sosial
14 Oktyabr 14:16
İqtisadiyyat
14 Oktyabr 13:28
Sosial
14 Oktyabr 13:11
İqtisadiyyat
14 Oktyabr 13:11
İqtisadiyyat
14 Oktyabr 12:57
Xəbər lenti
14 Oktyabr 12:55
Hadisə
14 Oktyabr 12:44
Hərbi
14 Oktyabr 12:38
Dünya
14 Oktyabr 12:34
İdman
14 Oktyabr 11:54
Hadisə
14 Oktyabr 11:51
Elm
14 Oktyabr 11:42
Sosial
14 Oktyabr 11:41
Sosial
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:29
Xəbər lenti
14 Oktyabr 11:12