İlk dayanacaq qəhrəman Nüvədi kəndi olacaq
07.08.2024 [11:59]
Nüvədinin sonuncu işğalından 33 il keçir
“Əminəm ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar!”
İlham Əliyev
Əvvəli ötən sayımızda...
Hacı Musa oğlu İsrafil qonşu Tuğut, Mərziyid kəndindən Nüvədiyə pənah gətirmiş yüzə yaxın qadın və uşağı ölümdən xilas etmişdi. Misəndə o vaxtdan qalmış nüvədililər hazırda İranda böyük nəsilə çevrilmiş, kök ataraq Təbrizə və İranın digər şəhərlərinə yayılmışlar. Bunu sovet imperiyasından gizlətməyə məcbur olan nüvədililər 1980-ci illərin sonunda, SSRİ-nin zəiflədiyi dövrdə Araz çayı sahilində, tikanlı məftillər arxasında dayanıb İrandakı qohumlarından hal-əhval tuturmuşlar.
1948-52-ci illərdə Ermənistan rəhbərliyi Nüvədini də Mingəçevirə köçürmək üçün kənd camaatını dəfələrlə dilə tutub, amma nüvədililər sözü bir yerə qoyub razılaşmayıblar, “yoldaş Stalin deyib ki, bu iş könüllüdür” arqumentini gətirməklə ermənilərin niyyətini puça çıxarıblar.
1991-ci ilin avqust ayının 8-də Nüvədi kəndinin camaatı yurdundan üçüncü dəfə didərgin düşdü. Bu, Ermənistandan qovulan sonuncu azərbaycanlı əhali idi. Ulu Öndər Heydər Əliyev nüvədililərin 1988-91-ci illərdə torpaqlarının müdafiəsi uğrunda göstərdikləri müqaviməti yüksək dəyərləndirərək demişdir: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”.
Ağsaqqala, boyüyə hörmət nüvədililərin müqəddəs amalıdır. Nüvədi kəndinin ağsaqqallarından Sultanəli Əliyev, Məşə Səfi, Usta Vəli, Əli Həziyev, Mir Yaqub, Məşədi Atakişi, Kərbəlayı Allahqulu, Abdulla bəy, İsmayıl Qəhrəmanov, Gödək Qara, Məşədi İsa, Dünyamalı Məmişov, Dünyamalı Hüseynov, Dadaş Tarışov, Əliməmməd Məmmədov, Gülü İbadov, Pənah Babayev, Həbib Zamanov, Məşədi Qurban, Xanəli Qurbanov, Oruc Quliyev, Oruc Babatov, Agalar Babatov, İsa, Musa Cəfərov qardaşları, Adil, Kamil Rzayev qardaşları, Abbas Məmmədov, Nuru Qurbanov, Yarış Abbasov, Kəlbəli Əliyev, Ramazan Piriyev, Sultan Qəhrəmanov, Baxşəli Abbasov, Məmməd Həsənov, Öüdrət Mövsümov, Məhəmməd Əliyev, Əmir Əliyev, Səhləli Əliyev, Əlimurad Allahverdiyev, Ələsgər Babatov, Orucəli Qurbanov, Şahsuvar Hüseynov, Əhəd Quliyev, Hüseyn Qurbanov, Əhəd Mövsümov, Musa Yusifov və başqaları kənd camaatı tərəfindən həmişə xatırlanır, yad olunur.
Dünyanın harasında, Azərbaycanın hansı bölgəsində yaşamalarından asılı olmayaraq nüvədililər kənd ağbircəklərindən və ağsaqqallarından yüz yaşlı Zəhra Həsənovanı, Balakişi Həsənovu, Qulu Quliyevi, Qoşunəli Əhmədovu, Məmiş Qurbanovu, Eynulla Cəfərovu, Zaman Quliyevi, Mahmud Həsənovu, Məmmədxan İsgəndərovu, Ağaməli Hüseynovu, Peyğəmbər övladı, yeddinci İmam Museyi-Kazımın nəvəsinin davamçısı Mir Kazım Mir Yaqub oğlunu və onlarla başqalarını tez-tez arayır, hal-əhval tutur, onların dəyərli məsləhətlərindən yararlanırlar.
Nüvədi həm də ziyalılar kəndi olub, kənd camaatı buradan çıxmış alimləri, müəllimləri, həkimləri, aqronomları ilə fəxr edir. Ermənilər həmişə Nüvədini “alimlər kəndi” adlandırırdılar.
Nüvədi kəndində ilk mədrəsənin əsası 1875-ci ildə kəndin maarifpərvər sakini Mir Mahmud ağa tərəfindən qoyulmuşdur. Hələ o dövrdə Nüvədinin qabaqcıl düşüncəli insanları kənddə camaatın savadlanması qayğısına qalır, çətinliklə də olsa, məqsədlərinə nail olurdular.
Nüvədi kəndi Mığrı rayonu ərazisinin 40 faizini təşkil edirdi. Cəmi 15 kəndi, 15 min əhalisi olan rayonun 6 min nəfəri azərbaycanlılar idi.
Nüvədi müəllimlərinin vətənpərvərliyi, ciddiliyi, tələbkarlığı və qayğısı nəticəsində kənd məktəbini bitirən məzunlardan iki akademik, doqquz elmlər doktoru, yüzə yaxın elmlər namizədi yetişib. Nüvədili həkimlər - AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Faiq Cəfərov, dosent Qafil Ourbanov, Aydın Cəfərov, Əmir Qurbanov və başqaları dünyalarını dəyişənə qədər nüvədililərin sağlamlığının keşiyində durdular. Hazırda tibb elmləri namizədi Fikrət Qəhrəmanov, dosent Asiman Həsənov, fəlsəfə doktoru Bayram Əsədov, Rəfail Musayev və bir çox təcrübəli həkimlərimiz əhalinin sağlamlığının keşiyindədir.
Nüvədi ziyalılarının yetişib cəmiyyətdə layiqli yer tutmasında kənd məktəbinin uzun illər direktoru işləmiş iqtisad elmləri namizədi Cəlal Əliyevin, müəllimlərdən Məhiş Abbasovun, Əhmədəli Əliyevin, Həzi Musayevin, Süleyman Abdinovun, Allahverdi Cəfərovun, Cəlal Abbasovun, Fərəc Fərəcovun, Şamil Cəfərovun, Həmdi Cəfərovun, Pənah Rüstəmovun, Qüdrət Rüstəmovun, Həmzə Vəli oğlunun, Həsənqulu Cəfərovun, Səməd Ədilovun, İdris Qurbanovun, İbrahim Əliyevin, Əli Əlizadənin, Elma Məmmədovanın, Firuzə Abbasovanın, Nəriman Bağırovun, Hacı Hacıyevin, Paşa Qurbanovun və bir çox başqalarının böyük zəhməti var. Onlar gəncləri elmə yiyələndirməklə bərabər düzgün, doğruçu, vətənpərvər ruhda tərbiyə etmişlər. Nüvədi ziyalıları ilk müəllimlərinin adlarını həmişə fəxrlə çəkir, onları xoş təəssüratla xatırlayırlar.
Məşhur neftçi, Sosialist Əməyi Qəhrəmanı, bir neçə dəfə Azərbaycan və SSRİ Ali Sovetinin deputatı seçilmış İsrafil Hüseynov, Azərbaycan Respublikasının əməkdar rəssamı, ustad şair Şəhriyarın əsərlərinə çəkilən illüstrasiyaların müəllifi Fəxrəddin Əliyev Nüvədi məktəbinin yetirməsidir.
Böyük Vətən müharibəsində (1941-1945) Nüvədi oğulları faşist işğalçılarına qarşı fədakarlıqla vuruşmuş, 66 kənd sakini bu davada şəhid olmuşdur. Arxa cəbhədə fəal çalışan Nüvədi qocaları, qadınları, yeniyetmələri də cəbhəyə köməklərini əsirgəməmişlər.
Birinci və ikinci Qarabağ müharibəsində Nüvədinin Həzrət Əli Tahirov, Xaqani Qurbanov, Orxan Hüseynov, Rauf İbadov, Yavər Şahverdiyev, Ələs Rəhimov, Allahverdi Hacıyev, Nizaməddin Mustafayev, Təyyar Tahirov kimi oğulları şəhid olmuşdur.
Rusiya vətəndaşı Maksim Şevçenkonun iyulun 20-də “Yalan məlumatların ifşası: dezinformasiyaya qarşı mübarizə” mövzusuna həsr olunmuş 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə verdiyi sual və suala verilən cavab bütün Qərbi Azərbaycan vətəndaşları kimi nüvədililəri də duyğulandırmış, onları bir daha səfərbər etmiş, daha da mübarizləşdirmişdir:
“...Biz azərbaycanlıların öz Vətənlərinə heç olmasa qonaq kimi gedə bildiyi günü görə biləcəyikmi? Bəlkə də kimsə orada yaşamaq istəyəcək... Azərbaycanlılar öz Vətənlərini - Qərbi Azərbaycanı görəcəklərmi?”
Prezident İlham Əliyev: “...Bu məsələ ilə bağlı nə düşündüyüm barədə cavab verməzdən əvvəl demək istərdim ki, azərbaycanlılar hələ XX əsrin əvvəllərində - 1918-ci ildə və müharibədən dərhal sonra, - mən İkinci Dünya müharibəsini nəzərdə tuturam, - Qərb ölkələrində yaşayan ermənilərin Ermənistana köçürülməsi və onların yerləşdirilməsi kimi tam düşünülmüş bir bəhanə ilə indiki Ermənistan ərazisindən deportasiyaya məruz qalıblar. O vaxt, 1940-50-ci illərdə sovet hökuməti tərəfindən bir neçə qərar qəbul edildi və yüz minlərlə insan Qərbi Azərbaycanda yaşadığı, məskunlaşdığı ərazilərdən sürgün olundu. Yaşayış üçün yararsız, Zəngəzur, Göyçə və digər yerlərdəki təbii-iqlim şəraitindən tamamilə fərqli olan Kür-Araz ovalığına deportasiya edildi. Onların çoxu, sadəcə, dözə bilməyib və vəfat edib. Həm də, prinsipcə hər şey, əlbəttə, 1980-ci illərin sonlarında baş verən etnik təmizləmədən başladı. Çünki yenə də sualınızın əvvəlində yalan rəvayətlərlə bağlı dediyiniz o şərhlərə qayıdaraq, bütün bunlar barədə Qərbin, o cümlədən Rusiyanın, 1990-cı illərin Rusiyasının media məkanında danışılmayıb. Onlar bu barədə susublar. Qafan bölgəsində və başqa rayonlarda azərbaycanlıların Ermənistan ərazisindən vəhşicəsinə deportasiyası haqqında tamamilə susarkən, Ermənistanın yalan hekayəsinə dair yüz faizli birtərəfli meyil var idi. Prinsipcə, elə hər şey də buradan başladı. Bu, sonradan böyük yanğına çevrilən qığılcım idi. Beləliklə, xalqımız deportasiyanın bütün əzablarını yaşadı.
Konkret suala gəldikdə isə, mən əminəm ki, həmin gün mütləq gələcək. Burada biz, əlbəttə, Ermənistan rəhbərliyinin siyasi iradəsinə, bəyan etdiyi demokratiya və qanunun aliliyi prinsiplərinə sadiqliyinə ümid bəsləyirik...
Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik. Biz onlardan açıq-aydın bəyanat gözləyirik ki, bugünkü Ermənistan ərazisindən, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər. Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək. Mən bu barədə dəfələrlə danışanda, təbii ki, erməni diasporunun nəzarətində olan beynəlxalq müstəvilərdə məni az qala işğalçı fikirlərə düşməkdə ittiham etməyə başladılar. Mən dedim ki, biz oraya tanklarla yox, avtomobillərlə gələcəyik. Mən bunu indi də deyirəm... Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların və onların nəsillərinin sayı bu gün Azərbaycanda milyonlarladır...”
Nüvədililər gələcəyə inamla baxır, öz doğma dədə-baba yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Onlar inanırlar ki, Azərbaycan Pespublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində doğma torpaqlarına qayıdacaq və orada əbədi yaşayacaqlar.
1991-ci ilin avqust ayının 8-nə kimi Nüvədidə 300 ailə olmaqla 1500-dən artıq sakin yaşamışdır. İndi bu ailələrin sayı mini, sakinlərin sayı isə 5 mini keçmişdir. Son vaxtlar erməni saytlarının verdiyi məlumatlara görə, kənddə cəmi 44 ailə olmaqla 133 erməni yaşayır. 2006-cı ildə Ermənistanın azərbaycanlılar yaşamış digər ərazilərində olduğu kimi Nüvədinin də adı erməniləşdirilərək Nrnadzor (Narlı dərə) adlandırılmışdır. Kənddəki evlər, ictimai binalar dağıdılıb xarabazara çevrilmişdir. Amma bu, nüvədililəri qorxutmur. Qayıdacaq, quracaq, yaradacaq və əbədi yaşayacağıq.
Biz nüvədililər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik siyasət nəticəsındə tezliklə dədə-baba torpaqlarımıza qayıdıb qədim yurdlarımızda yenidən məskunlaşacağıq. İnanırıq ki, Qarabağa başlanmış Böyük Qayıdış kimi Qərbi Azərbaycana da qayıdış Ermənistanın cənub-şərq qapısı Nüvədidən başlayacaq, Naxçıvana, Türkiyəyə, oradan da Avropaya gedən qatarların ilk dayanacağı qəhrəman Nüvədi kəndi olacaq.
İsmayıl Əliyev,
Bakı Dövlət Universietinin kafedra müdiri, professor
Xəbər lenti
Hamısına baxElm
09 Sentyabr 11:34
Dünya
09 Sentyabr 11:26
Sosial
09 Sentyabr 11:19
Sosial
09 Sentyabr 11:17
Sosial
09 Sentyabr 10:41
Sosial
09 Sentyabr 10:32
Sosial
09 Sentyabr 10:29
YAP xəbərləri
09 Sentyabr 09:57
Sosial
09 Sentyabr 09:55
Sosial
09 Sentyabr 09:52
Turizm
09 Sentyabr 09:49
Dünya
09 Sentyabr 09:43
Sosial
09 Sentyabr 09:41
Sosial
09 Sentyabr 09:40
İqtisadiyyat
09 Sentyabr 09:36
Dünya
09 Sentyabr 09:28
Sosial
09 Sentyabr 09:27
İdman
09 Sentyabr 08:38
Dünya
09 Sentyabr 00:00
Mədəniyyət
08 Sentyabr 23:45
Dünya
08 Sentyabr 23:35
Hadisə
08 Sentyabr 23:20
Hadisə
08 Sentyabr 23:00
İdman
08 Sentyabr 22:35
Dünya
08 Sentyabr 22:30
İdman
08 Sentyabr 22:20
İdman
08 Sentyabr 22:00
Xəbər lenti
08 Sentyabr 21:27
İdman
08 Sentyabr 20:35
Sosial
08 Sentyabr 19:33
Sosial
08 Sentyabr 18:11
Elm
08 Sentyabr 17:37
İdman
08 Sentyabr 16:15
Sosial
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 14:54
Sosial
08 Sentyabr 13:43
Sosial
08 Sentyabr 12:11
Dünya
08 Sentyabr 11:37
Sosial
08 Sentyabr 11:06
Mədəniyyət
08 Sentyabr 10:45
Mədəniyyət
08 Sentyabr 09:53
Dünya
08 Sentyabr 00:00
İdman
07 Sentyabr 23:45
Hadisə
07 Sentyabr 23:30
İdman
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 23:07
Hadisə
07 Sentyabr 22:30
Xəbər lenti
07 Sentyabr 21:50
Xəbər lenti
07 Sentyabr 21:26
Dünya
07 Sentyabr 21:25
Turizm
07 Sentyabr 21:00
Xəbər lenti
07 Sentyabr 20:45
Sosial
07 Sentyabr 20:13
İqtisadiyyat
07 Sentyabr 19:52
Sosial
07 Sentyabr 19:19
İdman
07 Sentyabr 19:15
Dünya
07 Sentyabr 19:03
Dünya
07 Sentyabr 19:01
İdman
07 Sentyabr 18:41
Dünya
07 Sentyabr 18:09
Hərbi
07 Sentyabr 17:05
Elm
07 Sentyabr 16:49
Sosial
07 Sentyabr 16:19
Sosial
07 Sentyabr 15:48
Dünya
07 Sentyabr 15:16
Sosial
07 Sentyabr 14:51
Xəbər lenti
07 Sentyabr 14:11
Siyasət
07 Sentyabr 13:55
İdman
07 Sentyabr 13:53
İdman
07 Sentyabr 13:48