Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP-dəki istefaların səbəbkarı Əli Kərimlidir

AXCP-dəki istefaların səbəbkarı Əli Kərimlidir

30.10.2014 [09:54]

Nardar Bayramlı

Onun partiyada yaratdığı antidemokratik və dözülməz mühit sadə üzvləri belə təngə gətirib
Radikal müxalifət düşərgəsindəki partiyalarda baş verən istefalar dağıdıcıların hansı durumda olduqlarını bir daha ortaya qoyur. Qurultaydan sonra Müsavat Partiyasında baş verən istefalar, eyni zamanda, AXCP-də partiya ilə yollarını ayıranların sayının artması bu antimilli düşərgədə parçalanmanın daha da sürətlənəcəyinə işarə edir. Xatırladaq ki, son olaraq oktyabrın 19-da AXCP sədrinin müşaviri Şakir Abbasov istefa verib. Ş.Abbasov öz bəyanatında AXCP-nin siyasətinə etiraz əlaməti olaraq istefa verdiyini qeyd edib. Partiyanın tutduğu xətlə fikir ayrılığının yarandığını bildirən Ş.Abbasov bundan sonra qurucusu olduğu təşkilatda olmaq istəmədiyini deyib: “Mən AXCP-nin özəyini təşkil edən AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir”.
AXCP-dən isə guya, Ş.Abbasovun acıq etməsini bu istefaya səbəb kimi göstəriblər. Təbii ki, Əli Kərimlinin rəhbərlik etdiyi siyasi təşkilatdan bundan artıq mövqe gözləmək sadəlövhlük olardı. AXCP-nin, konkret olaraq Əli Kərimlinin tutduğu yanlış mövqeyə etiraz edən üzvlər öz etiraz səslərini ucaltdıqca partiya rəhbərləri onlara təzyiq göstərirlər. Bir müddət öncə isə “Azadlıq” qəzetinin yazarı olmuş Mirzə Sakit də AXCP-dəki durumu dözülməz adlandırmışdı. Onun sözlərinə görə, bu partiyada diktatura hökm sürür. M.Sakitin fikirlərindən belə anlaşılırdı ki, AXCP-də ümumi maraqlar arxa plandadır, ön yerdə isə sədrin maraqları dayanır. Hələ bir neçə il öncə partiyanın tanınmış üzvlərindən olan müğənni Akif İslamzadənin AXCP-dən istefası isə vəziyyətin daha mürəkkəb olduğunu büruzə vermişdi. Mətbuata açıqlamasında A.İslamzadə müxalifət partiyalarının müxalifətçilik etmədiyini bildirmişdi: “Müxalifət partiyalarının liderləri daha çox öz problemlərini, öz şəxsi ambisiyalarını həll etməyə çalışdılar. Təbiidir ki, belə bir mövqedə dayanan müxalifət uğursuzluğa düçar olmalı idi”.
Bir sözlə, AXCP-də müstəqil, fərqli fikirlərə yer verilməməsi və onu ifadə edənlərə qarşı təzyiqlərin edilməsi yeni məsələ deyil. Bu prosesə Əbülfəz Elçibəyin vəfatından sonra Əli Kərimlinin partiyaya rəhbər gəlməsi ilə start verilib. Ə.Kərimli sədr seçiləndən sonra bu partiyada az-çox nüfuzu olan şəxsləri tədricən sıradan çıxarmaqla məşğul olub. Məsələn, sədr müavinləri olmuş Asim Mollazadə, Fuad Mustafayev və digərləri məhz Ə.Kərimlinin yeritdiyi partiyadaxili siyasət nəticəsində oradan uzaqlaşıblar. O cümlədən, ötən il prezident seçkiləri ərəfəsində AXCP sədrinin müavini Asəf Quliyev partiyadaxili mühitə etiraz olaraq istefa vermişdi. Hazırda da AXCP-də belə bir qayda hakimdir ki, fərqli fikir söyləyənlər, Ə.Kərimlinin hansısa mövqeyi ilə razılaşmayanlar bu partiyada ola bilməz. Elə sonuncu istefa da bu faktı bir daha təsdiqləyir.
Beləliklə, Ş.Abbasovun timsalında bu istefaların səbəbi bəllidir. Əsas səbəb isə sədr Ə.Kərimlinin partiyada antidemokratik mühit formalaşdırması, fərqli fikirlərə imkan verməməsidir. Eyni zamanda, bu partiya rəhbərlərinin antidemokratik fəaliyyəti, qeyri-səmimi addımları onların partiyadakı nüfuzlarını zərbə altına qoyub.

Paylaş:
Baxılıb: 1257 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31