Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP ilə “Müsavat” yenidən qarşı duran səngərlərdə

AXCP ilə “Müsavat” yenidən qarşı duran səngərlərdə

09.09.2014 [09:30]

Mübariz Abdullayev

“Mehriban düşmənlər” bu dəfə ermənipərəst Leyla və Arif Yunusovların “müdafiə”sini inhisara almaq, beləliklə də, xaricdəki antimilli dairələrdən yeni ianə, qrant tranşları qazanmaq naminə “döyüş”ə atılıblar
Qondarma “Milli şura”dakı məlum parçalanmadan sonra AXCP ilə “Müsavat” arasında qısa müddətdə müşahidə edilən “sülh” bu günlərdə yenidən pozulub. Dağıdıcı düşərgədə “atəşkəs”in pozulmasına səbəb olan amillər isə yenə də köhnədir. Belə ki, radikallar bu dəfə də “yağlı qoğal” üstündə qarşı-qarşıya gələrək bir-birilərinə qarşı savaş açıblar.
Söhbət yenə də radikalların xaricdəki anti-azərbaycançı dairələrin “molodes”ini qazanmaq və həmin dairələrin öz çirkin məqsədlərinin müqabilində “beşinci kolon”a ünvanladıqları ianələri, qrantları ələ keçirmək naminə sərgilədikləri “min bir oyun”dan gedir. Nə qədər qəribə görünsə də, bir vaxtlar radikal düşərgənin əsas güc mərkəzləri olduqlarını təsdiqləmək uğrunda, necə deyərlər, yaxa cıran AXCP, “Müsavat” və bu qəbildən olan digər partiyaların üzvləri indi siyasi düşərgəni təmsil etdiklərini “unudaraq” “hüquq müdafiəçisi” rolunda çıxış edirlər. Onların “müdafiəsinə” qalxdıqları personalar isə Leyla və Arif Yunusovlar kimi ermənipərəst “QHT” nümayəndələridir.
Əslində, adları çəkilən “QHT” təmsilçilərinin keçmişinə və onların həbsə alınmalarının motivlərinə nəzər saldıqda radikalların siyasi ambisiyalarını bir kənara qoyaraq “hüquq müdafiəçisi” rolunda apardıqları “mübarizə”nin mahiyyətinə aydınlıq gəlir. Leyla və Arif Yunusovların ermənipərəstliyi, vətəndaş cəmiyyətinin təmsilçisi adı altında gizlənərək antimilli dairələrə ölkəmizlə bağlı donos xarakterli hesabatlar ötürməklə böyük pullara, mal-mülkə sahib olduqları Azərbaycan cəmiyyətində hər kəsə məlumdur. Ailə cütlüyü, məhz bu kimi əməllərdə, o cümlədən də, vəzifədən sui-istifadə etməkdə, vergi cinayətlərinə yol verməkdə ittiham olunaraq həbsə alınıb.
Bəs belə olan halda radikallar niyə canfəşanlıq göstərirlər? Onları ermənipərəst ailə cütlüyünün “müdafiə”sinin “yük”ünü öz üzərlərinə götürməyə sövq edən pərdəarxası məqamlar hansılardır? Bu kimi sualların çox sadə cavabı var.
Məlumdur ki, Leyla və Arif Yunusovlar vaxtilə xidmət göstərdikləri xaricdəki antimilli dairələr tərəfindən himayə olunurlar. AXCP, “Müsavat” və bu qəbildən olan digər radikalyönümlü partiyaların təmsilçiləri isə ermənipərəst ailə cütlüyünün “müdafiə”si naminə “yaxa cırmaq”la həmin anti-azərbaycançı dairələrin yeni ianə, qrant tranşlarına ümid bəsləyirlər. Radikallar arasında baş qaldıran növbəti qovğa da elə ehtimal olunan qrant tranşlarına görədir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, “cəbhəçi”lər və “Müsavat”çılar iyini burunlarında hiss etdikləri bu xəyali qrant tranşlarını digər bir kimsə ilə bölüşmək istəmir və buna görə də, müxtəlif əməllər sərgiləyərək “sübut etmək” istəyirlər ki, ermənipərəst Leyla və Arif Yunusov kimiləri onlara daha artıq əzizdirlər.
Beləliklə, məlum məqsədlər naminə ermənipərəst “hüquq müdafiəçiləri”nin “müdafiə”sini öz inhisarlarına keçirmək cəhdləri AXCP ilə “Müsavat” arasındakı köhnə ədavəti yenidən gündəmə gətirib. Növbəti qrant tranşlarına ümid bəsləyən radikallar Leyla və Arif Yunusovlara “məhəbbətlərini” ifadə etmək üçün, sözün əsl mənasında, yarışa çıxıblar. Əvvəlcə “Müsavat”ın təşəbbüsü ilə ermənipərəst ailə cütlüyünün “müdafiəsi” ilə bağlı “komitə” yaradılıb. Bundan cəmi üç gün sonra isə Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və onun yedəyində gedən qondarma “Milli şura” tərəfindən oxşar “komitə” yaradıldığı bəyan edilib. Necə deyərlər, qonşu qonşuya baxar, özünü odlara yaxar. Hazırda Əli Kərimli və onun himayəsində olan qondarma “Milli şura” “Müsavat”ın geniş təsir imkanlarına malik olduğu “müdafiə komitəsi”ni “saxta” adlandırır, öz növbəsində, “Müsavat”çılar da nəzarətlərində olan KİV-lərdə Əli Kərimlinin Leyla və Arif Yunusovları müdafiə etməyə haqqının çatmadığı barədə məlumatlar tirajlayırlar.
Bu günlərdə isə “mehriban düşmənlər” xaricdəki ianə, qrant kisələrinin üstündə oturan məlum dairələrin diqqətini cəlb etmək naminə ermənipərəst “hüquq müdafiəçiləri”nin “müdafiə”si üçün yeni “təkliflər”lə gündəmə gəliblər. Belə ki, “Müsavat” düşərgəsi” Leyla və Arif Yunusovların “müdafiə”si məqsədilə xarici təşkilatlara müraciət ünvanlanmasını, eləcə də, mahiyyəti, görünür, heç özlərinə də bəlli olmayan “demokratiya xartiyası” imzalanmasını müzakirələrə çıxarıb. Qonşudan (oxu: düşməndən-M.A.) geri qalmaq istəməyən “AXCP düşərgəsi” isə heç nəyə yaramayan “mitinq keçirək” təklifini səsləndirib. Burada AXCP-nin qrant, ianə qazanmaq üçün “Müsavat”ı önləmək naminə xaricdəki antimilli dairələrin gözünə kül üfürmək cəhdində bulunduğu ortadadır. “Cəbhəçi”lərə xatırlatmaq gərək: Qondarma “Milli şura”nın mitinq rəzalətini nə tez unutdunuz? Axı siz hansı qüvvə ilə mitinq keçirəcəksiniz?
Beləliklə, ianə, qrant qoxusu AXCP ilə “Müsavat” arasında köhnə düşmənçiliyi yenidən qızışdırıb. Belə görünür ki, “cəbhəçi”lərlə “Müsavat”çıların “ulduzlar”ı heç vaxt barışmayacaq...

Paylaş:
Baxılıb: 1050 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30