Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat”da başqanlıq uğrunda savaş daha da şiddətlənib

“Müsavat”da başqanlıq uğrunda savaş daha da şiddətlənib

05.09.2014 [09:39]

Mübariz Abdullayev

Siyasi müşahidəçilər o qənaətdədirlər ki, yeni başqan seçiləcəyi təqdirdə partiyanın parçalanması labüd olacaq
“Müsavat”çıların “ev sirləri”nin çölə çıxmasının qarşısını min bir yolla əngəlləmək cəhdlərinə rəğmən, qurultayqabağı mərhələdə funksionerlər arasında yaşanan gərginlik partiyadakı acı reallığı bütün cəhətləri ilə açıb ortaya qoyub. Belə görünür ki, hazırkı başqan İsa Qəmbərin partiyada “əkdiyi” toxumlar “cücərti” verməyə başlayıb. Söhbət İsa Qəmbərin uzun illər ərzində partiyada yaratdığı ab-havadan, mənəvi mühitdən gedir. Partiyaya yeni rəhbərin seçiləcəyi gözlənilən növbəti qurultay ərəfəsində ayrı-ayrı funksionerlərin özlərini, necə deyərlər, başqanlığa təşnə kimi aparmaları, seçki marafonunda heç bir etik normaları gözləmədən sözün əsl mənasında yaxa cırmaları belə deməyə əsas verir ki, İsa Qəmbərin indiyədək “Müsavat”da birinci şəxs statusunda fəaliyyəti daha çox öz “kultunu” formalaşdırmağa həsr olunub. Bu gün aydın görünür ki, “Müsavat”da siyasi varislik təmin edilməyib və sentyabrın 27-nə təyin olunan növbəti qurultayda yeni başqan seçiləcəyi təqdirdə partiyanın parçalanması labüd olacaq.
Bir sıra siyasi müşahidəçilər isə seçkiqabağı mərhələdə “Müsavat”da yaşananları elə partiyanın parçalanma prosesinin başlanğıcı kimi dəyərləndirərək bildirirlər ki, artıq buradakı “birlik” formal xarakter daşıyır. Bu qənaəti ifadə edənlər post-İsa Qəmbər dövrü ilə bağlı xəyallar quran “Müsavat” funksionerlərinin başqanlıq uğrunda çəkişmələrinin bütün əndazələri aşdığını əsas gətirirlər.
Həqiqətən də, başqanlıq uğrunda mübarizə marafonuna qoşulan “Müsavat” funksionerləri bu mübarizəni heç də qəbul edilən normalar çərçivəsində aparmırlar. Seçkiqabağı mübarizədə müşahidə edilən əsas məqamlardan biri ondan ibarətdir ki, İsa Qəmbərin indiyədək ciddi-cəhdlə “Müsavat”çılara aşıladığı “əvəzolunmaz başqan” mifi daşlara dəyərək çilik-çilik olub. Məlumdur ki, bir qədər bundan əvvəl İsa Qəmbərin başqan statusunun ömrünü uzatmağa çalışan “köhnə qvardiya” təmsilçiləri partiyanın növbəti qurultayını ölkəmizdə keçiriləcək parlament seçkilərindən sonrayadək ertələməklə bağlı öz mənafelərinə uyğun “təklif” səsləndirmişdilər. Lakin bu təklif, sözün əsl mənasında, daş-qalaq edildi.
Bu günlərdə isə İsa Qəmbər tərəfdarları yeni bir xoruz səsi eşitməmiş “təklif” gündəmə gətiriblər. Onlar israr edirlər ki, İsa Qəmbərə gələcək başqana təsir rıçaqlarına malik üst status verilməlidir. İsa Qəmbər tərəfdarlarının öz işlərinə yarayan bu “təklif”ləri də cəmi bir aydan sonra özlərini partiyanın yeni rəhbəri statusunda təsəvvür edən funksionerlər tərəfindən top-tüfənglə qarşılanıb. Açıq-aydın görünür ki, “Müsavat”ın iddialı funksionerləri partiyadakı karyeralarını İsa Qəmbərin rəhbərliyi altında başa vurmaq istəmirlər. Məsələn, İsa Qəmbərin başqanlıqdan gedəcəyi barədə vədini növbəti dəfə xatırlatmağı özünə “borc bilən” Səxavət Əlisoy bildirib: “Hesab edirəm ki, İsa Qəmbər sıravi “Müsavat”çı kimi partiyaya daha böyük töhfə verə bilər”.
S.Əlisoyun qurultaydan sonrakı “Müsavat”da İsa Qəmbərə sıravi üzvlüyü “layiq görməsi”ni açıq mətnlə dilə gətirməsi təsadüfi deyil. Bu, bir daha təsdiqləyir ki, İsa Qəmbərin “Müsavat”da “vacib fiqur” missiyasını yerinə yetirdiyi dövrlər artıq tarixdə qalıb və partiyanın “ərköyün” funksionerləri daha “böyük-kiçik yeri gözləmək” niyyətində deyillər.
“Müsavat”da “İsa Qəmbər kultu”nun dağılması öz növbəsində iddialı funksionerlərin əl-qol açmaları ilə nəticələnib. Onun partiyada, necə deyərlər, karyerasının xəzan dövrünü yaşadığını görən funksionerlər “cəsarətə” gələrək yaranmış situasiyadan maksimum üstün durumda çıxmağa çalışırlar. Belə ki, başqan olmaq üçün ağlagəlməz cəhdlər nümayiş etdirən “Müsavat” yetkililəri Səxavət Əlisoy, Tural Abbaslı, Qubad İbadoğlu imkan düşdükcə bir-birlərinin bostanını daşlamaqla paralel surətdə, həm də başqanlıq marafonunda özünü “ağ atın belində” hiss edən mərkəzi icra aparatının rəhbəri Arif Hacılıya qarşı “birləşiblər”. Səxavət Əlisoy, Qubad İbadoğlu A.Hacılının tutduğu postun “seçkilərə təsir rıçaqlarının olduğunu” əsas gətirərək onu istefa verməyə çağırıblar. A.Hacılı isə KİV-ə verdiyi açıqlamasında “dostları”nın dedikləri ilə oturub-durmaq niyyətinin olmadığını ifadə edib. “Başqan seçilməsəm, partiyanı dağıdacağam” mövqeyindən çıxış edən A.Hacılı həqiqətən də öz təbliğatını aparmaq üçün mümkün resursları işə salıb. O, rəqiblərinə qarşı, hətta “qara piar”dan da istifadə edir. Bu günlərdə A.Hacılının qardaşı, “Müsavat” başqanının müşaviri Mustafa Hacıbəyli sosial şəbəkələrdə özünü başqan olmağa “intellektual namizəd” sayan Qubad İbadoğlu ilə bağlı ironik bir status paylaşıb. “Partiyalardan QHT-lərə gedən müxalifətçilər geri qayıtmaq məcburiyyətində qalacaqlar. Məsələn, Qubad İbadoğlu və Hikmət Hacızadənin “Müsavat”a çox vaxt ayırmaq imkanı yaranacaq”.
Bununla A.Hacılı tərəfdarları “Müsavat”çılara o mesajı ünvanlayıblar ki, indiyədək qıraqda gəzənlərə, QHT-lərdən böyük pullar qazananlara “partiyada can qoyan” A.Hacılının qarşısını kəsmələrinə imkan verilməyəcək...

Paylaş:
Baxılıb: 1063 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30