Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “RİA Novosti”nin timsalında Moskvanın xarici siyasət gerçəklikləri

“RİA Novosti”nin timsalında Moskvanın xarici siyasət gerçəklikləri

27.02.2013 [00:53]

Nurlan Qələndərli

Rusiyanın dövlət informasiya agentliyində dərc edilmiş məqalə növbəti dəfə onu göstərdi ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəf kimi çıxış edir
Xəbər verdiyimiz kimi, Rusiyanın dövlət informasiya agentliyi olan “RİA Novosti”də Vadim Dubnovun imzası ilə “Qarabağ ötən 25 il ərzində tanınmamış respublika olmağa artıq öyrəşib” başlıqlı məqalə dərc edilib. Yazı Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin guya 20 fevral 1988-ci il tarixində özünün “müstəqilliyi”ni elan etməsi və bunun nəticəsində yaranmış qondarma “DQR”in 25 illik yubileyinə həsr olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiyanın xarici siyasət kursunun ifadəsi kimi qələmə alınmış yazıda tarixi faktlar saxtalaşdırılıb, Ermənistanın təcavüzkar siyasətinə, separatizmə açıq dəstək verilib və Azərbaycan dövlətinə qarşı böhtan və iftira xarakterli fikirlər yer alıb.
Rusiya separatizmə dəstək verir
Özündə tamamilə ziddiyyətlər və təhrifləri ehtiva edən yazıda qondarma “DQR” müstəqil dövlət kimi təqdim olunsa da, heç bir dövlət tərəfindən tanınmadığı, amma bu faktın onları narahat etmədiyi vurğulanır: “Əvvəla, ermənilər artıq çoxdan bilirlər ki, onları heç kim tanımayacaq. İkincisi isə, DQR-in hansı ölkə tərəfindən tanınıb-tanınmaması onlara heç lazım deyil”.
Belə olan təqdirdə sual olunur: Azərbaycan ərazilərinin işğal olunması və separatizm hesabına yaranmış, heç özünün atributları və valyutası olmayan qondarma bir qurum hansı əsasla müstəqil dövlət kimi səciyyələndirilə və beynəlxalq miqyasda milli dövlətlər tərəfindən tanına bilər?
Beləliklə, bu fakt ona dəlalət edir ki, məqalənin sifarişçisi olan rəsmi Moskva özünün xarici siyasət kursunda, özəlliklə də Dağlıq Qarabağ münaqişəsi istiqamətində separatizmə dəstək verir. Qondarma “DQR”in müstəqil dövlət kimi təqdim edilməsi və dəstəklənməsi bunu göstərən başlıca arqument qismində çıxış edir.
Ermənistanın qeyri-konstruktiv mövqeyinin arxasında rəsmi Moskva durur
Məqalədə, həmçinin, rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki prinsipial mövqeyi tənqid edilir, amma Ermənistanın qeyri-konstruktiv mövqeyinə toxunulmur.
Lakin heç kəsə sirr deyil ki, Ermənistan davamlı surətdə etdiyi müxtəlif xarakterli manevrlərlə danışıqlar prosesini uzatmağa çalışır. Beləliklə, işğalçı ölkənin - Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe münaqişənin həllinin uzanmasına səbəb olur. Yerevan buna rəsmi və qeyri-rəsmi səviyyədə danışıqlar prosesindən yayınmağa çalışmaqla nail olmaq istəyir. Bunun əksinə olaraq, rəsmi Bakı diplomatik müstəvidə özünün bütün resurslarından maksimum surətdə istifadə etməklə münaqişənin beynəlxalq hüquq normalarına əsasən həllinə nail olmağa çalışır. Beynəlxalq hüquq normaları isə ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Beləliklə, qeyd edilənlər növbəti dəfə ona dəlalət edir ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində tərəf kimi çıxış edir. Başqa sözlə, Ermənistanın qeyri-konstruktiv mövqeyinin arxasında məhz rəsmi Moskva durur.
“RİA Novosti” nə üçün ATƏT-in Minsk qrupunun və Rusiyanın fəaliyyətsizliyindən yazmır?
Bir məqama xüsusilə toxunmaq lazımdır ki, rəsmi Bakının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki prinsipial mövqeyini tənqid edən, bununla da problemin beynəlxalq hüquq normalarına müvafiq surətdə həllinin tərəfdarı olmadığını bəyan edən Vadim Dubnov ATƏT-in Minsk qrupunun, xüsusilə də Rusiyanın bu istiqamətdəki fəaliyyətsizliyinə diqqəti çəkmir. Əgər bəhs olunan informasiya agentliyi öz fəaliyyətini obyektiv sayırsa, bu zaman bəhs etdiyi mövzuda gerçəkliklərə xüsusi diqqət yetirməli, o cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmamasının real səbəblərinə yer verməlidir. Və sirr deyil ki, Rusiyanın işğalı və işğalçını dəstəkləməsi, eyni zamanda, ATƏT-in Minsk qrupunun işğal faktına və işğalçıya loyal münasibət bəsləməsi, ikili standartlara istinad etməsi Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həlli prosesinə mane olur. Belə olan halda, Vadim Dubnovun timsalında “RİA Novosti” və onun ideoloji siyasətini müəyyənləşdirən rəsmi Moskva işğal faktına, təcavüzkar siyasətə və separatizmə dəstək verir.
Kremlin son şansı, yaxud Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi çıxış etməyə haqqı çatmır
Nəticə etibarilə, bütün bunlar ona dəlalət edir ki, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr dövləti kimi çıxış etməyə haqqı çatmır. Amma hər halda, Kreml nəzərə almalıdır ki, Rusiya üçün mühüm geostrateji əhəmiyyətə malik olan Cənubi Qafqazda sabitlik və əməkdaşlığın yolu məhz təhdid ünsürlərinin, destruktiv halların, özəlliklə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasından keçir. Məhz buna görə də, həm regionda mühüm təsir mexanizmlərinə malik olan, həm də ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi çıxış edən Rusiya Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllini tapması üçün aktiv diplomatiyaya istinad etməli və bu istiqamətdə ciddi nəticələrin əldə olunmasına çalışmalıdır. Çünki birincisi, münaqişənin beynəlxalq hüquq normalarına əsasən həll olunmaması, status-kvonun saxlanması regional və beynəlxalq təhlükəsizlik üçün potensial təhdid rolunu oynayır. Daha da dəqiqləşdirsək, baş verən bu olaylar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regional və qlobal proseslərə mənfi təsir göstərməkdən başqa mahiyyət kəsb etmir. Bu isə beynəlxalq təhlükəsizliyə təhdid yaradan başlıca faktorlardan biri kimi çıxış edir. Ümumilikdə isə, regionda təhlükəsizlik amilinə xüsusi diqqət yetirən Kremlin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi istiqamətində fəal mövqe sərgiləməməsi dolayısıyla aşağıdakı nəticələrə gətirib çıxara bilər:
1. Cənubi Qafqaz kimi strateji önəm kəsb edən bir bölgədə dağıdıcı meyillər arta, regional təhlükəsizliyə təhlükə yaradan mənfi tendensiyalar ortaya çıxa bilər. Ən əsası, uzunmüddətli sabitlik və qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq niyyətləri və planları baş tutmaz;
2. Bu kimi dağıdıcı tendensiyalar ATƏT-in Minsk qrupunun həmsədrləri kimi çıxış edən ölkələrin, o cümlədən, Rusiyanın qlobal miqyasda nüfuz zonalarındakı mövqelərinin zəifləməsinə gətirib çıxara bilər. Çünki Cənubi Qafqaz kimi önəmli bir bölgənin “barıt çəlləyi”nə dönməsi zəncirvari proses kimi digər bölgələrdə də dağıdıcı meyilləri alovlandıra və şiddətləndirə bilər;
3. Cənubi Qafqazda sabitliyin pozulması istər-istəməz qlobal güclərin öz aralarında gedən strateji savaşını kəskin həddə gətirib çıxarar ki, bu da regional və beynəlxalq təhlükəsizliyin və balansın pozulmasına səbəb olar və s.
Yuxarıda verdiyimiz proqnozların sayını istənilən qədər artırmaq olar. Amma hər halda proqnozlardan belə nəticəyə gəlmək olur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olmaq etibarilə Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yönündə öz səylərini artırmalıdır.
Bu, Rusiyanın özünün strateji maraqlarına və təhlükəsizliyinə uyğundur.

Paylaş:
Baxılıb: 1301 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30