Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənovun xəyanət benefisi və ya onun erməni sevgisi...

Cəmil Həsənovun xəyanət benefisi və ya onun erməni sevgisi...

22.05.2014 [08:54]

Pərviz Sadayoğlu

Dağlıq Qarabağ münaqişəsini özünün siyasi alver predmetinə çevirən xəyanətkar “Milli şura” sədri yenidən öz ampluasındadır
Adını radikal müxalifət qoymuş bir qism insanlar ölkəmizdə gedən inkişafdan, müstəqillik duyğusundan çox uzaqdadırlar. Hələ də qul psixologiyasından xilas ola bilməyən belələri üçün idarəçilik və ya yaşam yalnız hansısa xarici ölkədən, yaxud hansısa ölkənin hansısa qurumundan gələn əmrlər və sifarişlərlə “tənzimlənir”. İllərdir ki, öz şəxsi mənfəətlərinin ucbatından bu psixologiyanın əsirinə çevrilmişlər üçün haranın qulu və ya nökəri olmaq əsas deyil, əsas olan həmin kəslərin şəxsi maraqlarıdır.
Elə “Milli şura” adlanan satqınlar klubunun və bu klubun siyasətdən uzaq sədri Cəmil Həsənovun da “düşüncələri” yuxarıda qeyd olunanlardan fərqlənmir. Əslində, “Milli şura” adlanan xəyanət yuvasının “xəmirinin hansı su ilə yoğrulduğu” hər kəsə bəllidir. Hətta milli maraqlara, xalqın mənafeyinə düşmən kəsilən bu zümrə öz oyununu o qədər açıq oynayırdı ki, özləri-özlərinin paxırlarını ortalığa tökməklə məşğul idilər. Müsavat Partiyasının funksioneri Arif Hacılının “Milli şura”nı açıq şəkildə başqa bir ölkənin layihəsi, radikal düşərgənin “siyasi texnoloqu” Pənah Hüseynin isə bu qondarma qurumu “xarici ssenari” adlandırması yəqin ki, yaddaşlardan çıxmayıb? Hətta ötən il keçirilən prezident seçkilərindən öncə-istər dublyor Cəmil Həsənovun namizədliyinin irəli sürüldüyü dövrdə, istər təbliğat-təşviqat dövründə, istərsə də seçkidən sonra yalnız xarici anti-Azərbaycan dairələrdən gələn sifarişlərlə oturub-duran bu nökər xislətli insanlar üçün Azərbaycan xalqının iradəsi önəm daşımırdı. Onlar bunu hər addımbaşı büruzə verməkdən belə çəkinmirdilər. Seçki prosesini Azərbaycanın paytaxtında və bölgələrdə keçirilən görüşlərin sayının 3 qatından artığını xarici səfirliklərin qapısında boynu bükük şəkildə durmaqla keçirirdilər.
Bu gün bir özündən bir də onu “Milli şura” sədri edən Əli Kərimlidən başqa ətrafında adam qalmayan C.Həsənov hələ də öz sərsəmləmələrinin “peşindədir”. Görünür, prezident seçkiləri dövründə ermənipərəst dairələrlə işbirliyində olan, onların maliyyə dəstəyi ilə ölkədəki ictimai-siyasi sabitliyə xələl gətirməyə çalışan, min bir yalanla ölkəmizin müsbət imicinə ləkə vurmaq istəyən C.Həsənov danışdığı yalanlarla uğradığı məlum məğlubiyyətin acığını da məhz xalqdan çıxmaq istəyir.
Xatırladaq ki, C.Həsənov hələ 2013-cü ildə, prezident seçkilərinə az müddət qalmış xarici qəzetlərə Dağlıq Qarabağı ermənilərə “peşkəş” edəcəklərini bəyan edirdi. Özünün “böyük namizədi”, ermənipərəst Rüstəm İbrahimbəyovun davamçısı qismində erməni təəssübkeşliyindən əl götürə bilməyən bu adam Ermənistanla Azərbaycan arasında olan münaqişəyə münasibətdə elə mücərrəd fikirlər idxal edirdi ki, sanki Ermənistanın hansısa “politoloqu” danışır. Təbii ki, bunun da arxasında hansısa “sözvermələr”, “mesajlar” gizlənirdi. C.Həsənov düşünürdü ki, ermənilərin hüquqlarını müdafiə etsə, Qarabağın Azərbaycandan qopardılacağına söz versə, bəlkə ermənipərəst dairələrdən daha çox “malades” qazanar, daha çox ianə əldə edər. Amma onun bu yuxuları da çin olmadı...
Bəlkə, bu fakt özlüyündə heç də təəccübləndirici deyildi. Çünki xəmirləri xəyanətlə yoğrulan satqın “şura” üzvlərinin milli məsələlərdə mövqeyi Azərbaycan xalqının yox, düşmənlərimizin mövqeləri ilə daha çox uzlaşır. Bu onların illərdir ki, gördüyü “işlərdə” özünü açıq şəkildə büruzə verməkdədir.
Bəli, “Milli şura”nın “vahid namizəd”lik “taxtına otuzdurulan” kimi Cəmil Həsənov Dağlıq Qarabağ məsələsini özünün siyasi manipulyasiya vasitəsinə çevirməyə çalışdı. Dublyor namizəd vaxtilə dediyi bu sözləri də yəqin ki, unutmayıb: “Ermənistanda hesab edirlər ki, Qarabağ onların torpağıdır, bizsə hesab edirik ki, bizim. Bu məsələ müzakirələrin, danışıqların, elmi araşdırmaların predmetidir”.
Bu sitat C.Həsənovun hansı “yuvalara” xidmət göstərdiyinin, haranın maliyyəsinin dili ilə danışdığının açıq təzahürü idi. Hədəf, Azərbaycan dövlətçiliyi, onun ərazi bütövlüyü idi.
Uğursuz dublyorun seçkidən sonrakı fəaliyyəti də ermənilərlə, onlara bağlı insanlarla sıx təmas halında oldu. C.Həsənovun məşhur ABŞ turnesi də yəqin ki, yaddaşlardadır. Onun ABŞ-da görüşdüyü, müzakirələr apardığı dairələrin böyük əksəriyyəti bütün məsələlərdə Azərbaycana qarşı qərəzli və ikili standartlarla yanaşan qurumlar idi. Hətta C.Həsənovun ağızdolusu görüşündən bəhs açdığı qrupların qondarma “erməni soyqırımı” layihəsinin müəllifinin xatirəsinə yaradıldığını demək belə bəs edir ki, bu insanın hansı qapılara xidmət göstərməsi bəlli olsun. Əslində burada da təəccüblü bir hal yoxdur. C.Həsənovun hansı qüvvələrə baş əyməsi, kimlərin sifarişi əsasında ölkəmizdəki demokratik inkişafa qara yaxmağa çalışması hər kəsə bəllidir. Azərbaycan cəmiyyəti bu insanların kimliyini, onların məramını məqsədini bilir. Radikal müxalifətin torpaqlarımızı işğal edən ermənilərin beynəlxalq miqyasda arxası-dayağı sayılan erməni lobbi təşkilatları ilə əməkdaşlıq etməsi, onların göstərişi ilə oturub-durması düşərgənin “siyasi vizit kartına” çevrilib.
Bəli, özünü siyasətçi sayan, amma “siyasət” sözünü satqınlığa sinonim edən C.Həsənov yenə də öz ampluasındadır. Hər zaman antimilli fəaliyyəti ilə seçilən, Azərbaycan dövlətinin müsbət imicinə ləkə yaxmağa çalışan radikal düşərgə təmsilçisi ölkəmizin mənafeyinə düşmən kəsilən dairələrlə, hətta torpaqlarımızı işğal altında saxlayan ermənilərlə belə işbirliyinə getməkdən çəkinmir. Bunu biz demirik, əlahəzrət fakt deyir... Fakt isə hər zaman faktlığında qalıb: onların yalanlarının ömrü 40 gündən çox çəkməyib, Azərbaycan xalqı isə həmişə öz seçiminin, iradəsinin arxasında dayanıb. Ölkəmizdə yaranan dövlət-xalq vəhdəti Azərbaycanımızın milli mənafeyini qorumaq üçün öz gücünü ortaya qoyub. Düşmənə, torpağımızı işğal edənlərə qul(luq) edənlərin sonu isə elə qul qalıb...

Paylaş:
Baxılıb: 1089 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30