Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycan müxalifətinin iki problemi

Azərbaycan müxalifətinin iki problemi

09.04.2014 [08:57]

Mübariz Abdullayev

VHP sədri Sabir Rüstəmxanlının qənaətinə görə, onlardan biri “Müsavat”, digəri isə AXCP-dir
Radikal müxalifət düşərgəsinin təmsilçiləri üzlərinə nə qədər maska taxsalar da, onların söz pəhləvanlığı, daim bulanıq suda balıq tutmaq niyyətində olduqları, atdıqları hər addımda yalnız konyuktur maraqlar güddükləri, bir sözlə, əsl simaları aydın görünür.
Radikalların cəmiyyətin, xalqın mənafeyinə qarşı yönələn əməlləri də, ilk növbədə, düşərgə təmsilçilərinin özləri tərəfindən etiraf edilir. Qarşılıqlı surətdə qanlı-bıçaq münasibətlərində olan radikallar öz personalarından “qəhrəman” obrazı düzəltmək, rəqiblərini nüfuzdan salmaq üçün mütəmadi qaydada bir-birilərinin nə ilə nəfəs aldıqlarını açıb faş edirlər. Gəlin xatırlayaq: ACP-nin sabiq lideri Rəsul Quliyev radikalların yeni “birlik” formatı kimi təqdim etdikləri qondarma “Milli şura”nı “uşaq-muşaq yığnağı” adlandırırdı. Liberal-Demokrat Partiyasının sədri Əvəz Temirxan isə həmin “Milli şura”nı “əcinnə dəstəsinə” bənzətmişdi. Oyuncaq “El” hərəkatının rəhbəri Eldar Namazovun “Milli şura”nın sədri Cəmil Həsənovu yalançılıqda ittiham etməsi, VİP sədri Əli Əliyevin “El” hərəkatını “sabun köpüyünə” bənzətməsi, onun bu bənzətməsinin son dönəmlərdə reneqat Eldar Namazovun danışan dilinə çevrilən Eldəniz Quliyevlə böyük qalmaqallara yol açması bütövlükdə radikal düşərgənin mahiyyətindən xəbər verir.
Radikal müxalifət düşərgəsinin çürük mahiyyəti ilə bağlı növbəti etiraflar Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlıdan gəlib. Partiya sədri dağıdıcı düşərgə ilə bağlı ümumi qənaətlərini dilə gətirərək belə deyib: “Bu gün partiya mübarizəsi adı altında, təəssüf ki, bir sıra o qədər də şəffaf olmayan maraqlarla birləşən qrupların qarşılıqlı mübarizələri var. Bu mübarizələrə kənardan müdaxilələr var. Bu iqtidara qarşı olan kənar qüvvələr özlərinə müxalifət düşərgəsində yuva qurmağa çalışırlar, orada tərəfdarlar axtarırlar”.
S.Rüstəmxanlının bu açıqlamasında xaricdəki anti-azərbaycançı dairələrin buyruqquluna çevrilən, maddi maraqlar müqabilində onların sifarişlərini can-başla yerinə yetirən radikal düşərgənin əsl siması aydın görünür.
Məlumdur ki, radikallar son bir ildə “Milli şura” adlandırdıqları qondarma qurumu manipulyasiya alətinə çeviriblər. Başlanğıcda qondarma qurumda cəmləşən ayrı-ayrı partiyaların təmsilçiləri “Milli şura”nı guya seçkilərdə birgə iştirak etmək məqsədilə yaratdıqlarını bəyan edirdilər. Lakin çox keçmədi ki, “Milli şura”ya dağlanmış ət iyinə görə üz tutan radikallar arasında antaqonist ziddiyyətlər üzə çıxdı, qondarma qurum intriqalar yuvasına çevrildi. VHP-nin sədri S.Rüstəmxanlı mətbuata açıqlamasında qondarma qurumla bağlı qənaətlərini belə ifadə edib: “Mən “Milli şura”da tam süstlük görürəm. Digər tərəfdən, “Milli şura”ya toplaşmış adamların bu birliyə sona qədər sadiq qalacağına inanmırdım”.
Partiya sədri daha sonra “Orada hansı maraqdır bu birliyi getdikcə parçalayan?” - deyə, sual edir. VHP sədri verdiyi sualın cavabında ifadə etdiyi qənaətində haqlıdır. Müxalifət düşərgəsini bölən, parçalayan “yaşamaq mübarizəsi”dir, “ana müxalifət mənəm” iddiasıdır: “Yaşamaq üçün müxalifətçiliyin müəyyən qaynaqları var, məsələ odur ki, o qaynaqlara kim təkbaşına sahiblənmək istəyir”.
VHP sədri açıqlamasında müxalifətin iki əsas problemindən də söhbət açıb. Partiya sədrinin qənaətinə görə, “Azərbaycan müxalifətinin iki problemi var. Biri “Müsavat”dır, biri də AXCP-dir”.
Hə, bu, ayrıca bir söhbətin mövzusudur. Həqiqətən də, VHP sədrinin etiraf etdiyi kimi, tarixi “Müsavat” adını saxtakarlıqla mənimsəyən Müsavat Partiyası ilə AXCP bu gün bütövlükdə müxalifət düşərgəsinin başağrısına çevriliblər. Haqları çatmadığı halda özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan bu iki partiya bir tərəfdən digər “cırtdan” partiyaları “pay bölgüsündən” kənarda saxlamağa çalışır, digər tərəfdən də bir-birilərinə qarşı düşmənçilik münasibətləri sərgiləyirlər. S.Rüstəmxanlının qənaətinə görə, “onların bu problemi olmasa, müxalifətin mənzərəsi ayrı cür olardı”.
VHP sədrinin radikal müxalifət düşərgəsi ilə bağlı etirafları, yuxarıda vurğuladığımız kimi, birinci deyil, yəqin ki, heç sonuncu da olmayacaq. Həqiqətən də, cidanı çuvalda gizlətmək mümkün deyil. Dağıdıcı düşərgədə münasibətlər o həddədək gərginləşib ki, radikallar bir-birilərinin saçlarını yolmağa belə hazırdırlar...

Paylaş:
Baxılıb: 1129 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30