Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət partiyalarının əlləri hər şeydən üzülüb

Radikal müxalifət partiyalarının əlləri hər şeydən üzülüb

12.03.2014 [09:24]

Pərviz Sadayoğlu

Düşərgə təmsilçilərinin özləri də xalqın onlara etimad göstərmədiyini etiraf edirlər
Uzun illərdir ki, özünün düşüncə tərzində, məsələlərə yanaşmasında dəyişiklik edə bilməyən radikal müxalifət düşərgəsi “söykəndiyi” antidövlət, antimillət mövqeyi ilə xalqın etimadını tamam itirib. Yalnız antidemokratik çağırışlarla yadda qalan, Azərbaycanın dövlət maraqlarını düşünməyən, xarici qüvvələrin təsiri ilə ölkədə siyasi sabitliyi pozmağa çalışan və hər addımda yalnız korporativ maraqlarını düşünən radikal düşərgə təmsilçiləri əsl müxalifətçilik missiyasından çox uzaqdırlar. Demokratiyanın göstəricilərindən biri olan fərqli düşüncə-müxalifətçilik hər hansı problemin həlli ilə bağlı alternativ yol göstərmək, məsələlərə konseptual yanaşma nümayiş etdirməkdirsə, Azərbaycanın radikal müxalifətinin məqsədləri müxalifətçilikdən çox uzaqdır. Bu qüvvələrin əsas məqsədi yalnız xarici maraqların təminatına yönəlib. Bu isə xalqın onlara qarşı etimadının tam itməsinə gətirib çıxarıb.
Maraqlıdır ki, analoji fakt artıq radikal düşərgə təmsilçiləri tərəfindən də etiraf olunur. Radikal düşərgə funksionerləri özləri də etiraf edirlər ki, təmsil etdikləri düşərgə partiyaları, hətta hansısa sosial problemlərdən belə faydalana bilmirlər. Bununsa səbəbi aydındır. Çünki hansısa sosial problemlə bağlı narahatlıq yaşayan vətəndaş radikal müxalifətə inanmır və öz probleminin həlli ilə bağlı Azərbaycan hakimiyyətinə müraciət edir.
Bu isə vətəndaşın öz dövlətinə, hakimiyyətinə inamının göstəricisidir. Radikal düşərgə partiyalarının, özünü bu partiyaların əbədi sədri elan edən siyasətbazların siması isə xalqa yaxşı tanışdır. Hətta Azərbaycan xalqının ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin üzərində spekulyasiya apararaq bu problemi özünün siyasi alver predmetinə çevirən radikal düşərgə üçün məqsəd dəyişilməzdir-onlar hər hansı bir yolla öz təbliğatlarını quraraq xarici anti-azərbaycançı dairələrdən ianə almağa çalışırlar.
Qeyd edilən faktlar bir daha sübut edir ki, milli maraqlara zidd olan, demokratik dəyərlərə və normalara müvafiq olmayan çağırışlar edən, bununla da, sadəcə hakimiyyət hərisliyində olduğunu ortaya qoyan radikal düşərgə birmənalı şəkildə xalq tərəfindən dəstəklənmir. Hətta vətəndaşların, seçicilərin onlara münasibətləri o dərəcədədir ki, radikal düşərgənin hər hansı bir çağırışı cəmiyyətdə hansısa elementar reaksiya doğurmaq iqtidarında belə olmur. Bunun ən əsas səbəblərindən biri də odur ki, 1992-ci ildən bu yana radikal düşərgə birmənalı şəkildə “hakimiyyət mübarizəsi” adı altında anti-azərbaycançı, ermənipərəst dairələrlə işbirliyinə gedir, onların sifarişlərini yerinə yetirir, Azərbaycan hakimiyyətinin dövlətin inkişafı istiqamətində apardığı fəaliyyəti, beynəlxalq arenada uğurlarını qiymətləndirməyən radikal düşərgə Azərbaycana qara yaxmaq, böhtan atmaq və ölkə reallıqlarını təhrif etməkdən çəkinmir, ölkəmizin imicinə hər cəhddə xələl gətirməyə çalışır.
Azərbaycan vətəndaşları isə dövlətinə qarşı olan bu zümrəyə hər zaman layiqli yerini göstərib. Xalqımız adının qarşısına “radikal” ayaması artıraraq ölkəmizə qarşı hazırlanmış layihələrdə ön sıralarda yer alan bu qrupun xarici antimilli dairələrdən aldıqları sifarişlər əsasında işlədiklərini bilir.
Elə bu səbəbdəndir ki, artıq radikal düşərgə özü etiraf edir ki, onlar “işsiz” qalıb...

Paylaş:
Baxılıb: 1039 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30