Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” üzvlərinin yarısı da dilənçi çıxdı

“Milli şura” üzvlərinin yarısı da dilənçi çıxdı

06.02.2014 [09:18]

Mübariz Abdullayev

Əli Əliyev: “Kimdir, bu Eldəniz Quliyev? Dilənçinin biridir”
Ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sı yarandığı vaxtdan bəri çox söz-söhbətlərə səbəb olub. Qondarma qurumun başı elə ilk gündən qalmaqallardadır. Ona müxtəlif adlar qoşulub, haqqında baməzə lətifələr yaranıb. ALP sədri Əvəz Temirxan qondarma qurumu “əcinnə dəstəsi” adlandırdı, ACP-nın sabiq lideri Rəsul Quliyev onu “uşaq-muşaq yığnağı”na bənzətdi. Radikallar seçkiqabağı mərhələdə vaxtlarının böyük hissəsini Rüstəm İbrahimbəyovla bağlı yaranan “gələcək-gəlməyəcək” tapmacasının cavabını tapmaq üçün fal açdırmağa, tellərini saydırmağa həsr etdilər. “Ziyanın yarısından qayıtmaq da faydalıdır” deyib “Milli şura”dan yaxa qurtaran “Müsavat” təmsilçiləri qapını arxalarınca örtəndə heç keçmiş çiyindaşları ilə sağollaşmadılar da. Əksinə, partiyanın yetkilisi Mustafa Hacıbəyli “Əli Kərimli ilə yol getmək bizə müğayir deyil” məzmunlu bir status paylaşdı. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı da söz altında qalmayaraq “Müsavat”ın arxasınca su səpmək əvəzinə, “Gedirsən, bəhanəsiz get!” mahnısı oxudu...
Belə misalları, daha doğrusu, acı gülüş, ikrah doğuran “Milli şura” məzhəkələrini sadalamaqla qurtarası deyil. Son günlərdə isə bu məzhəkələrin sırasına daha birisi də əlavə olunub. Sən demə, qondarma qurumun üzvlərinin utancgətirən əməlləri satqınçılıqla, milli maraqlara xəyanətlə, bir-birilərinə qarşı pul maxinasiyaları etməklə tükənmirmiş, onların bir qismi həm də dilənçiliklə məşğul olurlarmış. “Milli şura” üzvlərinin dilənçiliyini Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev faş edib.
Radikalların indiyədək “evin sirri” kimi gizli saxlamağa müvəffəq olduqları yeni “Milli şura” həqiqətinin üzə çıxmasına isə qondarma “El” hərəkatının rəhbəri sayılan və reneqat kimi tanınan Eldar Namazovun “ana müxalifət” sevdasına düşməsi səbəb olub. Reneqatın öz yol yoldaşlarına növbəti dəfə dönüklük etməsini bağışlaya bilməyən Əli Əliyev mətbuata belə bəyan edib: “El” hərəkatını şişirtmək lazım deyil. Orda təkcə, Eldar Namazov var. Həmin şəxs də, siyasi güc mahiyyəti kəsb etmir”.
Əli Əliyevin bu açıqlaması “El”çiləri özlərindən çıxarıb və onlar daim “El”in bostanını daşlayan Vətəndaş və İnkişaf Partiyasının sədrinə öz yerini göstərmək istəyiblər. Belə ki, “El”in baş ruporu rolunu oynayan ali məclis sədri Eldəniz Quliyev “Əli Əliyev və onun partiyası özünü müxalifətçi kimi göstərsə də, əslində, müxalifətə zərbə vururlar... Həmçinin, onun ətrafında müəyyən küçə uşaqları yığılıb” açıqlamasını səsləndirib. Bundan sonra səbri daşan Əli Əliyev daha kəskin ritorikaya keçərək açıb sandığı, töküb pambığı. Onun dediklərindən belə məlum olur ki, özünü “El”in və “Milli şura”nın ən “sanballı” üzvlərindən biri sayan Eldəniz Quliyev “heç kim”dir, “dilənçilik edənin” birisidir. Sitat: “Kimdir, bu Eldəniz Quliyev? 2010-cu ildə bizim “İnsan Naminə” Seçki Blokunun namizədi olub. Dilənçinin biridir. Həmişə ofisə gəlib, məndən benzin pulu alan adamdır bu. Mən bəzi şeyləri mətbuata deməyi özümə yaraşdırmıram”.
Yeri gəlmişkən, burada “Milli şura”nın ilk qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyovun “Hərəyə 1 manat toplayaq” səslənməsi yada düşür. Yeri gəldi-gəlmədi, çoxlu pulu olması ilə öyünən qoca kinodramaturqun “1 manat toplayaq” səslənməsi ilə bir dilənçinin küçədən ötənləri saxlayaraq “bağışlayın, sizdə 1 manat olarmı?” deməsinin arasında nə fərq var?
Beləliklə, Rüstəm İbrahimbəyovun ardınca qondarma qurumun daha bir üzvü də dilənçi çıxdı. Amma, yox! Dilənçilik elə bütövlükdə “Milli şura”nın mahiyyətini təşkil edir. Qondarma qurumun təmsilçilərinin satqınçılıq əməllərinin müqabilində xaricdəki anti-azərbaycançı dairələrdən ianələr, qrantlar dilənməsini başqa cür necə adlandıraq?

Paylaş:
Baxılıb: 1223 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30