Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP ilə “Müsavat”ın “ulduzu” sönüb

AXCP ilə “Müsavat”ın “ulduzu” sönüb

30.01.2014 [09:39]

Mübariz Abdullayev

Dağıdıcı və antimilli fəaliyyətləri bu partiyaların siyasi karyeralarını başa vurmalarını şərtləndirib
Yaxın vaxtlarda radikal düşərgə daxilində yerdəyişmələrin baş verəcəyini söyləmək mümkündür. Daha dəqiq desək, artıq prosesə start verilib. Söhbət ondan gedir ki, radikalların “kuratoru” rolunda çıxış edən, onların fəaliyyətlərini istiqamətləndirən, müntəzəm surətdə monitorinq edən xaricdəki anti-azərbaycançı mərkəzlərdə özlərini bu düşərgənin oturuşmuş partiyaları sayan AXCP ilə “Müsavat”ın, bu iki partiyanın dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbərin daha işə yaramadığı və onların yeni simalarla əvəzlənməsinin zəruriliyi qənaəti yaranıb. Hər halda ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycanın siyasi palitrasında hansısa bir üstünlüyü ilə fərqlənməyən, adı var, özü yox “El” hərəkatının rəhbəri reneqat Eldar Namazovla görüşə vaxt ayırması belə qənaətə gəlməyə əsaslar verir.
Məlum olduğu kimi, həmin görüşün ardından qondarma “Milli şura”nın yaradılmasında böyük canfəşanlıq nümayiş etdirən reneqat Eldar Namazov dabanına tüpürərək oyuncaq qurumdan getdiyini və bundan sonra vaxtını partiya yaratmağa həsr edəcəyini bəyan edib. Necə deyərlər, görünən dağa nə bələdçi? Reneqat Eldar Namazovun “El”in idarə heyətinin bu günlərdə baş tutan toplantısında dedikləri də diqqəti çəkir. Belə ki, reneqat ABŞ səfirinin “El” hərəkatını izlədiklərini və hərəkatın gələcək fəaliyyəti ilə bağlı konkret planlarının olduğunu” söylədiyini şəstlə tədbir iştirakçılarının nəzərinə çatdırıb. Eldar Namazov, həmçinin, R. Morninqstarın “Milli şura”nın miskin durumuna, eləcə də, AXCP ilə “Müsavat” arasında son günlərdə ziddiyyətlərin daha da dərinləşməsinə görə məyusluq hissi keçirməsindən də məmnun görünür. Necə də məmnun görünməsin? Axı səfir mesaj verib ki, davamlı qarşıdurmalara başı qarışan partiyalar aparıcı qüvvə missiyasını yerinə yetirə bilmirlər. Eldar Namzov səfirin dediklərindən əlüstü o nəticəyə gəlib ki, radikal düşərgənin “kuratoru” rolunu oynayan xarici anti-azərbaycançı dairələrdə indi diqqət onun personasına yönəlib. Reneqat bu qənaətdədir ki, xaricdəki məlum dairələrdə AXCP və “Müsavat”a qarşı yaranan inamsızlıqdan öz təşkilatının önə çıxması naminə maksimum dərəcədə bəhrələnməlidir. Son çabalamalarından göründüyü kimi, o, bu yöndə özünə xas tərzdə hər şeyi etməyə, hətta, necə deyərlər, şeytanla əməkdaşlığa qol qoymağa da hazırdır.
Burada ortaya təbii sual çıxır: Bəs radikal düşərgənin xaricdəki “kuratorlar”ında AXCP və “Müsavat”a qarşı inamsızlıq haradan qaynaqlanır? Məlum dairələrin nəzərlərinin Eldar Namazova yönəlməsində, əlbəttə ki, reneqatın fərdi xarakter keyfiyyətləri az rol oynamayıb. Etiraf edək ki, o, Azərbaycanın milli maraqlarına xəyanət etməkdə özünü papadan artıq dərəcədə katolik kimi göstərməyi yaxşı bacarır. Başqa sözlə desək, dönüklük, xəyanət onun bir növ alın yazısıdır və reneqatın tərcümeyi-halında belə məqamlara çox rast gəlmək mümkündür. Məlum dairələr üçün onların işinə belə bir antimilli ünsürdən daha yaxşı yarayacaq birisini tapmaq çətin olardı.
Ancaq məlum antimilli dairələrin AXCP və “Müsavat”dan üz döndərmələrinin əsas səbəbini elə bu iki partiyanın son 20 il ərzində sərgilədikləri əməllərdə axtarmaq lazımdır. Vaxtilə insanların inamından sui-istifadə sayəsində siyasi arenada özlərinə yer edən AXCP və “Müsavat”ın, bu iki partiyanın dəyişməz rəhbərləri Əli Kərimli və İsa Qəmbərin ötən dövrdə “siyasi fəaliyyətləri” nədən ibarət olub? Sualın cavabı birmənalıdır: Azərbaycanın milli və dövlət maraqları ilə bir araya sığmayan əməllərə rəvac verməkdən, cəmiyyəti davamlı olaraq təxribatlara çəkmək cəhdlərindən və əlbəttə ki, partiyalar və “liderlər” arasında səngimək bilməyən çəkişmələrdən, ixtilaflardan, bir-birilərinə qarşı gözdənsalma kampaniyaları aparmaqdan. Hər iki partiyanın Azərbaycanın beynəlxalq imicinə, daxili sabitliyinə xələl gətirməyə yönəlik çabalamaları onların əcnəbi “kuratorlarını” məmnun etsə də, həmin dairələrdə o qənaətdədirlər ki, daxili çəkişmələr üzündən zəif düşən, marginallaşan AXCP və “Müsavat” onlara həvalə olunan missiyanı lazımi səviyyədə yerinə yetirə bilmirlər və getdikcə bu rolu daha pis, daha yarıtmaz səviyyədə icra edirlər.
Burada, əlbəttə ki, həqiqət payı yox deyil. Gəlin, hər iki partiyanın düşdüyü vəziyyətə ötəri nəzər salaq: Bu bir həqiqətdir ki, davamlı surətdə Azərbaycan dövlətinin, xalqın mənafeyinə zidd mövqe sərgiləyən AXCP və “Müsavat” bu gün cəmiyyətdə heç bir nüfuza malik deyillər və siyasi qurum olaraq öz funksionallıqlarını tamam itiriblər. Yəni istər AXCP-nin, istərsə də “Müsavat”ın ölkənin siyasi arenasında proseslərə təsir imkanları sıfıra bərabərdir. Cəmiyyət hər iki partiyanı və onların dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbəri birmənalı şəkildə inkar edir. Sözügedən partiyaların apardığı korafəhim “siyasət” onların ağızını dalana dirəyib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bu gün hər iki partiyada ciddi elektorat problemi yaşanır, insanlar Əli Kərimlinin, İsa Qəmbərin yalanlarına inanmırlar.
Digər tərəfdən, AXCP ilə “Müsavat”ın illər boyu başqa partiyalara qarşı apardıqları ayrı-seçkiçilik siyasəti elə radikal düşərgədə onların özlərinin təklənmələri ilə nəticələnib. Bu gün AXCP ilə “Müsavat” bir-biriləri ilə qanlı bıçaq münasibətlərində olduqları kimi, radikal düşərgədəki digər partiyalar da, necə deyərlər, onların əllərindən zəncir çeynəyirlər.
Beləliklə, bir tərəfdən cəmiyyətin haqlı qınaqları, digər tərəfdən isə öz “müttəfiqləri”nin nifrəti ilə üz-üzə qalan AXCP ilə “Müsavat”ın, həmçinin, bu partiyaların dəyişməz rəhbərlərinin arzuolunmaz “siyasi karyeraları”nın qürub çağını yaşadıqlarını söyləmək mümkündür. Divin canı şüşədə olduğu kimi, bu iki partiyanın söykənəcək yerləri də xaricdəki “kuratorlar”ı idi. İndi bu dayaqdan da məhrum qalmaları onların sonunun çatdığını deməyə əsas verir...

Paylaş:
Baxılıb: 1110 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30