Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət Azərbaycan siyasətinin qarınaltı yükü olduğunu yenə də təsdiqləyir

Radikal müxalifət Azərbaycan siyasətinin qarınaltı yükü olduğunu yenə də təsdiqləyir

25.01.2014 [10:36]

Pərviz Sadayoğlu

Yaxud, AXCP ilə Müsavat Partiyasının “siyasi fəaliyyəti” yalnız xarici maraqlara xidmətdən ibarətdir
Son dövrlərdə Azərbaycanın radikal müxalifəti daxilində yenidən ənənəvi hal-qarşılıqlı ittihamlar, xəyanət suçlamaları müşahidə olunmaqdadır. Belə ki, hər zaman anti-azərbaycançı dairələrin sifarişi ilə “siyasi palitranı bəzəyən” Müsavat Partiyası və AXCP bu gün bir-birilərinə qarşı küçə dialektikası ilə müraciətlər edir, qarşılıqlı ittihamlar səsləndirirlər. Birmənalı şəkildə, istər xalqımızın mənafeyinə, istərsə də dövlətçilik maraqlarımıza qarşı xəyanətkar mövqe tutmuş bu düşərgə təmsilçiləri eyni məqsədin və amalın yolçularıdır. Azərbaycan siyasətinin qarınaltı yükünə çevrilmiş radikal düşərgədə təmsil olunan bütün partiyalar, təşkilatlar üçün yeganə amal dağıdıcılıq prinsipidir. Bu gün marginal qruplara çevrilmiş həmin düşərgə təmsilçiləri dağıdıcı xarakterləri ilə özləri özlərini müasir siyasi münasibətlər sistemindən kənarda saxlayırlar. Yarandıqları gündən indiki dövrə qədər öz “siyasi fəaliyyətlərini” Azərbaycan dövlətinin imicinə qarşı istiqamətləndirmiş bu partiyalar üçün şəxsi mənafelərindən başqa heç bir maraq əhəmiyyət kəsb etmir. Bu baxımdan, istər AXCP, istərsə də Müsavat Partiyası korporativ mənafelərin güdükçüsünə çevrilmiş qruplaşmalardan ibarətdir.
O da bəllidir ki, AXCP ilə Müsavat Partiyası arasında gedən mübarizədə də əsas motiv şəxsi maraqların təminatı məsələsidir. Xarici antimilli dairələrdən alınan ianələrin, qrantların bölüşdürülməsi məsələsində yaranan narazılıq, o cümlədən, radikal düşərgədə hegemonluq arzusu bu partiyaların 20 illik düşmənçiliyinin əsas prinsipini təşkil edir.
Yəni, bu iki partiya arasındakı “mübarizə” heç də hansısa sağlam siyasi rəqabətin bəhrəsi deyil. Milli maraqlardan uzaq bu parityaların savaşı yalnız iki marginal qrupun qarşıdurması kimi xarakterizə olunmalıdır. Beyinləri dağıdıcılığa, xarici dairələrə qulluq etməyə kodlaşdırılmış bu xəyanət daşıyıcılarının birgə “layihələrdə” iştirakı belə şəxsi maraq çəkişməsinin nəticəsi kimi təhlil edilir. Qeyd etdiyimiz kimi, bu gün ölkəsinin milli maraqlarını heçə sayan qurumların, apardığı “müzakirələr”in və ya mübahisələrin yönünün və onun arxasında yatan maraqlarının harada cəmləşdiyini proqnozlaşdırmaq çətin deyil. Maddi cəhətdən asılı olduqları erməni lobbi təşkilatlarının, o cümlədən, anti-Azərbaycan dairələrin təsiri altında işi-gücü yalnız Azərbaycanın milli maraqlarını zərbə altına qoymaq, ölkənin siyasi imicini mənfi istiqamətdə təbliğ etmək olan Əli Kərimlinin və İsa Qəmbərin hərəkətləri özünüsığortaya oxşayır. Axı, özünə “siyasətçi” deyən bu şəxslər dəfələrlə öz dilləri ilə təsdiqləyiblər ki, onlar üçün cızılan plandan kənara çıxmağa ixtiyarları yoxdur, bütün detallar onları maliyyələşdirən dairələr tərəfindən müəyyənləşdirilir. Sadəcə, bugünkü çarpışma həmin dairələrə ən yaxşı qulluğu kimin göstərdiyini sübut etmək üçündür.
Maraqlıdır ki, bu özünüsığorta kampaniyasını belə bir-birilərini şantaj etməklə həyata keçirən həmin partiyaların təmsilçiləri yenə də əsl simalarını ortaya qoyurlar. Onlar danışıqları, açıqlamaları, atdıqları addımları ilə öz kimliklərini Azərbaycan vətəndaşlarına nümayiş etdirirlər. Xəyanətkar xislətlərini gizləyə bilməyənlər anlamalıdırlar ki, Azərbaycan cəmiyyəti ölkəmizi satanları qəbul etmir və seçkilərin nəticələrində də bu fakt özünü aşkar şəkildə ortaya qoyur. Azərbaycan xalqı birmənalı şəkildə Yeni Azərbaycan Partiyasını və partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu dəstəkləyir. Çünki YAP özünün siyasi fəaliyyəti ilə bütün dövrlərdə yalnız ölkəmizin və xalqımızın inkişafına yönəlik addımlar atmaqla Azərbaycan siyasətinə yeni keyfiyyətlərin gəlməsi, milli maraqların qorunması üçün mübarizə apardığını nümayiş etdirib. Bu fakt isə Yeni Azərbaycan Partiyasına xalq tərəfindən inamın, etimadın hər zaman yüksək olmasının əsas meyarına çevrilib.
Bir sözlə, bu gün özünü yalnız tarixin toz basmış qaranlıq dalanlarında tapa bilən radikal müxalifət sadəcə düşərgədaxili mübarizədə önə çıxmağın dərdindədir. Onların potensialı, xarakterləri isə yalnız sifariş əsasında xidmət göstərməyə yarayır. Bunu hər zaman “sübut ediblər”...

Paylaş:
Baxılıb: 1121 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30