Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / AXCP ilə “Müsavat”ın mətbuat savaşı kritik həddə çatıb

AXCP ilə “Müsavat”ın mətbuat savaşı kritik həddə çatıb

24.01.2014 [08:50]

Mübariz Abdullayev

“Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin səhifələrini vərəqləmək kifayətdir ki, bu iki partiyanın arasından “qara pişik” keçdiyini dərhal görəsən
AXCP ilə Müsavat Partiyası arasında radikal düşərgənin hakimi-mütləqi olmaq uğrunda illərdir ki, davam edən nüfuz savaşı hər iki partiyanın nəzarətində olan mətbuat orqanlarından da yan keçmir. Artıq AXCP-nin nəzarətində olan “Azadlıq” qəzeti və Müsavat Partiyasının ruporu funksiyasını yerinə yetirən “Yeni Müsavat” qəzeti, eləcə də müxtəlif sosial şəbəkələr qarşı duran düşmən tərəflərin səngərlərini xatırladır. Bu “səngərlər”dən qarşı tərəfə yaylım atəşlərini xatırladan sərt ittihamlar səsləndirilir.
Qeyd edək ki, “Yeni Müsavat”-”Azadlıq” qarşıdurması təzə məsələ deyil. Hər iki qəzet konkret siyasi qüvvələrin (AXCP-nin və “Müsavat”ın-M.A.) maraqlarını ifadə etdiklərindən partiyalar arasındakı kəskin münasibətlər lakmus kağızı kimi dərhal “Azadlıq”ın və “Yeni Müsavat”ın səhifələrində əks olunur. Azərbaycan cəmiyyəti bu iki qəzet arasında partiya maraqlarını ifadə edən söz çəkişmələrinin dəfələrlə şahidi olub. AXCP ilə Müsavat Partiyasının təmsilçiləri bölə bilmədiklərini, siyasi səhnədə onları barışmaz rəqiblərə çevirən məsələləri bir qayda olaraq təsir dairələrində olan qəzetlərin səhifələrində çözməyə çalışırlar ki, bu da əksər hallarda subyektiv yanaşmalarla müşayiət olunur. Siyasi müşahidəçilər yarızarafat, yarıciddi tərzdə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərini iki partiya arasında münasibətlərin barometri kimi səciyyələndirirlər. Belə ki, bu iki qəzetin səhifələrini vərəqləmək kifayətdir ki, özlərini radikal düşərgənin əsas güc mərkəzləri adlandıran AXCP ilə Müsavat Partiyasının arasından “qara pişik” keçdiyini dərhal görəsən.
AXCP ilə Müsavat Partiyası arasında pik həddədək yüksələn növbəti mətbuat savaşına isə sonuncunun qondarma “Milli şura”dan geri çəkilməklə bağlı qərarı səbəb olub. Məlum olduğu kimi, lap əvvəldən AXCP ilə “Müsavat” bu qondarma qurumu bütünlüklə öz partiya maraqlarına tabe etmək üçün müxtəlif çabalamalar sərgiləyirdilər. “Milli şura”da müzakirə olunan bütün məsələlərdə “cəbhəçi”lərin və “Müsavat”çıların sözləri çəp gəlirdi. Sonda bu mübarizədə AXCP özüsayağı manevrlər işlədərək “Milli şura”da müəyyən üstünlük qazanmağa müvəffəq oldu. Ən azından onu demək mümkündür ki, AXCP-nin şinelindən çıxan Cəmil Həsənov əvvəlcə qondarma qurumun ikinci “vahid namizəd”i, daha sonra isə sədri müəyyənləşdirildi. AXCP-nin sədri Əli Kərimli isə öyünərək bunu yeri gəldi-gəlmədi qabartmağa çalışırdı. Öz növbəsində Cəmil Həsənovun da bütün məsələlərdə keçmiş partiyadaşlarına daha artıq dərəcədə “stavka” etdiyi ortadadır. Bundan başqa, AXCP “Milli şura”da cəmləşən partiyalar və marginal siyasi qruplar tərəfindən “Müsavat”a qarşı, necə deyərlər, səlib yürüşünə start verilməsinə nail oldu. AXCP isə digər partiyalarla “Müsavat” arasında gedən bu savaşda bir növ katalizator rolunu oynayaraq odun üstünə yağ tökürdü.
Bu və digər səbəblər üzündən də “Müsavat” vaxt ikən özünə gün ağlamağa başladı və “Milli şura” ilə yollarını ayırmaq qərarına gəldi. Bundan sonra partiyalar nəzarətlərində olan mətbuat orqanlarını da döyüşə qoşdular. Hazırda “Azadlıq” və “Yeni Müsavat” qəzetləri partiyaların təmsilçilərinin qarşılıqlı kin-küdurət, ittihamlar tribunasına çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Gəlin, diqqət yetirək. AXCP funksionerləri “Azadlıq”ın səhifələrində “Müsavat”ı satqınçılıqda, radikal düşərgənin birliyinə pəl vurmaqda, “Milli şura”nı bəhanələrlə tərk etməkdə suçlayırlar. Bundan başqa, qəzet AXCP üzvü olmayan anti-”Müsavat”çıların çıxışlarına da səxavətlə yer ayırır. AXCP-nin nəzarətində olan mətbuat orqanlarında “El” hərəkatının ali məclis sədri Eldəniz Quliyev “Müsavat”ın dağıdıcılıq missiyası başa çatdı” ittihamı ilə çıxış edir. Hüquq müdafiəçisi Vidadi Mirkamal “Müsavat”ın “Milli şura”dan getməsinə “hər şərdə bir xeyir var” şəklində ironik münasibət bildirir. “Müsavat” “Milli şura”dan getməklə cəmiyyətdə dağıdıcı bir qurum kimi yadda qalacaq”. Bu açıqlama isə VHP-nın ali məclis sədri Rafiq Manaflıdan gəlib.
Bir sözlə, AXCP-nin nəzarətində olan mətbuat orqanlarında dərc olunan silsilə yazılardan bir daha bəlli olur ki, partiya funksionerləri qarşı tərəfin media qurumlarının materiallarını, necə deyərlər, nöqtə-nöqtə, vergül-vergül təftiş edirlər. Bu “monitorinqlərin” nəticələri AXCP-nin qeyri-rəsmi mətbu orqanı sayılan “Azadlıq”da belə ümumiləşdirilib: “Allah heç kimi arqumentsiz qoymasın. “Yeni Müsavat” qəzeti hazırda arqumentlərdən, məntiqli cavablardan məhrum olub”.
Öz növbəsində “Müsavat” funksionerləri də ən yaxşı müdafiə hücumdur taktikasına üstünlük verirlər. Bu günlərdə “Müsavat”ın hökmü keçən mətbuat orqanlarında, o cümlədən də “Yeni Müsavat”da AXCP-ni, bu partiyanın hegemonluq etdiyi “Milli şura”nı aşağıdan və yuxarıdan, sağdan və soldan, necə deyərlər, yıxıb sürüyən çoxlu sayda yazıya rast gəlmək mümkündür. “AXCP ilə Müsavat Partiyasının ortaq iştirakı ilə yaradılmış bütün birlik və qurumlar dağılmağa məhkumdur”. “Əli Kərimli ilə yol getmək mümkün deyil”. “Bundan sonrakı fəaliyyətimizi Əli Kərimlidən kənarda quraq”. “Cəmil Həsənli daha çox eyni adamlarla məsləhətləşmələr aparır, özünə uyğun komanda seçir, daha çox Əli Kərimliyə yaxınlığını nümayiş etdirir”. “Müsavat”ın nəzarətində olan mətbuat orqanlarında dərc olunan anti-AXCP ruhlu yazıların qayəsini məhz bu kimi ittihamlar təşkil edir.
Bütün bu sadalanan faktlardan da göründüyü kimi, AXCP ilə “Müsavat” arasında mətbuat savaşı son həddədək şiddətlənib. Hər iki partiya nəzarətlərində olan mətbuat orqanlarını manipulyasiya alətinə çeviriblər ki, bu da azad sözə, demokratik dəyərlərə, fikir plüralizminə vurulan balta kimi dəyərləndirilməlidir.

Paylaş:
Baxılıb: 1225 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30