Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Cəmil Həsənov indi də xalqı düşmən elan etdi

Cəmil Həsənov indi də xalqı düşmən elan etdi

22.01.2014 [11:29]

Mübariz Abdullayev

Uğursuz dublyor namizəd ayıbına kor olmaq əvəzinə, acınacaqlı məğlubiyyətini seçiciləri günahlandırmaqla sığortalamağa çalışır
Radikal müxalifət düşərgəsinin təmsilçiləri ilə Azərbaycan cəmiyyəti arasında böyük bir uçurumun olduğu heç kəsə sirr deyil. Bunun başlıca səbəbi isə radikalların mütəmadi qaydada nümayiş etdirdikləri antimilli mövqe ilə bağlıdır. Belə ki, radikalyönümlü partiyaların, siyasi qrupların təmsilçiləri məhdud konyuktur maraqlarını təmin etmək məqsədilə xaricdəki antimilli mərkəzlərlə işbirliyinə girərək onların sifarişləri əsasında ölkəmizin, xalqımızın mənafeyi ilə bir araya sığmayan əməllərə rəvac verirlər. Məhz buna görə də cəmiyyətdə radikallara qarşı əks münasibət formalaşır. İnsanlar onların əməllərini qınayır, çağırışlarına səs vermirlər.
Radikalların ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində guya birgə iştirak etmək məqsədilə yaratdıqları qondarma “Milli şura”nın cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunması isə bunun növbəti təsdiqidir. Məlumdur ki, adına süni şəkildə “milli” sözü yamaq edilən bu qondarma qurumun milliliklə, Azərbaycan cəmiyyəti ilə hər hansı bağlılığı yoxdur. Çünki qondarma “Milli şura”nın konturları xaricdəki erməni lobbi şəbəkəsinin təsir dairəsində olan anti-Azərbaycan mərkəzlərin mətbəxində cızılıb. Azərbaycanın dinamik inkişafına, gündən-günə artan beynəlxalq nüfuzuna hansı yollarlasa xələl gətirmək bu qondarma qurumun qarşısına qoyulan hədəflər sırasındadır. Təsadüfi deyil ki, son bir neçə ay ərzində “Milli şura” təmsilçilərinin işi-gücü xaricdəki məlum dairələrdə hazırlanan ssenariyə uyğun rollar oynamaqdan ibarət olub. Qondarma qurum mövcud olduğu müddətdə sözün əsl mənasında antimilli mərkəzlərin ruporuna çevrilib.
Gəlin, xatırlayaq. “Milli şura”nın ilk qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i Rüstəm İbrahimbəyov seçkiqabağı dönəmdə Azərbaycana dönmək, burada seçicilər arasında təbliğat aparmaq əvəzinə, öz “dəstəyini” xaricdəki məlum dairələrdə axtarırdı. Həmin dairələrdən yeni-yeni sifarişlər və əlbəttə ki, bol-bol maddi yardımlar alan qoca kinodramaturq bunun qarşılığında müxtəlif informasiya agentliklərinə müsahibələr verərək ölkəmizlə bağlı həqiqətə uyğun gəlməyən fikirlər səsləndirirdi. Məsələn, “Milli şura” adından çıxış edən qoca kinodramaturqun əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan, qaçqın soydaşlarımızı aşağılayan, ermənilərə rəğbət ifadə edib onların “humanist” obrazlarını yaradan fikirləri düşmən ideologiyasının tezisləri ilə necə də üst-üstə düşürdü. Antimilli mərkəzlər isə qoca kinodramaturqun bu fikirlərini “ilk mənbədən gələn dəlil-sübutlar” kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışırdılar. Sonradan “Milli şura”nın digər təmsilçiləri-İsa Qəmbər, Eldar Namazov, Cəmil Həsənov və başqaları da Rüstəm İbrahimbəyovun yolunu eyni canfəşanlıqla davam etdirməyə çalışdılar.
“Milli şura”nın ikinci “vahid namizəd”i Cəmil Həsənovun ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində acınacaqlı məğlubiyyətə uğramasının səbəbləri də bu kimi amillərlə bağlıdır. Seçkilərdə kimin kim olduğu bir daha üzə çıxdı. Azərbaycan vətəndaşları milli maraqlarımıza ögey münasibət sərgiləyən “Milli şura”nın “vahid namizəd”inə “yox” deməklə ən doğru seçim etdilər.
Seçkilərin nəticələri haqlı olaraq cəmiyyətin əhval-ruhiyyəsinin, ictimai fikrin barometri kimi dəyərləndirilir. Birləşmiş radikal müxalifətin “vahid namizəd”i Cəmil Həsənovun seçkilərdə cəmi 5 faiz civarında səs toplaması bir daha göstərdi ki, seçicilər “Milli şura”ya əsla inam bəsləmirlər. Seçkilərin nəticələrinə istinadən demək mümkündür ki, ölkə vətəndaşları respublikamızda son 10 ildə davamlı surətdə həyata keçirilən iqtisadi islahatları və siyasi kursu dəstəkləyirlər, özlərinin, övladlarının gələcəyinin bu siyasətlə bağlı olduğunu düşünürlər.
Təbii ki, artıq tarixə dönən 9 oktyabr seçkilərinin nəticələri radikal düşərgə təmsilçiləri üçün bir ibrət dərsinə çevrilməlidir. Necə deyərlər, belə acınacaqlı məğlubiyyətdən sonra radikallar, o cümlədən də, “Milli şura”nın sabiq “vahid namizəd”i Cəmil Həsənov siyasi arenanı tərk etməyə məhkumdur.
Lakin belə görünür ki, etiraf mədəniyyəti, həqiqətin üzünə dik baxmaq cəsarəti radikallarda yerli-dibli yoxdur. Hər halda, “Milli şura”nın keçmiş “vahid namizəd”i və indiki sədri Cəmil Həsənovun səsləndirdiyi cəfəng fikirlərdən belə qənaət hasil olur.
“Azərbaycan xalqı öz tarixi rolunu oynamalıdır”. “Azərbaycan xalqı məhz özü tarixin səhnəsində olmalıdır”. Bu kimi fikirləri Cəmil Həsənov mətbuata verdiyi son müsahibələrində səsləndirib. Bəli, 9 oktyabr seçkilərindən sonra mahiyyətinə varmadan sağa-sola bəyanatlar səsləndirən Cəmil Həsənov ayıbına kor olmaq əvəzinə, acınacaqlı məğlubiyyətini xalqı günahlandırmaqla sığortalamağa çalışır. Cəmil Həsənovu “obyektiv tarixi gerçəkliyi” qiymətləndirə bilməyəcək dərəcədə sadəlövh “tarixçi alim” qismində səciyyələndirmək fikrindən uzağıq. Lakin görünən odur ki, “tarixçi alim” təcrübəsi dublyor namizədə “həqiqət acı olsa da, onu dilə gətirmək” vərdişi və cəsarəti aşılamayıb. Əks halda Cəmil Həsənov 9 oktyabr seçkilərinin məlum nəticələrinə görə indi də xalqı özünə düşmən elan etməzdi. Azərbaycan cəmiyyətinə ögey münasibəti ilə ad çıxaran Rüstəm İbrahimbəyovun uğursuz dublyorunun açıqlamalarından belə nəticə hasil olur ki, birləşmiş radikal müxalifətin məğlubiyyətinə görə “tarix səhnəsində olmayan” xalq günahkardır. Yox, Cəmil Həsənov, bu, tarixi gerçəkliyə subyektiv yanaşmadır. Seçicilər radikalların “vahid namizəd”inə xalqa arxa çevirdiklərinə görə inam bəsləməyiblər. Etimad qazana bilmədiyinizə görə xalqı günahlandırmaq lazım deyil, sadəcə, “Milli şura”nın antimilli mahiyyətinə, müxtəlif xarici dairələrin əlində alətə çevrilməsinə diqqət yetirin. Tarixi həqiqət məqamı məhz buradadır.

Paylaş:
Baxılıb: 1153 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30