Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Təmsilçilər “Milli şura”da satqın axtarışında

Təmsilçilər “Milli şura”da satqın axtarışında

08.01.2014 [08:43]

Mübariz Abdullayev

Radikalların açıqlamalarından görünür ki, bu ad onlardan hər birinin üzərindədir
Radikal müxalifət düşərgəsində cəmləşən partiyaların, ayrı-ayrı marginal siyasi qrupların guya ölkəmizdə ötən il oktyabrın 9-da keçirilən prezident seçkilərində birgə iştirak etmək məqsədilə yaratdıqları qondarma “Milli şura” mövcud olduğu cəmi bir neçə ay ərzində ancaq bir tərəfdən milli maraqlara xəyanət yolu tutması, digər tərəfdən isə, təmsilçilərin mütəmadi qaydada bir-birilərinə arxadan zərbə vurmaları ilə yadda qalıb. Beləliklə, “Milli şura”nın “fəaliyyətində” müşahidə edilən iki mənfi istiqamət bu qondarma qurumun mahiyyətinin məhz satqınçılıq üzərində qurulduğunun təkzibolunmaz sübutlarıdır.
“Milli şura” milli maraqları ifadə etməkdən uzaqdır
Xarici təsir amilləri adına süni şəkildə “milli” sözü yamaq edilən qondarma qurumun mahiyyətindən qırmızı xətlə keçir. Əvvəlcə onu qeyd edək ki, sürətli sosial-iqtisadi inkişaf, mədəni intibah dövrünü yaşayan Azərbaycanda “Milli şura” kimi qondarma qurumun yaradılmasına heç bir zərurət yox idi. Qondarma qurum ölkəmizin sürətli inkişafına, möhkəm daxili sabitliyinə hansı yollarlasa xələl gətirmək istəyən anti-Azərbaycan dairələrin məkrli bir layihəsi olaraq meydana çıxmışdı və mövcud olduğu bir neçə ay ərzində sərgilədiyi antimilli əməllərlə bunu bir daha təsdiqlədi.
“Milli şura”nın antimilli mahiyyətini, ilk növbədə, onun ideya müəllifi rolunda çıxış edən qoca kinodramaturq Rüstəm İbrahimbəyovun timsalında aydın görmək mümkündür. Antimilli “Milli şura” layihəsini gündəmə gətirmək üçün həmişə özünü Azərbaycan cəmiyyətinin fövqündə tutmağa çalışan, daim milli maraqlarımızla bir araya sığmayan açıqlamaları ilə düşmən dəyirmanına su tökən Rüstəm İbrahimbəyovdan münasib birisini tapmaq çətin olardı. Ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilər torpaqlarımızı işğal edəndə, soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salanda Moskva mətbuatında “qaçqın azərbaycanlıların paytaxtın mühitini korladıqlarından” şikayətlənən qoca kinodramaturq “Milli şura”nın qiyabi sədri və ilk qiyabi “vahid namizəd”i olandan sonra da eyni ampluada qaldı. O, bir qayda olaraq Azərbaycanın düşmənlərinin danışan dili rolunda çıxış edirdi. Ermənipərəst kinodramaturq yeni statusda yenə Rusiya mətbuatında erməni ideologiyasının tezisləri ilə üst-üstə düşən açıqlamalarla gündəmə gəldi, Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan fikirlər ifadə etdi. Hələ bu da hamısı deyil. “Milli şura”nın sədri olan Rüstəm İbrahimbəyov antimilli dairələrdən yeni təlimatlar almaq üçün tez-tez xarici turnelərə çıxırdı. Bu səfərlər zamanı qoca kinodramaturq bir qayda olaraq Azərbaycanın bədxahları ilə görüşlərə qatılır və məlum mərkəzlərə ölkəmizlə bağlı donos xarakterli məlumatlar ötürürdü.
Azərbaycanın milli maraqlarına münasibətdə “Milli şura”nın “xaç atası” sayılan Rüstəm İbrahimbəyovun “dəst-xətti” qondarma qurumun digər təmsilçilərinin əməllərində də açıq-aydın sezilirdi. Bir vaxtlar Rüstəm İbrahimbəyovun himayəsi ilə “Milli şura”da külli-ixtiyar sahibi sayılan “El” hərəkatının rəhbəri Eldar Namazovun Vaşinqtona, “Müsavat”ın başqanı İsa Qəmbərin Brüsselə səfərlərini xatırlayaq. Nə Eldar Namazov, nə də İsa Qəmbər xaricə səfərləri çərçivəsində qatıldıqları tədbirlərdə Azərbaycanın ən vacib problemi olan Dağlıq Qarabağ məsələsindən bir kəlmə də olsun danışmadılar, əksinə öz çıxışlarında ölkəmizin imicinə xələl gətirməyə hesablanan fikirlərə geniş yer verdilər.
Bütün bunlar qondarma qurumun adı ilə onun mahiyyəti arasında nə qədər kəskin ziddiyyət olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyəti “Milli şura”nın pozuculuq, satqınçılıq əməllərinə hər dəfə sərt təpki nümayiş etdirdi və qondarma qurum cəmiyyətin müqaviməti qarşısında büsbütün iflasa uğradı.
“Milli şura”da daxili cəbhə: Təmsilçilər bir-birilərini satqınçılıqda ittiham edirlər
“Milli şura”nın satqın mahiyyətini şərtləndirən cəhətlərdən biri də təmsilçilərin bir-birilərinə qarşı mütəmadi qaydada xəyanət nümayiş etdirmələridir. İnamsızlıq mühiti qondarma quruma hakim kəsilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Burada cəmləşən partiyalar daim bir-birilərini xəyanətdə ittiham edirlər. Məsələn, seçkiqabağı mərhələdə AXCP başda olmaqla digər partiyalar “vahid namizəd”lik iddiaları sərgiləyən İsa Qəmbəri və onun timsalında Müsavat Partiyasını radikal düşərgənin birliyini pozmaqda günahlandırırdılar. Təbii ki, “Müsavat” da öz növbəsində, necə deyərlər, dinc dayanmayaraq “müttəfiqləri”ni eyni məzmunlu ittihamlara “qonaq” edirdi. Beləliklə, radikallar “satqın”, “müxalifətə arxadan zərbə vuran” damğasını növbə ilə, demək olar ki, bütün partiyaların üzərinə yapışdırdılar.
Qondarma qurum daxilində gedən son proseslər göstərir ki, “Milli şura” üzvləri hələ də burada “satqın” ovundadırlar. “Müsavat”ın təkidi ilə Rüstəm İbrahimbəyovun qondarma qurumun fəxri sədrliyindən getməsi “müttəfiq” partiyaları yenidən üz-üzə qoyub. “Müsavat” funksioneri Arif Hacılı ad çəkməsə də, radikal düşərgədə “qarışıqlıq salan qüvvələr” olduğunu dilə gətirib. Ümumiyyətlə, “Müsavat” “Milli şura” üzvlərini partiyanın əməkdaşlıq təkliflərinə adekvat münasibət bəsləməməkdə ittiham edir.
“Müsavat”çıların bu kimi ittihamları digər partiyalarda, ələlxüsus da AXCP-də, necə deyərlər, top-tüfənglə qarşılanıb. Hazırda “Müsavat” radikal düşərgənin birliyini pozmaq ittihamı ilə yenidən üz-üzə qalıb. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı “Müsavat”ın “satqınçılığına” münasibətini belə ifadə edib: “Müsavat rəhbərliyi bu birliyi öz korporativ maraqlarına qurban verdi...”Milli şura”dan çıxmaq qərarının arxasında Müsavat Partiyasının rəhbərliyində olan şəxslərin özəl və korporativ maraqları durur”.
Göründüyü kimi, “Milli şura” təmsilçiləri bir satqın fobiyasının məngənəsində qalıblar. Kimdir bu satqın? Radikalların açıqlamalarından görünür ki, bu yarlıq onlardan hər birinin üzərindədir.

Paylaş:
Baxılıb: 1165 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30