Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyovun “keçəl Həsən, ya Həsən keçəl” oyunu bitmir...

Rüstəm İbrahimbəyovun “keçəl Həsən, ya Həsən keçəl” oyunu bitmir...

18.09.2013 [09:02]

Mübariz Abdullayev

Radikal düşərgədə bir-birlərinə yaraşan, bir-birlərini tamamlayan ünsürlər cəmləşiblər
Baş-ayaq açıqlamaları ilə tez-tez gündəmə gələn Rüstəm İbrahimbəyov “Milli şura”nın məcburən namizədi olması ilə bağlı 3 gün əvvəl verdiyi açıqlamanı təkzib edib və APA-nı onun fikirlərini təhrif etməkdə günahlandırıb. İbrahimbəyov deyib ki, o, müsahibəsində “zastavili” deyil, “vınudili” deyib ki, bunlar da ayrı-ayrı sözlərdir.
Rüstəm İbrahimbəyov bu “keçəl Həsən, Həsən keçəl” oyunu ilə camaatın canını boğazına yığdı. Gah deyir “ikili vətəndaşlıq yox”, “ikinci vətəndaşlıq”. Gah gəlir, gah da gəlmir. Deyirdi vətəndaşlıqdan çıxmaq üçün Rusiyanın müvafiq orqanına müraciət edib, sonra da bunun yalan olduğu üzə çıxdı. İddia edirdi ki, Londona sentyabrın 12-də gedəcək, getmədi. İndi də deyir ki, “zastavili” yox, “vınudili” demişəm. A kişi, Azərbaycan dilini öyrən ki, bu camaat da səni düzgün başa düşsün. Prezident olsaydın, nə dildə danışacaqdın? Bu 9 milyonluq milləti necə başa salacaqdın? Dəqiqə başı durub deyəcəkdin ki, bunu belə deməmişəm, elə demişəm? Bu yerdə demək lazımdır ki, bizim millət yaradıcılıq baxımından zəiflik nümayiş etdirir. R.İbrahimbəyov Rusiyada və yaxud başqa bir ölkədə olsaydı, indi onun haqqında anekdot kitabının artıq ikinci cildi çapa verilmişdi.
Rüstəm İbrahimbəyov bildirib: “Mən gördüm ki, seçkilər yaxınlaşır və bizim müxalifət birləşmir, onların bir-birləri ilə arası yoxdur. Ona görə də, onları birləşdirməyə başladım. İş ondadır ki, mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan, biz birləşməyəcəyik. İndi bu vəziyyətdə mən neyləməliyəm? Bu vəziyyətdə məcbur oldum, dedim, yaxşı, sədrliyi öz üzərimə götürürəm”.
İndi bu müxalifətə nə deyəsən. Canını onun yolunda fəda edən bir adamı iki qəpiklik edib atır qırağa. Hələ bəziləri də deyir ki, “xoruz yoxuydu, sabah açılmırdı?”.
R.İbrahimbəyov etiraf edir ki, öz iradəsi ilə qərar verməyib, “Milli şura”da at oynadan siyasilərin girovuna çevrilib. Əgər sən qəlbən bir ideyaya bağlı deyilsənsə, onun məsuliyyətini üzərinə götürməyə hazır olduğunla bağlı əminliyin yoxdursa, amma bu hərəkəti kiminsə istəyi ilə edirsənsə, deməli, sadəcə oyuncaqsan.
Bir sözlə, Rüstəm İbrahimbəyov müxalifətə tərs şapalaq vurdu, onun iç üzünü bir daha açıb göstərdi. Qoca kinodramaturq Azərbaycana gəlməsi ilə bağlı deyib: “Mənim barəmdə iki cinayət işi açıblar. Mən ora gələn kimi cinayət işi açmasalar da, məni daha Bakıdan buraxmayacaqlar. Mən də Bakıda qalsam, o halda mənim imkanlarım adi bir vətəndaşın səviyyəsinə düşəcək. Ona görə də işlərimizin yaxşı getməsi üçün mən mütləq Bakıdan kənarda qalmalıyam... Bakıya gəlib mitinq keçirəcəkdim? Elə həmin intervünü verəcəkdim də, ya telefonla, ya da üzbəüz”.
Bu “cəsarətin” yiyəsini göylərə ucaldan müxalifətə nə deyəsən? Onun özünü adi vətəndaşlardan yüksəkdə görən, onlara yuxarıdan aşağı baxan “lider”inə nə deyəsən? Bunlar bir birinə yaraşan, bir-birini tamamlayan ünsürlərdir. Üstəlik, işlərinin müsahibə vermək və boş-boş danışmaq olduğunu etiraf edən ünsürlər.
Yeri gəlmişkən, “Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxanın “Ögeylərin fəlakəti böyük olur” adlı məqaləsində Rüstəm İbrahimbəyovu, Rəsul Quliyevi, Lalə Şövkəti və Eldar Namazovu kobud ifadələrlə tənqid etməsi əks tərəfin etirazına səbəb olub. Onlar “Yeni Müsavat”ın “Milli şura”ya qarşı ardıcıl şəkildə təbliğat apardığını bildiriblər. Azər Ayxan isə bununla razılaşmayaraq qeyd edib: “Adını demokrat qoyan bir sıra müxalifət siyasətçiləri deyirlər ki, biz ətrafımızda baş verən heç bir olaya fikir bildirməyək, yaxud bunlara sərf etməyən mövzularda yazmayaq. Bizim yazdıqlarımızdan çox yekə nəticələr çıxarıb özlərini sözün siyasi mənasında zora salanlar Rüstəm İbrahimbəyovun ittihamlarını cavablandırsınlar. Rüstəm müəllim deyib ki, Eldar Namazovla Rəsul Quliyev məni zorla namizəd etdilər. Görünür, birilərinə əsas hədəfdən yayınmaları üçün bizim bir-iki “facebook” statusumuz bəhanə verib. Rəsul Quliyev “Milli şura” üzvüdür, partiyası bu qurumda təmsil olunur, amma hər gün “Milli şura”nın “vahid namizəd”i haqda ağzına gələni danışır. Niyə Sülhəddin Əkbər öz sədrinin bu ziyanlı mövqeyinə etiraz etmir, amma bir jurnalistin fikir özgürlüyünü süngüylə qarşılayır”.
“Milli şura”ya, xüsusilə vaxtilə indiki hakimiyyətdə təmsil olunan, sonra isə özünü müxalifətə dürtüşdürənlərə qarşı “Yeni Müsavat” qəzetində dərc olunan məqalələrin əsl sifarişçisi bəllidir. Bu, Əli Kərimlinin fəndgirliyi nəticəsində prezident seçkilərindən kənarda qalmış İsa Qəmbərdir. Təzadlı, eyni zamanda da təbii bir vəziyyət yaranıb - İ.Qəmbər “Yeni Müsavat” qəzetinin vasitəsilə R.İbrahimbəyovu, E.Namazovu, Lalə Şövkəti, Rəsul Quliyevi və digər üzüdönükləri ifşa etdirir. Əli Kərimli və onun nəzarətində olan “Azadlıq” qəzeti isə adıçəkilən satqınlara öz simpatiyasını gizlətmir, hətta yeri gələndə onları müdafiə edir və Rüstəm İbrahimbəyova qarşı deyilən hər bir sözə əsəbi reaksiya verir. Amma bir fakt aydındır ki, burnunun ucundan qabağı görə bilməyən bu siyasətbazların heç özləri də bilmirlər ki, kimə və nəyə xidmət edirlər. Bəlkə elə, Əli Kərimlinin özü hakimiyyət tərəfindən məharətlə ortaya atılan “Milli şura” ideyasının əsas daşıyıcılarından biridir? Vaxtilə parlament seçkilərində Ə.Kərimlinin İ.Qəmbərə “ataraq” hansı öhdəliyinə görə Milli Məclisdə oturmasını unutmaq lazım deyil. Tələsməyin, gələcəkdə xeyli daha yeni mətləblərin üstü açılacaq.

Paylaş:
Baxılıb: 1079 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31