Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” dağıldı, “El” hərəkatı qurumu açıq boykot etdi

“Milli şura” dağıldı, “El” hərəkatı qurumu açıq boykot etdi

05.09.2013 [09:29]

Pərviz Sadayoğlu

“Müsavat”-AXCP cütlüyü Eldar Namazovla Rüstəm İbrahimbəyovu “oyundan kənar vəziyyətdə” qoydu
Radikal düşərgənin “Milli şura”sında işlər düyünə düşəb. İki gün öncə bu qondarma qurumun keçirdiyi sessiya bir sıra partiya və təşkilatlar tərəfindən boykot edilib. Ən maraqlı məqam isə, “Milli şura”nın yaranması üçün dəridən-qabıqdan çıxan “El” hərəkatı adlanan qurumun və onun rəhbəri Eldar Namazovun sessiyanı açıq şəkildə boykot etməsi, qondarma hərəkatın ayrılıqda iclas keçirməsi və fərqli qərarlar alması olub.
Əslində, bu baş verənlər bir anın, bir günün içində olan proses deyildi. May ayının sonu, iyun ayının əvvəlindən etibarən “Milli şura” söhbəti ortaya atılandan bəri qurumda cərəyan edən proseslər göstərirdi ki, bu qurumun “monolitlik” görüntüsünün pərdəsinin deşilməsinə az qalıb. Elə də oldu. Cəmisi bir aydan sonra baş verənlər “Milli şura”nın hansı maraqlara xidmət etdiyini, hansı maraqları qoruduğunu bütün çılpaqlığı ilə üzə çıxardı.
“Milli şura”da Eldar Namazov oyunu və ya İbrahimbəyovun gizli arzuları...
“Milli şura” yaranmamışdan öncə bu layihəyə keçid mərhələsi kimi “El” hərəkatı adlı mücərrəd bir təşkilatın yaranması cəmiyyətdə bir sıra suallar yaratmışdı. Çünki “Ziyalılar forumu”nun bazasında yaranan “El” hərəkatında fərqli bir sima yox idi və bu baxımdan foruma yeni bir adın verilməsi hansı səbəbdən meydana gəlmişdi, bu, başadüşülən deyildi. Amma az sonra “Milli şura” məsələsi meydana gələndə bəlli oldu ki, Eldar Namazovun bu qeyri-milli layihədə statusunu müəyyənləşdirmək üçün yaradılan “El” hərəkatı sadəcə oyunun bir hissəsidir. Plana görə, E.Namazov sonradan yaradılacaq “Milli şura”nın sədri kimi fəaliyyət göstərməli, Rüstəm İbrahimbəyovun əlbir olduğu Rusiyadakı anti-Azərbaycan dairələrinin radikal müxalifətlə əlaqələndiricisi olmalı idi. Amma...
Başda İsa Qəmbər olmaqla radikal müxalifət düşərgəsindəki bəzi partiya sədrlərinin E.Namazovu qəbul etməmələri, onun reneqat olması bu planın işləməsinə mane oldu. Belə olan halda isə Rüstəm İbrahimbəyov antimilli qüvvələrdən onlara verilən maliyyənin kənara getməməsi və öz nəzarətlərində saxlamaları üçün özü “Milli şura”nın sədri, E.Namazov isə qurumda faktiki ikinci şəxs oldu. Radikalların məşhur Tbilisi görüşündə R.İbrahimbəyovun birmənalı şəkildə E.Namazovu “ehtiyat namizəd” edə bilməməsi qondarma qurum daxilində qüvvələr balansını dəyişdi. Məhz o görüşdən sonra Rusiyaya gizli səfər edən E.Namazov qurumun maddi təminatlarını qarşılayan ermənipərəst dairələrə planın başqa istiqamətdə inkişaf edəcəyini xəbər verdi...
Cəmil Həsənlinin namizədliyi “Milli şura”nı iki yerə parçaladı...
Cəmil Həsənlinin “ehtiyat namizəd” seçilməsi və ya təyin olunması isə “şura” daxilində bütün münaqişələri açıq şəkildə ortaya qoydu. AXCP-“Müsavat” birliyinin yenidən “Milli şura”da hegemoniyanı ələ keçirməsi isə “El” hərəkatı ilə birgə KXCP, ALP, ACP kimi partiyaların da maraqlarına zərbə vurdu. Çünki artıq bu “radikal düşərgənin birliyi deyil”, İP-in başqa adlı bir forması idi. Bu isə adıçəkilən partiyalara sərf etmirdi.
Bu münaqişə ən açıq şəkildə Cəmil Həsənlinin imzatoplama kampaniyası zamanı üzə çıxdı. Prosesi birmənalı şəkildə öz nəzarətinə keçirən AXCP və Müsavat Partiyası öz “müttəfiqlərini” bu prosesdən kənarda saxladı. Açıq şəkildə buna etiraz edən partiyalar isə başa düşürlər ki, onlar bundan sonra nəyəsə ümid edə bilməyəcəklər. Çünki həm vaxtın azlığı, həm də hazırki durum onların əleyhinə işləyir. “Milli şura”nı tərk edəcəkləri halda “xəyanətkar” damğası ilə damğalanacaqlarını dərk edən bu partiyalar “şura”da hələlik öz fəaliyyətlərini davam etdirsələr də, öz mövqelərini açıq şəkildə ortaya qoyurlar. Məsələn, ALP sədri Əvəz Temirxan bildirib ki, “Milli şura” və onun fəaliyyəti, orada baş verənlərlə bağlı bundan sonra “voobşe” danışmaq niyyəti yoxdur. O, deyib: “Bunu “voobşe” sözünün sonuna üç quyruqlu “Ş” hərfi əlavə etməklə demək istəyirəm. Azca səmimiyyətləri qalıbsa, qoy orada baş verənlərlə bağlı AXCP və “Müsavat” açıqlama versin”.
ACP-nin duruma münasibəti isə daha sərtdir. ACP-nin “Milli şura”nın “vahid namizəd”i Cəmil Həsənlinin imzatoplama kampaniyasına buraxılmaması Rəsul Quliyevi əməlli-başlı əsəbləşdirib. “Milli şura”nın üzvü olmasına baxmayaraq, qurum əleyhinə mövqe nümayiş etdirən R.Quliyev AXCP və “Müsavat”ı “Milli Şura”nı parçalamaqda günahlandırıb: “İmzatoplama mərasimində təşəbbüsü 2 partiya “Müsavat” və AXCP əllərinə alıb, o biri partiyaları - KXCP, ACP, ALP və o cümlədən “EL” hərəkatını bu işə cəlb etməyiblər. Faktiki olaraq, “Milli şura” adı altında, “İctimai palata”nın zəifləmiş formatı fəaliyyət göstərir. Bir sözlə, seçkiqabağı belə acınacaqlı vəziyyətin yaranmasının səbəbləri məlumdur, seçkilərdən sonra münasibət bildiriləcək”.
Artıq vəziyyət elə həddə çatıb ki, “Milli şura”da AXCP və “Müsavat” tərəfindən aldadılmış və təhqir olunmuş partiyaların bəyanat verərək qurumu tərk etmələri vacibdir. Çünki “Milli şura” daxilində baş verən hadisələr sübut edir ki, Ə.Kərimli və İ.Qəmbər digər müxalifət partiyalarının sədrlərinə yuxarıdan aşağı, həqarətlə baxırlar. Həmin partiya sədrləri isə Ə.Kərimli və İ.Qəmbərin hüzurunda boynunu bükərək onlara qarşı yönəlmiş saymamazlığa zavallıcasına dözürlər. Belə çıxır ki, Ə.Kərimli və İ.Qəmbər olmazsa, onlar heç kimdirlər və son ümidlərini də bu iki siyasət dəllalına bağlayıblar. Bununla barışmayanların isə o qurumda fəaliyyətini davam etdirməsi qeyri-real görünür.
“El” hərəkatı “Milli şura”nı tərk edir...
Xəbər verildiyi kimi, “Milli şura”nın sentyabrın 3-də keçirilən sessiyasını boykot edən və ayrıca toplantı keçirən “El” hərəkatı öz mövqeyini açıq şəkildə ortaya qoyub. Sessiyada iştirak etməmələrinə münasibət bildirən “El”in və “Milli şura”nın üzvü Zəfər Quliyev KİV-ə açıqlamasında deyib ki, buna səbəb təşkilatın bir çox ciddi problemlərinin olmasıdır: “Bunun üçün təşkilatın rəhbərliyi ilə toplantı keçirildi ki, bu problemlər müzakirə olunsun və ortaya dəqiq mövqe qoyulsun. Qəbul edilən qərarlarla bağlı ətraflı məlumat veriləcək”.
Z.Quliyev bildirib ki, problemlərdən biri də “Müsavat” və AXCP-nin sıxıntılı günlərdə, Baş Prokurorluğa çağırıldıqlarında, ifadə verdiklərində onlara dəstək olmamalarıdır: “Səbəb sadədir - “El” rəhbərliyi iddia edir ki, bu təşkilatlar istintaq altında olan “El”çiləri müdafiə etməyiblər, bəyanatlar verməyiblər, gərəkən diqqət göstərməyiblər”.
Amma bu incikliyin xırda bir incilklik olmaması da ortadadır. “Milli şura”nın dağılma prosesi yekunlaşma mərhələsindədir. Çünki bu ideyanı ortaya atan, Rüstəm İbrahimbəyovu meydana çıxaran, müxalifəti bir araya gətirən əslində “El”çilər olub. Əgər “El” hərəkatı “Milli şura”dan küsüb və ya küsdürülübsə, tam əminliklə demək olar ki, artıq sondur. AXCP ilə “Müsavat” axır ki, təşəbbüsə yiyələnib. “El” hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev isə “sizin”, “bizim” ifadələri işlədir, “Milli şura”nın sessiyasına qatılmamağı, sadəcə “El”in toplantısının çağırılması ilə əlaqələndirir. Z.Quliyev nə qədər də üstüörtülü danışmağa çalışsa da, “El” hərəkatının üzvlərinin açıqlamaları hər şeyi ortaya çıxarır. Məsələn, qurumun üzvü Köçəri Nağıbəyli bildirib ki, o, Cəmil Həsənlinin deyil, REAL hərəkatının rəhbəri İlqar Məmmədovun namizədliyini müdafiə edir. Hətta o, müxalifətçiləri də bu yola səsləyib.
“Milli şura” öz ömrünü başa vurdu-Eldar Namazov və narazılar “ofsayd”da qalıblar
Maraqlıdır ki, bu gün hansısa formada olsa da, AXCP və Müsavat Partiyası seçkilərə hazırlıq prosesində iştirak edir. Amma quruma üzv olan digər partiyalar və Eldar Namazov “ofsayd”da qalıb. Çünki nə namizəd irəli sürə biliblər, nə də bundan sonrakı dövrdə buna nail ola bilərlər. Bəs, görəsən “Müsavat”la AXCP hansı səbəbdən E.Namazovdan və İbrahimbəyovdan birdəfəlik üz çevirdilər? Səbəb ortadadır. Xalqın etimadını qazana bilməyən, iqtisadi cinayətləri səbəbindən Azərbaycana gələ bilməyən, namizəd olduqdan sonra başqa ölkənin vətəndaşı olduğunu “xatırlayan” Rüstəm İbrahimbəyov artıq ermənipərəst dairələrin də maraq çərçivəsindən çıxır. Onlar dərk edirlər ki, İbrahimbəyov Azərbaycanda hansısa bir xırda nailiyyətə imza atmaq iqtidarında deyil. Avqustun 18-də keçirilən mitinq İbrahimbəyov-Namazov cütlüyünün “gücünü” hər kəsə göstərmişdi. İsa Qəmbərlə Əli Kərimli isə sözün əsl mənasında məqam gözləyirdilər. Çünki cəmisi bir neçə ay öncə Eldar Namazov Rüstəm İbrahimbəyovla bunları o ki var barmaqlarına dolamışdılar. “Müsavat” və AXCP göstərirlər ki, istəklərinə nail olublar və bundan sonra kinoçəkən və onun kassirinə ehtiyacları yoxdur. Onsuz da pul da gəlmir, Moskvadan dəstək yoxdur, İbrahimbəyovun verdiyi 3 minə isə Eldar Namazovun hesablaması ilə ən uzağı 20-30 bayraq almaq olar. O bayrağı tutmağa adam olmasa belə...

Paylaş:
Baxılıb: 1227 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30