Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Müsavat” “Milli şura”nı xarici dairələrə işləyən satqın bir təşkilat hesab edir

“Müsavat” “Milli şura”nı xarici dairələrə işləyən satqın bir təşkilat hesab edir

16.08.2013 [09:17]

Nurlan Qələndərli

Bu partiyadan verilən açıqlamalarda qondarma qurumun perspektivsizliyi vurğulanır və ömrünü başa vurduğu bildirilir
Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan “Milli şura”da daxili qarşıdurma daha da kəskinləşib. Ermənipərəst və anti-azərbaycançı dairələrin direktivləri əsasında zorən müttəfiq halına gətirilmiş “mehriban düşmənlər” bu gün müxtəlif məsələlər ətrafında qarşıdurma nümayiş etdirirlər. Müzakirəyə çıxarılan məsələlərin heç birində ortaq məxrəcə gəlməyi bacarmayan radikallar ziddiyyətli fikirlər səsləndirməklə “Milli şura”nın da antimilli ünsürlərin “birliyi” olduğunu nümayiş etdirirlər.
Yeri gəlmişkən, İbrahimbəyovun “şura”sı daxilindəki qarşıdurmalarda son zamanlar Müsavat partiyası xüsusi rol oynamaqdadır. Hər zaman vahid namizəd cəbhəsindən “atəşkəs”i pozan “Müsavat” bu dəfə də bu məsələyə toxunaraq düşərgə daxilində əsəblərin tarıma çəkilməsinə səbəb olub. Yeri gəlmişkən, bu kontekstdə son olaraq Müsavat Partiyasının üzvü Adil Qeybulla təmsil etdiyi partiyanın “Milli şura”nı tərk etməsinin zəruri olduğunu bildirib. O qeyd edib ki, bu qənaətin formalaşmasının başlıca səbəbi “Milli şura”da təmsil olunanların bəzilərinin “cilov”unun müxtəlif xarici qüvvələrin əllərində olmasıdır: “Özünü qəfildən müxalifətçi adlandırıb “Milli şura”da peyda olanlar var”.
A.Qeybulla “Milli şura”nın vahid namizəd olaraq R.İbrahimbəyovun üzərində israr etməsini, alternativ namizədin irəli sürməsinin qarşısını almasını müəmmalı hal kimi dəyərləndirib və bunu müxalifətin, xüsusilə də “Müsavat”ın seçkidən kənarda saxlanması cəhdi kimi qiymətləndirib: “Xeyli gizli məqamların olması bu məntiqi nəticəyə gəlməyə imkan verir. “Müsavat” “Milli şura”da qala bilməz. “Müsavat” mövqe bildirməli, seçkilərdə təkbaşına iştirak etməlidir. Az vaxt qalır”.
“Yeni Müsavat” qəzetinin köşə yazarı Xalid Kazımlı isə bir az da irəli gedərək qondarma “Milli şura”nı “başı böyük, amma bədəni çöp kimi olan raxit uşağa” bənzədib. O yazır: “Milli şura” müxalifətin səmimi birliyinə çevrilə bilmir. Qurum daxilində örtülü qazanlar qaynayır, heç də hamının hansı məzhəbə qulluq etdiyi aydın deyil”.
Köşə yazısında qeyd olunur ki, Rüstəm İbrahimbəyovun piar kampaniyası Eldar Namazovun və onun komandasının, habelə AXCP üzvlərinin inhisarındadır: “Bu qüvvələr İbrahimbəyovu “Milli şura”ya daxil olan və ona rəğbət bəsləyən digər qüvvələrin hücumundan qorumağa çalışırdılar. Heç 1920-ci illərdə Lenin, Trotski, Stalin dönəmlərində bu qədər “rəhbərə sitayiş” kultu müşahidə olunmamışdı. İbrahimbəyovun sözünun üstündən hər hansı söz demək cəhdi top-tüfənglə, daha çox isə təhqiramiz ifadələrlə qarşılanırdı”.
Görünən odur ki, “Milli şura” daxilində vahid namizəd zorən elan olunsa da, “Müsavat” bu durumdan razı deyil və qurumla qarşıdurma şəraitindədir. Proqnoz vermək olar ki, sözügedən partiya ilə qurumun digər üzvləri arasındakı ziddiyyətlər daha da artacaq və gizli savaş açıq müstəviyə transfer olunacaq. Son açıqlamalar isə onu göstərir ki, Müsavat Partiyası rəsmi surətdə elan etməsə də, ayrı-ayrı şəxslərin timsalında “Milli şura”nın perspektivsizliyini dilə gətirir. Bu, İbrahimbəyovun qondarma “şura”sının gerçək durumunu aşkarlayan növbəti fakt kimi çıxış edir.
Beləliklə, görünən odur ki, milli maraqlara zidd mövqe sərgiləyən bu qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə bu qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Yeri gəlmişkən, bəhs olunan qondarma qurumlarda birləşən autsayderlərin son açıqlamaları göstərir ki, “El” hərəkatının ardınca Rüstəm İbrahimbəyovun “Milli şura”sı da tarixin arxivinə yollanır. Görünən odur ki, əvvəllər “Milli şura” “ideya”sını dəstəkləyən antimilli və radikal ünsürlər hazırda fərqli mövqe nümayiş etdirirlər və bu hal qoca kinorejissor tərəfindən isterika ilə qarşılanmaqdadır.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, açıq müstəviyə transfer olunan qarşıdurma radikal müxalifətin ruporu kimi çıxış edən mətbuat orqanlarının əsas gündəm mövzusuna çevrilib. Mətbuat üzərindən davam edən savaşın xarakteristikası budur ki, partiya rəhbərlərinə yaxın şəxslər verdikləri bəyanat və müsahibələrdə digər tərəfi kəskin tənqid obyektinə çevirir, qarşıdurmanı şərtləndirən bəyanatlar verirlər. Eləcə də həmin mətbuat orqanlarında “redaksiyanın mövqeyi” kimi qələmə alınan yazılar, əslində, həmin media qurumlarına nəzarət edən radikal müxalifət təmsilçilərinin mövqeyini əks etdirir. Bu baxımdan, Müsavat Partiyasının nəzarətində olan media qurumu və partiya funksionerləri xüsusilə fərqlənirlər.
Beləliklə, ortaya çıxmış durum radikal müxalifətin nəyə qadir olduğunu və antimilli ünsürlərin “birliyi” olan qondarma “Milli şura”nın necə “fəaliyyət” göstərdiyini növbəti dəfə nümayiş etdirir.

Paylaş:
Baxılıb: 1306 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30