Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Milli şura” üzvləri hansı səbəbdən Tbilisidə erməninin otelinə yığışdı?

“Milli şura” üzvləri hansı səbəbdən Tbilisidə erməninin otelinə yığışdı?

31.07.2013 [09:31]

Pərviz Sadayoğlu

Erməni dairələri radikal müxalifəti tam şəkildə özündən asılı vəziyyətə saldı
Xəbər verildiyi kimi, “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun iyulun son günlərində Azərbaycana qayıdacağı ilə bağlı verdiyi söz yalan çıxıb. Daha doğrusu, köhnə kinodramaturq, “gülü burnunda” siyasətçi sayılan R.İbrahimbəyovun “gələcəyəm” nağılı sona çatıb və “Milli şura”nın perspektivsizliyi üzə çıxıb. Dünənə qədər “İbrahimbəyov qayıdacaq” deyən “şura” rəhbərləri də artıq “valı dəyişib” və fərqli “planlardan” danışırlar. Onlar hətta R.İbrahimbəyovla “görüşmək” üçün Tbilisiyə “nümayəndə heyəti” göndəriblər.
Amma Tbilisi görüşü ilə bağlı da müəyyən məqamlar KİV-də öz əksini tapıb. Xatırladaq ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu “Səs” TV-yə müsahibəsində bildirib ki, etibarlı mənbələrdən alınan məlumatlara görə, Tbilisidə təşkil olunacaq görüşdə ermənilər də iştirak edəcək. Baş redaktor Hikmət Babaoğlunun sözlərinə görə, ermənilərə münasibət, Dağlıq Qarabağın ermənilərə verilməsilə bağlı bu və ya digər fikirlər R.İbrahimbəyovun dilindən səsləndirilsə də, erməniləri şifahi söylənən bu siyasi nitqlər qane etmir: “Onlar məsələnin yazılı şəkildə, öhdəçilik kimi bu insanın üzərinə qoyulmasını istəyirlər. R.İbrahimbəyov da, əldə etdiyimiz məlumatlara görə, buna razılıq verib. Tbilisi şəhərində keçiriləcək görüşdə ermənilərlə İbrahimbəyov, eləcə də, onun “Milli şura”sının digər üzvləri arasında xüsusi saziş (işğal altında olan torpaqlarımızla bağlı iddiaların bir daha irəli sürülməməsi və Dağlıq Qarabağın ermənilərə verilməsi ilə bağlı) imzalanacaq. Beləcə, R.İbrahimbəyov öz üzərinə götürdüyü öhdəçiliyi rəsmiləşdirəcək”.
Qeyd etmək lazımdır ki, yayılan məlumatlara görə, dünən “Milli şura” üzvləri Tbilisinin “The Vere Palace” otelinə gəliblər. Maraq kəsb edən isə həmin otelin kimə məxsus olmasıdır. Belə ki, APA-nın əldə etdiyi məlumata görə, həmin otel erməni mənşəli Gürcüstan vətəndaşı Andrey Nersesyana məxsusdur və hazırda onun oğlu tərəfindən idarə olunur. A.Nersesyan SSRİ dövründə Gürcüstanın ticarət naziri vəzifəsində işləyib. Onun hazırda Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqədə olduğu və Gürcüstanda əsas dayaqlarından biri sayıldığı bildirilir.
Göründüyü kimi, radikal müxalifətin ermənilərlə işbirliyi tam təsdiqini tapır. Təbii ki, burada təəccüblü bir hal yoxdur. İbrahimbəyova pul buraxanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın lehinə həlli ilə bağlı dilindən “iltizam” alırlar. Bu isə çox mətləbdən xəbər verir. Ən əsası hakimiyyət hərisliyi R.İbrahimbəyovun və onun ətrafında marağa yatanların gözünü necə tutubsa, düşmənə təslim olmağa da hazırdırlar.
Bəli, təəssüf ki, təşkilatını siyasi qurum, özünü siyasətçi adlandıran bəzi nankorlar artıq neçə illərdir ki, ermənilərlə yaxın münasibətə girib dövlətə, Vətənə xəyanət etməkdədirlər. Bu gün özünü ermənipərəst R.İbrahimbəyovun yaxın ətrafı və ya “silahdaşı” adlandıran partiyaların düşmən ölkənin, o cümlədən, erməni lobbisinin ayrı-ayrı nümayəndələri ilə əlaqələri bütün cəmiyyətimizə bəllidir. Hələ bir neçə il bundan öncə Almaniyanın Potsdam şəhərində ermənilərlə dostluq-qardaşlıq müqaviləsi bağlayan, ilk öhdəliyini məhz orada üzərinə götürən Müsavat Partiyasının rəhbəri İ.Qəmbərin bu dəfə belə bir xəyanətə imza atması qeyri-adi görsənməməlidir. Çünki neçə illərdir ki, antimilli qüvvələrin əlində oyuncağa çevrilən, məhz ermənipərəst dairələrin maddi təminatı qarşılığında onların sifarişini həyata keçirən İ.Qəmbər artıq siyasi karyerasının qürub çağında bütün dövlət və millət maraqlarını şəxsi mənfəətinə, korporativ maraqlarına qurban etmiş birisidir.
AXCP sədri Ə.Kərimlinin bu planda iştirakı isə hər kəsdən daha inandırıcıdır. Çünki Ə.Kərimliyə yaxın insanların, o cümlədən, onun nəzarətində olan gənclər təşkilatlarının, gənclərin mütəmadi şəkildə ermənilərlə görüşməsi, onlardan məsləhət və maddi dəstək alması artıq təsdiqlənmiş bir faktdır. Hətta bir neçə il bundan öncə Azərbaycan cəmiyyəti daha geniş bir formada belə bir faktın şahidi olmuşdu.
O ki qaldı R.İbrahimbəyova və onun əlaltısına çevrilmiş Eldar Namazova, birincinin hansı dairələrdən qidalandığı, hansı dairələrin nökərçiliyini həyata keçirdiyi ortadadır. İllərdir ki, “Bakıda ermənisizliyin həsrətini çəkən”, “ermənilərsiz ürəyi sıxılan”, “erməni xalqını intellektual” hesab edən və ən əsası Dağlıq Qarabağı erməni torpağı hesab edən satqın İbrahimbəyov artıq hansı yuvalardan qidalanan birisi olduğunu sübuta yetirib. Bir neçə il öncə “Rossbalt”a müsahibəsində ermənilərdən ötrü darıxdığını dilə gətirən İbrahimbəyov bildirirdi ki, Bakıda onlarsız nəfəs ala bilmir. Təbii ki, satqın İbrahimbəyovun bu açıqlamaları da boş yerdən yaranmamışdı. Hələ o zamandan bəri erməni lobbisinin, o cümlədən, Rusiyanın ermənipərəst dairələrinin hazırladığı plan işə düşmüşdü və bu günlərdə baş tutması gözlənilən Tbilisi görüşü bu satqınlıq planında yeni mərhələnin başlanğıcı rolunu oynayacaq. Belə ki, erməni dairələri illərdir ki, şifahi razılıq əsasında maliyyələşdirdiyi bu partiyaların və şəxslərin öhdəliyini rəsmiləşdirəcək.
O ki qaldı İbrahimbəyovun gəlişi ilə bağlı yaradılan yalançı “ajiotaja”, onun əlaltısı funksionerliyini həyata keçirən Eldar Namazov “Milli şura”nın sədrinin Azərbaycana gəlməsinin bu dəfə də təxirə salınmasını qoca kinodramaturqun Rusiya vətəndaşlığının ləğv olunması proseduru ilə əlaqələndirib. Amma hər yerdə bir “əmma” axtaran Eldar Namazov yaxşı olar ki, İbrahimbəyovun Azərbaycana gəlməkdən qorxduğunu etiraf etsin və heç gəlmək fikri də olmadığını açıqlasın. Yoxsa İbrahimbəyovun leninsayağı “Şpigel”ə müsahibəsində izhar etdiyi aprel tezislərindən sonra bolşevikcəsinə hay-küylə yığışıb Tbilisiyə hücum şousu yaratmaq nəyə lazımdır?
Göründüyü kimi, Azərbaycan dövlətini satan, millətini, xalqını öz şəxsi mənfəətinə qurban verən, üzləşdiyimiz işğal faktını özünün siyasi alver predmetinə çevirən “Milli şura” adlanan bu diletant qruplaşma çox iyrənc, çirkin oyunlarda yer almaqdadır. Amma Azərbaycan xalqı onların hansı “ideyaların” daşıyıcısı olduğunu və fəaliyyətinin hansı istiqamətlərə kökləndiyini yaxşı bilir. O baxımdan, satqınların yeni arzusu və istəyi yenə də ürəklərində qalacaq. Bu, ən böyük həqiqətdir...

Paylaş:
Baxılıb: 1163 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30