Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İki tərəfə baxan çaş qalar, bəs dörd tərəfə baxan...?

İki tərəfə baxan çaş qalar, bəs dörd tərəfə baxan...?

30.07.2013 [09:31]

Nardar Bayramlı

Radikalların antimilli “şura”sında toplaşan azlığın təmsilçilərinin hərəsi dünyanın bir qütbündən təlimat və tapşırıq alır
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sı yarandığı vaxtdan ortaya qoyduğu fəaliyyətlə, əslində, antimilli bir qurum olduğunu təsdiq edib. Təşkilatın özünə ölkə daxilində deyil, xaricdə dəstək axtarması da buna əyani sübutdur. Belə ki, qurumun sədri olan qoca kinodramaturq R.İbrahimbəyov Avropa turnesinə çıxır, reneqat Eldar Namazov ABŞ-a gedir, bəzilərinin səsi Rusiyadan gəlir. Sual olunur ki, görəsən, onlar hansı məzhəbə qulluq edirlər? Yəqin ki, bunu cavablandırmaq çətindir. Çünki hərəsinin gözü bir tərəfə baxır. Burada isə belə bir məsəl yada düşür: iki tərəfə baxanın gözü çaş qalar. “Milli şura”dakılar isə dörd tərəfə baxırlar. Yəni, qurumun ideoloqlarının hərəsi bir qütbə boylanır. Belə olan halda əgər iki tərəfə baxan çaşdırsa, gözü dörd tərəfə baxanı necə adlandırmaq olar?
Sirr deyil ki, təşkilatın ideya müəllifi və rəhbəri R.İbrahimbəyov “Milli şura”nı Rusiyadakı bəzi dairələrin tövsiyəsi ilə yaratdığını bildirir. O, həmçinin, ermənilər və ermənipərəst dairələrlə yaxşı əlaqələrə malikdir. Hazırda Avropa ölkələrinə səfər edərək Azərbaycanın maraqları əleyhinə təbliğat aparır. Eynilə reneqat Eldar Namazov da ABŞ-da dövlətimizin ünvanına böhtanlar yağdırır, 907-ci düzəlişdən əlavə Azərbaycana sanksiyaların tətbiq olunmasını təklif edir. “Milli şura”ya islamçıları dəvət edənlərin də gözü başqa bir tərəfə baxır. Əlbəttə, belə nümunələrin sayını kifayət qədər artırmaq olar.
Bu faktlar onu göstərir ki, “Milli şura”da mövqesizlik, satqınlıq, qeyri-ardıcıllıq hökm sürür. Belə bir təşkilatın Azərbaycanda siyasi hakimiyyətə gəlmək iddiası isə gülüncdür. Çünki öz aralarında ortaq məxrəcə gələ bilməyən, bir-birlərinə etimadı olmayan insanların bu iddiası yalnız gerçəkləşməyəcək xülya ola bilər. Belələrinə ölkə vətəndaşları da heç vaxt etimad göstərməz və göstərmir də.
Diqqəti çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, radikal müxalifət R.İbrahimbəyovun “Milli şura”sına qoşulmaqla anti-azərbaycançı dairələrin yanında durması, xarici mərkəzlərin tapşırıq və sifarişlərini yerinə yetirməkdə maraqlı olması barədə deyilənləri də təsdiq edib. Bu amil təşkilatın rəhbəri olan qoca kinodramaturq R.İbrahimbəyovun timsalında özünü daha qabarıq şəkildə göstərir. Belə ki, hər dəfə müəyyən qütblərə üz tutan Rüstəm İbrahimbəyov sonuncu dəfə xarici mətbuata müsahibəsində bir daha erməni təəssübkeşliyini növbəti dəfə gizlətməkdən çəkinməyib.
“Milli şura”nın prezidentliyə “vahid namizəd”i olan R.İbrahimbəyovun erməni xislətli olması artıq bütün cəmiyyətə bəllidir. Bu adamın fəaliyyəti ondan ibarətdir ki, antimilli mövqedən çıxış edənlərlə eyni sırada dayansın. Ona görə də, ictimai rəydə belə bir haqlı fikir formalaşıb ki, R.İbrahimbəyovun “Milli şura”sı məhz xarici dairələrin təlimat və tapşırıqlarını icra etməklə məşğuldur. Kinorejissorun özü inkar etməyə çalışsa da, faktlar və proseslər təsdiq edir ki, “Milli şura” əslində, ermənilərin layihəsidir.

Paylaş:
Baxılıb: 1349 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30