Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yararsızlar klubunun növbəti manipulyasiyası, yaxud reneqatın “boykot” variantı nəyə hesablanıb?

Yararsızlar klubunun növbəti manipulyasiyası, yaxud reneqatın “boykot” variantı nəyə hesablanıb?

23.07.2013 [10:22]

Nurlan Qələndərli

Siyasi ekspertlərin qənaəti bu yöndədir ki, radikallar qarşıdan gələn prezident seçkilərində məğlubiyyətlərinin qaçılmaz olduğunu bildikləri üçün ölkədə xaos yaratmağa və ictimai-siyasi sabitliyi pozmağa cəhd edirlər
Azərbaycan siyasi palitrasında heç bir funksionallığa malik olmayan qüvvələr, başqa sözlə, bir qrup autsayderlər özlərinin korporativ səciyyəli maraqlarını, şəxsi ambisiyalarını təmin etmək üçün siyasi dəyərlərə və milli maraqlara zidd fəaliyyət göstərməkdədirlər. Başqa sözlə, siyasi palitrada dağıdıcı ünsür və autsayder kimi tanınan, xalqın etimadını tamamilə itirmiş bu cür qüvvələr hər zaman müxtəlif oyunlar və primitiv məsələlərlə gündəmə gəlməyə çalışmaqdadırlar. Xarici anti-Azərbaycan dairələrdən maliyyələşən və onların direktivləri əsasında fəaliyyət göstərən belə autsayderlər öz fəaliyyəti ilə, həm də Azərbaycan dövləti və dövlətçiliyinə qarşı cəbhə almaqdadırlar.
“Milli şura”nın ziddiyyətli mövqeyi...
Bu cür antimilli ünsürlər sırasında özlərinin siyasi səriştəsizliyi sayəsində autsayderə çevrilmiş şəxsləri birləşdirən “Milli şura” adlı yararsızlar klubu xüsusi yer tutur. Anti-Azərbaycan dairələrin direktivləri əsasında fəaliyyət göstərən bu qondarma qurum prezident seçkiləri yaxınlaşdıqca fərqli manipulyasiyalara cəhd edir və ictimai şüuru yanıltmağa çalışır. Bir müddət öncə “vahid namizəd”lə prezident seçkilərində “mübarizə” aparacaqlarını, seçkilərdə mütləq iştirak edəcəklərini deyən qondarma qurumun “başbilən”ləri indi fərqli bəyanatlar səsləndirirlər. Belə ki, reneqat Eldar Namazov qeyd edib ki, əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, “Milli şura” seçkiləri boykot edəcək. Beləliklə, xoruzun quyruğu aydın görünür...
Xaos yaratmaq və ictimai-siyasi sabitliyi pozmaq cəhdləri
Reneqatın son açıqlaması öz növbəsində bir neçə gerçəklikdən xəbər verir. Birincisi, onların məqsədi ölkəmizdəki demokratik mühitə kölgə salmaq, Azərbaycanın pozitiv imicinə xələl gətirməkdir. Görünən odur ki, xalqın etimadını heç cür qazana bilməyən və fəaliyyətini qərəzli xarici dairələrin dağıdıcı maraqlarının təmin olunması missiyası üzərində quran autsayderlər son zamanlar, özəlliklə də prezident seçkiləri ərəfəsində Azərbaycanda xaos yaratmaq, təkmil struktur elementlərinə malik olan və möhkəm əsaslara söykənən siyasi sistemin sabitliyini sarsıtmaq üçün ən müxtəlif metodlara istinad edir və ölkədə antaqonist proseslərin əsasını qoymağa çalışırlar. İctimai şüuru manipulyasiyaya məruz qoymağa çalışan antimilli ünsürlər ümummilli mənafeyi, milli təhlükəsizliyi özlərinin və onları himayə edən anti-Azərbaycan dairələrin maraqlarına qurban vermək üçün xüsusi canfəşanlıq edirlər.
“Milli şura”nın “boykot” variantı əvvəlcədən gündəmdə idi
İkincisi, bu açıqlama növbəti dəfə ona dəlalət edir ki, “Milli şura”nın “boykot” variantı əvvəlcədən gündəmdə idi. Çünki qondarma qurumun çətiri altında yığışanlar əvvəlcədən bilirdilər ki, vergi qaçaqçısı, ikili vətəndaşlığı və anti-Azərbaycan dairələr qarşısında öhdəlikləri olan, konstitusion əsasda namizədliyinin qeydə alınmasına müəyyən hüquqi maneələrin olduğu bir şəxsin namizəd olması qeyri-müəyyən və qeyri-realdır. Ona görə də, reneqat Eldar Namazovun timsalında indidən “boykot” variantı gündəmə gətirilir. Əlbəttə ki, son məqsəd, qeyd etdiyimiz kimi, demokratik mühitə kölgə salmaqdır.
“Milli şura” tarixin arxivinə doğru...
Beləliklə, görünən odur ki, milli maraqlara zidd mövqe sərgiləyən bu qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə bu qondarma qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Yeri gəlmişkən, bəhs olunan qondarma qurumlarda birləşən autsayderlərin son açıqlamaları göstərir ki, “El” hərəkatının, “İctimai palata” adlı qurumun ardınca Rüstəm İbrahimbəyovun “Milli şura”sı da tarixin arxivinə yollanır. Dolayısıyla, əvvəllər “Milli şura” “ideya”sını dəstəkləyən antimilli və radikal ünsürlər hazırda fərqli mövqe nümayiş etdirirlər və bu, düşərgə daxilində isterika ilə qarşılanmaqdadır.
Dağıdıcı və təxribatçı cəhdlər heç bir nəticə verməyəcək
Bir məqama xüsusi diqqət yetirmək lazımdır ki, ölkəmizdəki demokratik mühitin üzərinə kölgə salmağa cəhd edən yararsızlar klubu - “Milli şura”nın timsalında rast gəlinən bu cür cəhdlər və hallar Azərbaycanda təşəkkül tapmış möhkəm ictimai-siyasi sabitliyə zərrə qədər təsir etməyəcək. Çünki həyata keçirilən rasional daxili və xarici siyasət kursunun qanunauyğun nəticəsidir ki, bu gün Azərbaycan ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında yer alır. Ölkəmizdə bütün sahə və sektorların dinamik inkişafına təkan verən mühüm amillərdən biri olmaq etibarilə ictimai-siyasi sabitlik həm də milli təhlükəsizliyin strateji qarantı qismində çıxış edir. Həmçinin, mövcud demokratik, plüralist şərait, eyni zamanda, möhkəm əsaslara söykənən xalq-iqtidar birliyi bu cür antimilli ünsürlərin dağıdıcı və təxribatçı cəhdlərini nəticəsiz qoyacaqdır...

Paylaş:
Baxılıb: 1255 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30