Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

27.05.2021 [09:23]

Mübariz Abdullayev

Artıq neçə vaxtdır ki, okeanın o tayında “lövbər” salan Qubad İbadoğlu son zamanlar sosial şəbəkələrdə fəallığını artırıb. Ancaq yeri gəldi-gəlmədi “iqtisadçı-alim” olduğunu dilə gətirən Q.İbadoğlunun bu fəallığı heç də yaxşı mənada diqqət çəkmir. Qərəzçilik, populyarlıq qazanmaq üçün ucuz manipulyasiya cəhdləri Q.İbadoğlunun paylaşımlarından qırmızı xətt kimi keçir. Deyilənləri təsdiqləmək üçün uzağa getmək lazım deyil. Belə ki, Q.İbadoğlu öz dəst-xəttinə son paylaşımlarında da sadiq qalıb. Azərbaycan hakimiyyətini tənqid etmək üçün arqumentsiz qalan “iqtisadçı alım” yenə də yalana güc verir. Bu dəfə biz Azərbaycan hökumətinin sosial siyasətini hədəfə alan Q.İbadoğlunu pensiyaçıların, əhalinin müavinət alan təbəqəsinin, qazilərimizin yalançı təəssübkeşi qiyafəsində görürük. “İqtisadçı-alim” kimlərinsə pensiyalarının, müavinətlərinin verilməsinin dayandırılmasını iddia edir, ancaq bir dənə də olsun, belə fakta istinad etmir. Məsələn, Qubad İbadoğlu iddia edir ki, ölkəmizin neft və qaz gəlirlərinin artması fonunda vətəndaşlara pensiyaların və müavinətlərin təyin olunmasında zamanında hansısa bir səbəbdən yol verilmiş pozuntuların aradan qaldırılmasına lüzum yoxdur. Görəsən, Qubad İbadoğlu cəmiyyətə nəyi təlqin etməyə çalışdığının fərqindədirmi? Bəli, Azərbaycan hökuməti ölkə həyatının bütün sahələrində şəffaflığın artırılması, neqativliklərin aradan qaldırılması üçün ardıcıl və məqsədyönlü tədbirlər görür. O cümlədən də yeni yanaşmaların və mütərəqqi mexanizmlərin tətbiqi yolu ilə zamanında kimlərəsə pensiyaların və yaxud müavinətlərin təyinatında yol verilmiş səhvlər aradan qaldırılır.
Bütün bunlara rəğmən Qubad İbadoğlunun manipulyasiya cəhdləri, danışdığı yalanlar ona başucalılıq gətirmir. Azərbaycanın sosial siyasətinin əhatə dairəsi kifayət qədər genişdir. Aşağıda sadalayacağımız faktlar “iqtisadçı alim”ın söylədiklərində həqiqət payının heç bir faiz də olmadığını təsdiqləyir. Verilən rəsmi statistikaya əsasən, 2021-ci ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0 faiz və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib. Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.
Respublikamızda postmüharibə dövründə reallaşdırılan geniş sosial dəstək paketi də Azərbaycan dövlətinin öz vətəndaşlarının rifahı ilə bağlı məsələlərə kifayət qədər həssas yanaşma sərgilədiyini təsdiqləyir. Prezident İlham Əliyevin tapşırığına əsasən, postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailə üzvləri, qazilər, müharibə əlilləri, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı icra olunan sosial dəstək tədbirləri artıq 21 mindən çox şəxsi əhatə edib.

Paylaş:
Baxılıb: 561 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Qubad İbadoğlu öz ampluasında...

Ölkəmizin Vətən müharibəsində...

17.03.2021 [09:19]

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30