Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sevinc Osmanqızı yenə də Ermənistanın müdafiəçisi rolunda...

Sevinc Osmanqızı yenə də Ermənistanın müdafiəçisi rolunda...

13.04.2021 [09:00]

Pərviz Sadayoğlu

Azərbaycan dövlətinin 44 günlük müharibədəki qalibiyyəti, eləcə də sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdəki nüfuzunun artması və digər reallıqlar istər xaricdəki ermənipərəst qüvvələrin, istərsə də onların ölkə daxilindəki əlaltılarının ciddi narahatlığına səbəb olur. Bunun nəticəsidir ki, hər zaman ölkəmizə qarşı düşmən mövqeyi nümayiş etdirən radikal müxalifət və onların xaricdəki uzantıları Azərbaycan əleyhinə aparılan çirkin kampaniyaların tərkib hissəsinə çevrilirlər. Bu mənada, xüsusi canfışanlıq edən ermənipərəst Sevinc Osmanqızı açıq şəkildə Ermənistanı təbliğ edir, hazırda xaosun, siyasi böhranın hökm sürdüyü, qanunsuzluğun baş alıb getdiyi işğalçı dövlətin müdafiəçisi rolunu oynayır. O, “Ermənistanda vəziyyət əladır” kimi bir mənzərə formalaşdırmağa cəhd göstərir.
Bununla bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə bölgədə yeni reallıqlar yaratmaqla yanaşı, Ermənistan ilə Azərbaycan arasındakı fərqləri də açıq şəkildə üzə çıxardı: “Həm radikal müxalifət, həm də onun xaricdəki uzantıları məhz milli birliyimiz və həmrəyliyimizdən narahatdırlar. Bu səbəbdən də bəzi qərəzli fikirlərlə gündəmə gəlməyə çalışan, Ermənistanı müdafiə etmək istəyən, ermənipərəst mərkəzlərin sifarişlərini həyata keçirən radikal müxalifət və onların əlaltıları yeni yalanlar uydurmaq məcburiyyətindədirlər. 44 günlük Vətən müharibəsindəki qələbəmiz Ermənistanın ordusunu sıradan çıxartmaqla yanaşı, oradakı özbaşınalıqları, siyasi çəkişmələri, hətta repressiyaları da bütün dünyaya nümayiş etdirdi. Bu gün Ermənistanda fərqli fikrə görə insanlar açıq şəkildə təqib olunurlar. Təəssüf ki, radikal müxalifət adlanan antimilli kəsim isə bunu gizlətmək, Ermənistanı müdafiə etmək üçün min bir yola baş vurur. Bu fakt onların milli maraqlardan uzaq düşdüyünü, erməni təbliğatının bir hissəsinə çevrildiyini növbəti dəfə təsdiqləyir”.
Milli Məclisin deputatı İlham Məmmədov da bildirib ki, radikal müxalifətin istər müharibə dövründə, istərsə də noyabrın 10-dan sonra sərgilədiyi davranış təsadüfi deyil. Millət vəkilinin fikrincə, dağıdıcılar bu gün də apardıqları çirkin kampaniyalarla ermənipərəst mərkəzlərə xidmət etdiklərini aşkar şəkildə ortaya qoyurlar: “Ermənistanı müdafiə etməyə çalışanların ermənipərəst dairələr tərəfindən maliyyələşdirildiyi, onlara sifarişlərin məhz həmin dairələrdən ötürülməsi heç kimə sirr deyil. Radikal müxalifət məhz ölkəmizin qələbəsinə qarşı olan qüvvələrin tezislərini səsləndirirdi. Müharibə dövründə Azərbaycan Ordusuna qarşı şər-böhtan səsləndirənlər bu gün utanmadan öz fəaliyyətlərini davam etdirir, xalqımızın milli birliyinə zərbə vurmağa niyyətlənən ermənipərəst dairələr tərəfindən məqsədli şəkildə fəallaşdırılırlar. Amma ölkəmizdəki xalq-dövlət birliyi bu cür ünsürlərin çirkin niyyətlərinin reallaşmasına imkan vermir”.

Paylaş:
Baxılıb: 375 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30