Sevinc Osmanqızının düşmən xislətli nağılları
17.02.2021 [09:13]
Mübariz Abdullayev
Sevinc Osmanqızı. Azərbaycan cəmiyyəti onu çox yaxşı tanıyır. Çünki o, xaricdəki ermənipərəst mərkəzlərin sifarişi ilə ölkəmizi hədəfə alan “sapı özümüzdən olan balta”lardan biridir. Bir neçə il öncə hansısa “sehirli əl”in köməyi ilə bir göz qırpımında dərələrdən, təpələrdən, göllərdən, çaylardan keçərək özünü okeanın o tayına çatdıran Sevinc Osmanqızı artıq neçə vaxtdır ki, öz adını verdiyi internet televiziyası açıb. O, buraya tez-tez qonaqlar çağırır və bir növ “nağıl axşamları” düzənləyir. Bircə dəfə dinləmək kifayət edir ki, bu nağılların kimlərin, yaxud hansı məkrli qüvvələrin sifarişi ilə ərsəyə gəldiyini anlayasan. Çünki onu və qonaqlarının dinləyəndən sonra qeyri-ixtiyari olaraq bizə düşmən olan ölkənin - Ermənistanın KİV-nin yazdıqları göz önünə gəlir. Çünki hər ikisində məzmun, hədəf və məqsəd eynidir-Azərbaycana qara yaxmaq. Bir sözlə, Azərbaycan Ordusunun qələbəsindən sonra düşmən ölkənin mətbuatı da ölkəmizə, xalqımıza hücum çəkir, Sevinc Osmanqızının internet televiziyası da!
Yeri gəlmişkən, Sevinc Osmanqızının son “nağıl axşamları”ndan biri neft-qaz mövzusunda idi. Belə ki, onun özü və qonaqları Azərbaycanın neft gəlirlərinin guya səmərəli istifadə edilmədiyi iddiasını səsləndirməklə kifayətlənməyərək, ölkəmizi indiki dövrdə enerji sektorunun inkişafına diqqət ayırdığına, transmilli şirkətlərlə əməkdaşlığı davam etdirdiyinə, Xəzərdəki yeni yataqların işlənməsi ilə bağlı müqavilələr imzaladığına görə qınamaqdan da çəkinmədilər. Necə deyərlər, ölkəmizə, xalqımıza qarşı düşməndən artıq düşmənlik etmək üçün əllərindən gələni etdilər.
Bu dağıdıcı ünsürlərin düşmən xisləti öz yerində, amma sadəcə bəzi məqamları xatırlatmaqla onların iddialarının nə qədər dəyərsiz və absurd olduğunu isbatlayaq. Yəni Sevinc Osmanqızının və qonaqlarının iddialarının əksinə olaraq bildirək ki, nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarından da bəlli olduğu kimi, Azərbaycan neft gəlirlərindən lap əvvəldən səmərəli şəkildə bəhrələnən ölkələr sırasında yer alır. Respublikamızda ötən dövrdə böyük həcmlərdə neft gəlirləri insan kapitalının formalaşdırılmasına yönəldilib. Neft gəlirlərinin önəmli bir hissəsi mühüm sosial layihələrin icrasında istifadə olunub. O cümlədən rifah cəmiyyətinin qurulması, həssas qruplardan olan insanların sosial müdafiəsi davamlı olaraq diqqət mərkəzində saxlanılıb. Pandemiya dövründə təxminən ölkə əhalisinin yarısını əhatə edən sosial proqramın reallaşdırılması buna misaldır.
Ölkəmizdə neft gəlirlərinin məqsədyönlü şəkildə yönəldildiyi digər bir prioritet istiqamət isə iqtisadiyyatın qeyri-neft sektoru olub. Bütün dünya ölkələrinin iqtisadiyyatları üçün ciddi çətinliklərin yarandığı 2020-ci ildə Azərbaycanda qeyri-neft sənayesinin 12 faizdən çox artması respublikamızda aparılan siyasəti təcəssüm etdirir. Sevinc Osmanqızına daha bir xatırlatma: Azərbaycan işğaldan azad olunan ərazilərini məhz “yaşıl iqtisadiyyat”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bərpa etmək və bu konsepsiyaları digər regionlarda da reallaşdırmaq niyyətini bildirib.
Beləliklə, Azərbaycanın siyasəti xalqımızın mənafeyinə, mövcud reallığa, müasir çağırışlara və gələcəyə hesablanan siyasətdir. Ermənipərəst mərkəzlərin buyruq qulu olan Sevinc Osmanqızına isə məsləhət görərdik ki, düşmən xislətli nağıllarına son versin.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39