Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikalların yalanlar seriyası...

Radikalların yalanlar seriyası...

26.01.2021 [09:00]

Pərviz Sadayoğlu

Radikal müxalifət düşərgəsinin Vətən müharibəsində əldə etdiyimiz qələbəyə qarşı apardığı antimilli kampaniyanın fiaskoya uğraması onları başqa yollara baş vurmağa vadar edib. Yəni növbəti dəfə cəmiyyətin haqlı qınağına tuş gələn radikal ünsürlər yeni mövzular axtarışına çıxıblar. Əslində, tapdıqları “mövzu” da yeni deyil. Belə ki, AXCP sədri Əli Kərimlinin ardından digər antimilli şuraçılar da sosial şəbəkələrdə yalanlar səsləndirməyə başlayıblar. Məsələn, antimilli şuranın fəallarından sayılan Gültəkin Hacıyeva utanmadan öz dəstəbaşçısı Əli Kərimlinin yalanlarını “daha da inkişaf etdirərək” ölkədə şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi üçün atılan addımları öz adlarına çıxmağa cəhd göstərir.
Bu məqamda bildirmək yerinə düşər ki, ötən il Prezident İlham Əliyev şəhid ailələrinin, Vətən müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə hesablanan bir sıra sənədlər imzalayıb. 2020-ci ilin dekabrında təsdiq olunmuş yeni sosial dəstək paketinə əsasən, şəhid ailələrinə və 20 Yanvar şəhidlərinin ailələrinə verilən aylıq müavinətlər 300 manatdan 500 manatadək artırılıb. Həmçinin “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” üçün aylıq Prezident təqaüdü 1500 manatdan 1800 manata qalxıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə aylıq 2 min manat ödənilməsi qərarı verilib. Bundan başqa, əlillik dərəcəsinə görə verilən müavinətlər 40 faiz artırılıb. Müvafiq katiqoriyadan olan insanların sosial rifahının yüksəldilməsinə xidmət edən bu addımlar vətən uğrunda döyüşənlərə verilən yüksək dəyərin göstəricisidir. Bir sözlə, antimilli şurada ermənipərəst dairələrin xidmətçiliyini yerinə yetirənlərin iddiasının əksinə olaraq bu cür addımların atılması heç də onların, yəni radikalların istəyini nəticəsi deyil.
Digər tərəfdən, Əli Kərimli, Gültəkin Hacıyeva, Cəmil Həsənli və digərlərinin istər aktiv döyüşlərin davam etdiyi dövrdə, istərsə də postmüharibə dövründəki mövqeləri və fəaliyyəti hər kəsə bəllidir. Yəni, müharibə dövründə xalqın, ordunun, dövlətin yanında yer almayan, özünü siyasi birlikdən, həmrəylikdən kənarda saxlayan, hətta ermənilərə qarşı siyasi partiyaların birgə bəyanatına imza atmaqdan boyun qaçıran, müharibədən sonra isə ordunun, əsgər və zabitlərimizin fədakarlığını, ərazi bütövlüyümüzün təmin olunmasını şübhə altına almağa çalışan radikalların gerçək üzləri, o cümlədən onların bu dəfə də qırmızı yalan danışdıqları hər kəsə bəllidir. Hər kəs yaxşı bilir ki, ölkəmizdə istər şəhid ailələrinin, istərsə də müharibə veteranlarının sosial rifahının yüksəldilməsi üçün davamlı olaraq həyata keçirilən tədbirlər dövlətin apardığı siyasətin mühüm tərkib hissəsidir. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib və bu proses davam etdirilir. Eləcə də yaralı hərbçilər dövlət tərəfindən qayğı ilə əhatə olunub, əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapır. Və müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi yüksək orden və medallarla təltif edilib.
Bütün bunların fonunda sentyabrın 27-dən noyabrın 10-na kimi ermənipərəst mərkəzlərin “xətrinə dəyməmək” üçün xalqın haqq savaşında həmrəylik nümayiş etdirməyənlərin əsassız iddiaları bir daha onların hansı xislətə malik olduğunu göstərir.

Paylaş:
Baxılıb: 344 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31