Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə satan Xalq Cəbhəsinin xəyanətkar əməlləri torpaqlarımızın işğalına yol açdı

Hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə satan Xalq Cəbhəsinin xəyanətkar əməlləri torpaqlarımızın işğalına yol açdı

30.06.2020 [09:24]

Pərviz Sadayoğlu

Ötən 27 ildə öz xain xislətindən əl çəkməyən bu antimilli ünsürlər xalqmıza qarşı düşmənçilik mövqeyini davam etdirərək neftin qiymətinin düşməsinə sevinir, Azərbaycanda vəziyyətin pisləşməsini arzulayırlar
Düşünülmüş və məqsədyönlü siyasət nəticəsində uğurla inkişaf edən Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevirib. Bu gün ölkəmizin əldə etdiyi uğurlar beynəlxalq qurumlar tərəfindən də xüsusi olaraq qeyd edilir, yüksək qiymətləndirilir. Bütün bunlar dostlarımızı nə qədər sevindirirsə, düşmənlərimizi-Ermənistanı və xarcidəki ermənipərəst mərkəzləri, o cümlədən bu mərkəzlərin buyruq qulu olan daxilimizdəki dağıdıcı, antimilli ünsürləri o qədər məyus edir. Antimilli ünsürlərdən söz düşmüşkən, “müxalifətçilik” anlayışını Azərbaycan xalqına və dövlətimizə qarşı düşmənçiliklə səhv salan bu dağıdıcılar hər zaman olduğu kimi, hazırda da öz xislətlərindən əl çəkmirlər.
Əslində, bu dağıcı ünsürlərin kimliyi, siyasi siması Azərbaycan xalqına yaxşı tanışdır. 1990-cı illərin əvvəlində ölkəmizi uçuruma sürükləyən, torpaqlarımızın ermənilər tərəfindən işğal olunmasına şərait yaradan radikallar hansı amala xidmət etdiklərini xalqa nümayiş etdirmişdilər. Qeyd edildiyi kimi, vaxtilə siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələrə əl atan bu dağıdıcı ünsürlər bu yolda hətta suverenliyimizi belə təhlükə altında qoymaqdan çəkinməmişdilər. Məhz onların xəyanətkar fəaliyyəti nəticəsində Dağlıq Qarabağın strateji nöqtələri-hansı ki, heç bir zaman işğal oluna bilməzdi, ermənilər tərəfindən ard-arda ələ keçirildi. Xatırladaq ki, həmin dövrdə Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi və nə olursa-olsun, hakimiyyətə gəlmək istəyən Azərbaycan Xalq Cəbhəsi bu yolda bütün xəyanətlərə əl atırdı. Məhz özündən əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atan, Şuşanı ermənilərə təhvil verən AXC hakimiyyətinin bu əməli xalqa qarşı ən böyük cinayətlərdən idi. Beləliklə, onlar hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə satdılar. Məhz 1992-ci ilin mayında Şuşa və Laçın işğalından sonra qanunsuz yollarla hakimiyyəti zəbt edən Xalq Cəbhəsi ölkəni dağıtmağa başladı. Bu hakimiyyətin səriştəsizliyi, xəyanəti nəticəsində torpaqlarımızın işğalı ilə yanaşı, ölkədə kütləvi talançılıq, rüşvətxorluq, oğurluq baş alıb getdi. 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etməsi isə xalqın səbr kasasını doldurdu.
Yeri gəlmişkən, iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışındakı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə də toxunan Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb: “Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü. Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi”.
Onu da vurğulayaq ki, müstəqilliyimizin ilk illərində hakimiyyətə gəlmək üçün Şuşanı ermənilərə satan bu ünsürlər ötən 27 ildə də xəyanətkar fəaliyyətlərindən əl çəkməyiblər. Heç bir sosial dayağa, elektorata malik olmayan bu marginal qruplar illərdir ki, xalqın, dövlətin əldə etdiyi nailiyyətlərə sevinmir, əksinə qazanılan uğurlara kölgə salmaq üçün bütün gücünü səfərbər edən, onlara himayədarlıq edən anti-Azərbaycan, ermənipərəst dairələrin irəli sürdükləri direktivləri, verdikləri sifarişləri sözsüz yerinə yetirirlər. Bu radikal ünsürlər o dərəcədə düşmən mövqedən çıxış edirlər ki, gecə-gündüz Azərbaycanda vəziyyətin pisləşməyini arzulayırlar. Heç uzağa getməyək, dünya bazarında neftin qiymətinin 14 dollara düşməsinə bir Ermənistan, bir də özünü müxalifət adlandıran radikal ünsürlər, antimilli “şura” sevinirdi.
Beləliklə, bütün bunlar bir daha radikalların gerçək mahiyyətini tam çılpaqlığı ortaya qoyur. Öz cılız maraqları naminə düşməndən mədət uman, “Azərbaycan dövləti üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır” təfəkkürü ilə yaşayan bu antimilli ünsürlərin “fəaliyyət”i isə biz bir atalar sözünü xatırladır: qozbeli qəbir düzəldər.

Paylaş:
Baxılıb: 266 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31