Ana səhifə »  Müəlliflər »  Pandemiya şəraitində Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsi, “beşinci kolon”un və radikal müxalifətin davranışı isə elə koronavirussayağıdır
A+   Yenilə  A-
Pandemiya şəraitində Azərbaycan polisinin fəaliyyəti böyük fədakarlıq nümunəsi, “beşinci kolon”un və radikal müxalifətin davranışı isə elə koronavirussayağıdır
Yazdı: Hikmət BABAOĞLU

Dünyanın 200-dən çox ölkəsində yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyası bir çox dövlətin ciddi sosial-iqtisadi və səhiyyə problemləri ilə qarşı-qarşıya qalmasını şərtləndirib. Diqqət etsək, görərik ki, pandemiya ilə mübarizə strategiyasını düzgün müəyyənləşdirən dövlətlər minimum itkiyə məruz qalıblar, vətəndaşların rifahı və sağlamlığının qorunmasına mümkün qədər nail olmağı bacarıblar.
Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsi cəlbedici nümunə kimi diqqət mərkəzində...
Bu kontekstdə Azərbaycan təcrübəsi də cəlbedici nümunə kimi diqqət mərkəzindədir. Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan önləyici tədbirlər almaqla çox nümunəvi bir təcrübə əldə etməyi bacarıb. Dünyanın bir sıra inkişaf etmiş ölkələri ilə müqayisədə Azərbaycanda daha ciddi uğurlar əldə olunub və ölkəmiz bu virusun yayılmasının total xarakter almasının qarşısını ala bilib.
Ümumiyyətlə, ölkəmizdə pandemiya şəraitində istər əhalinin sağlamlığının qorunması, istərsə də sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər həm vətəndaşlar tərəfindən, həm də beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə yer almış məlumatda da ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, ÜST-lə əməkdaşlıq təqdir olunub. Təşkilatın ekspertləri qeyd ediblər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən dövlətlərdən biridir. Bununla yanaşı, ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus dəfələrlə ölkəmizdə pandemiyaya qarşı görülən işləri yüksək qiymətləndirib və bu sahədə Azərbaycanın nümunəvi ölkə kimi qəbul edildiyini bəyan edib.
Koronavirusla mübarizə milli təhlükəsizlik məsələsi kimi ciddi fərdi məsuliyyət və ictimai həmrəylik tələb edir
Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və qlobal səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. ÜST-ün yaydığı cari və operativ məlumatlara nəzər saldıqda görürük ki, bir sutkada dünyada COVID-19-a yoluxma sayı 130 mindən çox olmaqdadır. Pandemiya qurbanlarının ümumi sayı isə artıq 400 mini ötüb. Beləliklə, təhlükə qalmaqda və insanların həyatını, sağlamlığını təhdid etməkdədir. Belə bir şəraitdə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir şəxsin vətəndaş məsuliyyəti ilə hərəkət etməsi, yəni ictimai dəstək mexanizminin formalaşdırılması strateji əhəmiyyətə malikdir.
Ölkəmizdə isə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib. Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət edilməməsi fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır.
Nəzərə almaq lazımdır ki, bu, milli təhlükəsizlik məsələsi olduğuna görə, ilk növbədə, milli həmrəylik, ictimai məsuliyyət tələb edir. Yəni hər bir fərd müəyyən olunmuş konkret qaydaların - atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, anlayışlı yanaşma nümayiş etdirməlidir. Bir sözlə, cəmiyyətin ortaq maraqları üçün bütün qaydalara ciddi əməl edilməlidir.
Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir
Qeyd etdiyimiz kimi, dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislər, həkimlər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olurlar. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Onlar vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atırlar. Sosial şəbəkələrdə izlədiyimiz görüntülərdə əks olunduğu kimi, Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların da köməyinə çatır, onlara yardım əli uzadır, humanist davranışları ilə həm də milli həmrəyliyə töhfələrini vermiş olurlar. Bütün bunlar isə vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.
Sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməzdir
Karantin rejimi çərçivəsində həftə sonu tətbiq olunan qapanma şəraitində - evdən çıxma qadağasının qüvvədə olduğu iki gün ərzində də polis fədakar fəaliyyət göstərib, qarşısına qoyulan vəzifələri yüksək səviyyədə icra edib. Lakin təəssüflər olsun ki, bəzi hallarda sosial şəbəkələrdə polisin fəaliyyətinə kölgə salmaq məqsədilə əsassız iddiaların irəli sürülməsinin şahidi olduq. Xüsusilə də, radikal müxalifət düşərgəsinin sabotajla məşğul olaraq karantin rejimi çərçivəsində görülmüş işlərlə bağlı manipulyativ informasiyalar yaymaq, vətəndaş-dövlət münasibətlərində etimadsızlıq mühiti yaratmaq cəhdləri müşahidə edilir. Onlar sosial izolyasıya qaydalarının tətbiqini internet resurslarından və sosial şəbəkələrdən istifadə etməklə ictimai rəyə fərqlə formada təqdim etməyə çalışırlar. Hətta insanların sağlamlığının qorunması naminə atılan addımları “azadlıqların məhdudlaşdırılması” kimi göstərmək cəhdləri var. Bu, tamamilə manipulyativ yanaşmadır, çünki sosial özünütəcrid vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə atılan addımdır. Təbii ki, hazırkı pandemiya dövründə ictimai maraqlarımızın tələb etdiyi karantin rejiminin tələblərinin bu cür manipulyasiya edilməsi ümumi mənafelərimizə qarşı atılmış təhlükəli addım kimi qiymətləndirilməlidir: Ona görə də bu cür hərəkətlər ictimai rəy tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilməlidir.
Bütövlükdə, sosial şəbəkələr vasitəsilə Azərbaycan polisinə qarşı “qara piar” kampaniyası təşkil etmək, onun fədakar və uğurlu fəaliyyətinin üzərinə kölgə salmaq milli maraqlara qarşı yönəlmiş davranış kimi yolverilməz və qəbulolunmazdır!
Dezinformasiya yaymaq ictimai və hüquqi məzmuna malik olan məsələ kimi informasiya təhlükəsizliyinə təhdid yaradır
Hər şeydən əvvəl unutmaq olmaz ki, tətbiq olunan qaydalar təkcə dövlət orqanları deyil, ümumilikdə bütün cəmiyyət, fərdi qaydada hər bir vətəndaş qarşısında ciddi məsuliyyət müəyyənləşdirir. Ən əsası isə, kütləvi informasiya vasitələri, fəal sosial şəbəkə istifadəçiləri məsuliyyətli, həssas və diqqətli olmalı, ajiotaja, sosial təşvişə xidmət edən, eləcə də müvafiq hüquqi məsuliyyət doğuran yalan, dezinformasiya xarakterli məlumatların yayılmasına rəvac verən davranışlara yol verilməməlidir. Çünk bu məsələlər ictimai və hüquqi məzmuna malik olmaqla həm də cəmiyyətimiz və dövlət üçün informasiya təhlükəsizliyi məsələsidir.
Nəticə etibarilə, milli maraqlar ətrafında birləşmiş hər bir şəxs bu cür hallara qarşı mübarizə aparmalıdır. Müvafiq dövlət strukturlarının hüquq müstəvisində həyata keçirdiyi tədbirlərlə yanaşı, fərd olaraq xalqın təhlükəsizliyi, əhalinin sağlamlığı naminə həyata keçirilən tədbirlərin əhəmiyyətini azaltmaq, yaxud görülən işlərin üzərinə kölgə salmaq məqsədilə sosial şəbəkələrdə aparılan çirkin təbliğatın qarşısını həm də ictimai qınaq vasitəsilə almalıyıq.
“Beşinci kolon”un və radikal müxalifətin koronavirussayağı davranışı
Əslində, ölkəmizdə siyasi-ideoloji müstəvidə və informasiya məkanında da təxminən koronavirusa bənzər davranış nümayiş etdirən qruplaşmalar var. Onlar ictimai rəyi maniupulyasiyaya məruz qoymaq məqsədilə daha çox insani radikal düşüncələrə yoluxdurmaq, Azərbaycanın milli maraqlarına qarşı yönləndirmək üçün siyasi platformada elə koronavirus infeksiyası kimi hərəkət edirlər.
Ümumiyyətlə, karantin rejiminin tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətdir. Özünün, cəmiyyətin və bütövlükdə xalqının sağlamlığını düşünən, məsuliyyət hissi daşıyan hər bir şəxs bu qaydalara əməl etməyə borcludur. Dünyanın heç bir yerində nə sosial şəbəkələrdə, nə müxalifətin gündəliyində koronavirusla mübarizə çərçivəsində görülən inzibati xarakterli tədbirlər qınanılmır. Çünki normal müxalifət bu cür tədbirlərdən siyasi qazanc əldə etməyə cəhd göstərmir, onu siyasi əxlaq və məsuliyyət baxımından qəbuledilməz sayır. Çox təəssüf ki, Azərbaycanda “beşinci kolon” nümayəndələri, radikal qruplaşmalar bu cür hərəkətlərlə yol verirlər . Bir daha görünür ki, həmin marginal qruplar siyasətdə nə qədər qeyri-əxlaqi metodlardan istifadə edirlər. Əlbəttə ki, bu, Azərbaycan cəmiyyəti tərəfindən ikrah hissi ilə və ciddi qınaqla qarşılanır.
Nəticə etibarilə, şübhəsiz ki, “beşinci kolon”un bu cür cəhdləri heç bir nəticə verməyəcək, onlar, sadəcə, növbəti dəfə özlərini ifşa etmiş olacaqlar. Azərbaycan xalqı koronavirusla mübarizədə uğurlar əldə etdiyi kimi, radikal qruplaşmaların dağıdıcı fəaliyyətinə qarşı da həmişə olduğu kimi, uğur qazanacaqdır.
Hikmət BABAOĞLU
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı

 
  • Oxunub:  5370  |  
  • Tarix:  09-06-2020  |  
  •    Çap et   |  
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar

13 İyun 18:46
Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri bəyanatla çıxış ediblər
13 İyun 18:17
Hikmət Hacıyev: Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq
13 İyun 18:14
Heydər Əliyev Mərkəzinin üzərində “Avro-2020”nin iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib
13 İyun 17:23
Xarici diplomatlara Ağdamda aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verilib
13 İyun 16:32
Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub
13 İyun 16:25
Ermənilər Ağdamı tərk etməmişdən qabaq mal-qara saxladıqları Qiyaslı məscidini yandırıblar
13 İyun 16:22
Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığı bölgənin barış, sülh və sabitliyinin təminatıdır
13 İyun 16:08
Xarici diplomatlar Ağdamda Dağüstü parkın salınacağı ərazidə və Şahbulaq qalasında olublar
13 İyun 15:44
Deputat: Minaların xəritələrinin verilməsi Ağdamda infrastruktur layihələrinin icrasını sürətləndirəcək
13 İyun 15:39
Hikmət Hacıyev: Ağdam regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
13 İyun 15:01
Xarici diplomatlar Ağdam Cümə məscidində namaz qılıblar
13 İyun 13:20
Xarici diplomatlar Ağdam rayonunda səfərdədirlər
13 İyun 13:16
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu ilə vida mərasimi keçirilib
13 İyun 13:11
Vüqar Rəhimzadə: Ağdam rayonu üzrə mina xəritələrinin Azərbaycana verilməsi Ermənistanın artıq yeni reallıqlarla barışmasının təsdiqidir
13 İyun 13:06
Baş nazir Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib
13 İyun 10:52
Mina xəritələrinin təhvil verilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur
13 İyun 10:46
Entoni Blinken: ABŞ saxlanılan 15 erməninin Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır
13 İyun 10:41
Şarl Mişel: Aİ Azərbaycan və Ermənistan arasında humanitar prosesi dəstəkləyir
13 İyun 10:38
Ağstafada 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı sərgi təşkil olunub
13 İyun 10:32
Deputat: Ermənistan bundan sonra heç vaxt dəyişməyəcək yeni siyasi-hərbi reallıqların fərqindədir
13 İyun 10:21
Deputat: Ermənistanın əksinə olaraq Azərbaycan regionda sülhün, humanitar təşəbbüslərin tərəfdarıdır
12 İyun 20:36
“Avro-2020”: Türkiyə millisi Bakıya gəlib
12 İyun 20:16
Ermənistanın Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritələrini təqdim etməsi Azərbaycan Prezidentinin qətiyyətli iradəsinin nəticəsidir
12 İyun 20:15
Deputat: Azərbaycanın mülki və hərbçi ermənilərə qarşı humanist davranışı Avropa Məhkəməsi tərəfindən də təqdir olunur
12 İyun 20:14
Şamil Ayrım: Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub
12 İyun 19:35
Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Uels-İsveçrə matçı keçirilib
12 İyun 19:03
Prezident İlham Əliyev günəş elektrik stansiyasının tikintisi üçün imzalanmış müqaviləni təsdiqləyib
12 İyun 18:49
XİN: Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib
12 İyun 18:17
Milli Məclisin sədri Azərbaycanda səfərdə olan Böyük Britaniya nümayəndə heyəti ilə görüşüb
12 İyun 18:10
Birləşmiş Krallığın siyasi-ictimai dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyət barədə məlumatlandırılıb
12 İyun 17:39
Prezident İlham Əliyev: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır
12 İyun 17:26
İyunun 12-də Azərbaycanda koronavirusa qarşı 40 min 844 doza vaksin vurulub
12 İyun 17:25
Prezident İlham Əliyev: Əgər Ermənistan sülh istəyirsə, onlar delimitasiya ilə bağlı bizimlə danışıqlara başlamalıdır
12 İyun 17:23
KOBİA beynəlxalq forumda təmsil olunub
12 İyun 17:21
Azərbaycanda koronavirus infeksiyasından daha 204 nəfər müalicə olunaraq sağalıb
12 İyun 17:20
Prezident: 10 noyabr tarixli birgə Bəyanat Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir
12 İyun 17:17
Politoloq: Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın tələbini rədd edən qərarı hüququn aliliyinə söykənir
12 İyun 16:32
“Zəfərin mübarək Azərbaycan” adlı sərgi açılıb
12 İyun 15:45
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Ankaraya səfəri başa çatıb
12 İyun 15:42
Siyasi ekspert: Avropa Məhkəməsinin Ermənistanın əsassız tələbini rədd etməsi bu qurumun Azərbaycanda hüququn aliliyinə olan etimadın göstəricisidir
12 İyun 15:22
Prezident İlham Əliyev on ölkənin Azərbaycanda yeni təyin olunmuş qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edib
12 İyun 13:56
Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
12 İyun 12:36
NTV telekanalının aparıcısı: Beynəlxalq ictimaiyyət haqlı mübarizəsində Azərbaycanın yanında olmalıdır
12 İyun 09:50
Misirli tədqiqatçı azərbaycanlı jurnalistlərin şəhid olması ilə bağlı fikirlərini bölüşüb
12 İyun 09:48
Kraliça II Elizabet “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşüb
12 İyun 09:43
Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini ilə görüşüb
12 İyun 09:41
Azərbaycanda şəhid ailələri, müharibə əlilləri dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunublar
12 İyun 09:39
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
12 İyun 09:38
“Sizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş keçirilib
12 İyun 09:35
COVID-19 xəstəliyinin müalicəsindən sonrakı dövrdə sağlam həyat tərzinə riayət etmək olduqca vacibdir
12 İyun 09:33
Ermənistanda 2008-ci ildə baş vermiş hadisələr təkrarlana bilər
12 İyun 09:30
Əli Kərimlinin Paşinyan sevgisi

11 İyun 21:17
“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

11 İyun 20:47
Bakı Ali Neft Məktəbi YAP-la birgə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirdi
11 İyun 20:04
Nizami Mönsümov: 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür
11 İyun 19:56
YAP Sumqayıt şəhər təşkilatında "Qurtuluşdan – Zəfərə" adlı elmi-praktik konfrans keçirilib
11 İyun 17:46
YAP Nərimanov rayon təşkilatında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” mövzusunda tədbir keçirilib
11 İyun 17:37
Malik Həsənov: Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir
11 İyun 17:24
“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəsətxanasında görüş keçirilib
11 İyun 17:21
Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan arasında tammiqyaslı saziş imzalanacaq
11 İyun 17:20
Dövlət Komitəsində Böyük Britaniya və Avstraliyadan olan nümayəndə heyəti ilə görüş keçirilib
11 İyun 17:19
“Avro-2020”: Uels yığması Bakıda İsveçrə ilə oyundan əvvəl son məşqinə çıxıb
11 İyun 17:15
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
11 İyun 16:58
“The Korea Post” qəzeti Kəlbəcərdə baş vermiş hadisədən yazıb
11 İyun 16:50
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur
11 İyun 16:40
Nazir Vilayət Eyvazov: Əminəm ki, gənc zabitlərimiz xalqa və dövlətə sədaqətlə xidmət edəcəklər
11 İyun 16:33
Rəcəb Tayyib Ərdoğan: Ərazilərin minalanması məsələsinin həllinə lazımi dəstəyi göstərəcəyik
11 İyun 16:32
YAP Qaradağ rayon təşkilatında müşavirə keçirilib
11 İyun 16:27
Əliabbas Salahzadə: Azərbaycan-Türkiyə birliyi dostluq və qardaşlıq nümunəsidir
11 İyun 16:24
Anar Məmmədov: 15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30
HAVA HAQQINDA