Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ən yüksək səviyyədə baş tutacaq

Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ən yüksək səviyyədə baş tutacaq

24.05.2019 [09:36]

Mübariz Abdullayev

Bəzi qərəzli dairələrin müxtəlif bəhanələrlə bu oyunun keçirilməsinə əngəl olmaq cəhdləri heç bir nəticə verməyəcək
Azərbaycanın paytaxtı Bakı növbəti dəfə böyük idman bayramına hazırlaşır. Xəbər verildiyi kimi, mayın 29-da Bakı Olimpiya Stadionunda Avropa Liqasının final oyunu keçiriləcək. Qarşılaşmada iki ingilis klubu - “Arsenal” və “Çelsi” üz-üzə gələcək.
Bəri başdan vurğulayaq ki, şəhərimizdə bundan əvvəl Azərbaycanın ev sahibliyi etdiyi bütün mötəbər beynəlxalq yarışlarda - Birinci Avropa, IV İslam Həmrəyliyi oyunlarında, “Formula - 1” Qran-Prisində və digər yarışlarda olduğu kimi, Avropa Liqasının final görüşünə də çox ciddi hazırlıq görülüb. Belə ki, Bakıda dünyanın böyük maraqla izləyəcəyi “Arsenal” - “Çelsi” derbisinin əsl idman bayramına çevrilməsi və tam təhlükəsizlik şəraitində keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilib. Necə deyərlər, şəhərimiz, bakılılar komandaları, fanatları ürəkgenişliyi ilə qarşılamaq, futbol azarkeşlərinə unudulmaz final sevincini yaşatmaq əzmindədir.
Bununla belə, Azərbaycanın uğurlarını həzm edə bilməyən, ölkəmizin beynəlxalq səviyyədə müsbət imicinin getdikcə daha da möhkəmlənməsinə qısqanclıqla yanaşan xaricdəki bəzi antimilli dairələr və onlarla koordinasiya olunmuş şəkildə fəaliyyət göstərərək aldıqları hər sifarişi can-başla yerinə yetirməyə çalışan radikal müxalifət düşərgəsinin təmsilçiləri hətta Avropa Liqasının final qarşılaşmasını da manipulyasiya predmetinə çevirməkdən çəkinməyiblər. Bəhs olunan dairələr 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və Bakının ev sahibliyi etdiyi digər belə mötəbər tədbirlər ərəfəsində dövriyyəyə buraxdıqları Azərbaycana qarşı “qara piar” ssenarisini bu dəfə Avropa Liqasının final oyununa sayılı günlər qaldığı bir vaxtda gündəmə gətiriblər. Heç bir əsası olmayan təxribat xarakterli iddiaların spektri isə hədsiz dərəcədə genişdir. İndiyədək səsləndirilən bəhanələr sırasında təhlükəsizliklə, ələlxüsus da “Arsenal”ın erməni əsilli futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyinin təmin olunması ilə bağlı iddialar xüsusi yer tuturdu. Azərbaycan tərəfi bununla bağlı birmənalı mövqe ortaya qoyaraq bildirdi ki, Bakıya gələcək bütün heyətlərin, o cümlədən də Henrix Mxitaryanın təhlükəsizliyinə tam təminat verilir. Sonuncunun və onun ailəsinin Bakıya gəlməkdən imtina etməsi isə məsələnin tamam başqa tərəfidir. Xatırlatmaq yerinə düşər ki, indiyədək Bakıda keçirilən beynəlxalq yarışlara qatılan erməni əsilli idmançıların təhlükəsizliyi ilə bağlı hər hansı bir problem yaşanmayıb.
Bu günlərdə isə bəzi dairələr “Arsenal” və “Çelsi” komandalarının ümumilikdə biletləri geri qaytaracaqları ilə bağlı xəbərlər dövriyyəyə buraxıb. Yerli portalların “The Times” nəşrinə istinadən yaydıqları xəbərdə bildirilir ki, “Arsenal” və “Çelsi” ümumilikdə 6000-dən çox bileti geri qaytaracaqlar, çünki komandalar müvafiq olaraq 3500 və 2000 bilet sata biliblər.
Qeyd edək ki, UEFA ümumilikdə klubların hər birinə 5800 bilet ayırıb ki, bu da finalın keçiriləcəyi stadionda yer tutumunun 10 faizini təşkil edir.
“Çelsi” və “Arsenal” klublarının satılmayan biletləri UEFA-ya qaytarmaları barədə yayılan xəbərlər bununla bağlı iddialara cavab vermək məcburiyyəti yaradır. Əvvəla, finalın Bakıda keçirilməsi qərarını UEFA verib. Əlbəttə, UEFA-nın bu qərarı heç də təsadüfi xarakter daşımır. Azərbaycan final qarşılaşmasının Bakıda keçirilməsi ilə bağlı müraciət edib və daha sərfəli təkliflər irəli sürdüyünə, digər namizədlərlə müqayisədə yarışın keçirilməsi üçün daha əlverişli şərait yaradacağına təminatlar verdiyinə görə seçilib. O başqa məsələdir ki, 2017-ci ildə heç kəs finalda iki ingilis komandasının üz-üzə gələcəyini ehtimal etmirdi. Finala Azərbaycana daha yaxın ölkələrin klubları da çıxa bilərdi.
Sözügedən xəbərlərdə belə bir iddia da yer alır ki, guya Bakıda hava limanının ötürücülük imkanları aşağıdır. Bəri başdan deyək ki, bu iddianın da heç bir əsası yoxdur. Çünki Heydər Əliyev Beynəlxalq Aeroportu hər gün minlərlə sərnişin qəbul edir və bu zaman heç bir problem yaşanmır.
Ümumiyyətlə, azarkeşlərin belə oyunların keçirildiyi ölkələrə getməsində həmişə müəyyən çətinliklər yaşanıb. Ancaq bu amil heç vaxt final qarşılaşmasının hansı ölkədə keçirilməsi ilə bağlı qərarın düzgün verilib-verilməməsi ətrafında indiki kimi ajiotaja səbəb olmayıb. Azarkeşlər yolun uzaqlığı, biletlərin qiymətinin baha olması və bu kimi digər çətinliklərə məhəl qoymadan sevdikləri komandanın oyununu tribunalardan izləmək və tarixi anlara şahid olmaq xoşbəxtliyini yaşamaq şansını heç vaxt əldən verməyiblər. Azərbaycan paytaxtında keçiriləcək final oyununa gəldikdə isə azarkeşlərin Bakıya gəlmələrini əngəlləməkdən ötrü hansısa ehtimal edilən təxribatlardan, ölkədəki qeyri-sabitlikdən, hava limanının imkanlarının guya məhdud olmasından və digər belə bəhanələrdən danışılır.
Ancaq yuxarıda bildirdiyimiz kimi, Azərbaycan ictimaiyyəti artıq belə bəhanələrlə ölkədə keçirilən mühüm tədbirləri gözdən salmaq cəhdlərinə alışıb və bu kimi iddiaları ciddi qəbul etmir. Yeri gəlmişkən, mayın 29-da Bakının Olimpiya Stadionunda keçiriləcək matç ilə bağlı müəyyən dairələrin məqsədli şəkildə dövriyyəyə buraxdıqları iddialar, əsassız söz-söhbətlər, vəziyyəti gərginləşdirmək cəhdləri beynəlxalq səviyyədə də birmənalı qarşılanmır. Məsələn, “Arsenal”ın ulduz futbolçusu Məsud Özil sosial şəbəkələrdə yaydığı hesabında Azərbaycan paytaxtına gəlməkdən məmnunluğunu ifadə edib. Böyük Britaniyanın “Metro” və “Evening Standard” nəşrlərinin redaktoru Custin Palmer həlledici qarşılaşmanın Bakıya salınması üçün narazılığına görə “topçular”ı tənqid edib. Belə nümunələrin sayı kifayət qədər çoxdur.
Deyilənlər bir daha təsdiqləyir ki, Bakının ev sahibliyi edəcəyi final qarşılaşması ilə bağlı qeyri-obyektiv, qərəzli iddiaların heç bir əsası yoxdur. Məqsədli şəkildə irəli sürülən bütün iddialara, kimlərinsə narazılıq və narahatlıq yaratmaq, müxtəlif bəhanələrlə Bakıda möhtəşəm oyunun keçirilməsinə əngəl olmaq cəhdlərinə baxmayaraq, dünyanın diqqət mərkəzində olan futbol bayramı ən yüksək səviyyədə baş tutacaq və milyonlarla futbol azarkeşi bundan zövq alacaq.

Paylaş:
Baxılıb: 702 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30