Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Azərbaycana xəyanət edən hər kəs mütləq qanun qarşısında cavab verəcək

Azərbaycana xəyanət edən hər kəs mütləq qanun qarşısında cavab verəcək

02.03.2019 [09:42]

Pərviz Sadayoğlu

Ermənistan agenti, Azərbaycan Respublikasının ərazi bütövlüyü əleyhinə çağırışlar edən Fəxrəddin Abbasovun hüquqi məsuliyyətə cəlb olunması bunu bir daha təsdiqləyir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəxrəddin Fərman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (Milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinib. DTX-nin ictimai əlaqələr şöbəsinin yaydığı məlumata görə, F.Abbasovun bu əməllərə görə təqsirləndirilən şəxs kimi məsuliyyətə cəlb olunmasına dair qərar qəbul edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2018-ci il 14 iyul tarixli qərarı ilə Abbasov Fəxrəddin Fərman oğlunun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunduğu kimi, Fəxrəddin Abbasov Rusiya Federasiyasında müvəqqəti yaşamaq hüququ müddətinin bitməsi ilə əlaqədar Moskva vilayəti Lyuberetsk şəhər məhkəməsinin deportasiya haqqında qərarı icra olunarkən 2019-cu ildə fevralın 28-də Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib. Hazırda Fəxrəddin Abbasovun işğalçı Ermənistana səfərləri, özünün də bildirməsinə görə Ermənistan xüsusi xidmət orqanının əməkdaşı ilə apardığı görüş və əlaqələrinin mahiyyəti, Ermənistanda keçirilən və kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə yayımlanan tədbirlərə canlı yayımda qoşularaq Azərbaycan Respublikası və onun ərazi bütövlüyü əleyhinə etdiyi çağırışlar və digər əlaqəli məsələlərlə bağlı istintaq araşdırmaları davam etdirilir.
Bir sözlə, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışlar edən, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistanın agenti olan F.Abbasovun əməlləri Azərbaycan cəmiyyətinə yaxşı tanışdır. Sosial şəbəkələrdə erməniləri açıq şəkildə dəstəkləyən, hətta onlarla dostluqlarını gizlətməyən F.Abbasov öz xalqına və Vətəninə xəyanət edənlərdəndir. O uzun illərdir Azərbaycana qarşı hədyanlar yağdırmaqla, ölkəmizin ərazi bütövlüyü əleyhinə fəaliyyət göstərməklə məşğul olub, müxtəlif konfranslarda ölkəmiz əleyhinə təxribatlar törədib. F.Abbasovun, xarici xüsusi xidmət orqanlarının, ən əsası Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirməsinə dair əsaslı faktlar var.
Təbiidir ki, Azərbaycan hüquqi dövlətdir və cinayət törədən, xüsusilə də ölkəmizə xəyanət edən, ərazi bütövlüyümüzə qarşı çıxış edən hər bir kəs qanun qarşısında cavab verərək layiqli cəzasını alır. Elə F.Abbasovun hüquqi məsuliyyətə cəlb olunması da bu faktı bir daha təsdiqləyir. Ümumiyyətlə, öz dövlətinə və xalqına qarşı xain əməllər törədənlər bilməlidirlər ki, harda olmalarından asılı olmayaraq gec-tez qanun qarşısında cavab verməli olacaqlar.

Paylaş:
Baxılıb: 620 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30