Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Qondarma “Milli şura”da yer davası

Qondarma “Milli şura”da yer davası

04.06.2013 [00:39]

Mübariz Abdullayev

Radikallar yeni ad altında birləşdiklərini iddia etsələr də, əməldə heç vaxt, heç bir məsələdə ortaq məxrəcə gələ bilməyəcəklər
Radikal müxalifət düşərgəsində zaman-zaman müxtəlif adlar altında çeşidli birliklər yaransa da, onlar cəmiyyətin sosial-siyasi sifarişi olmadığından öz yerlərini tarixin toz basmış arxivində tapıblar. Bu cəhətdən şübhə yoxdur ki, bu günlərdə bir qrup radikal müxalifət təmsilçisinin elan etdiyi qondarma “Milli şura” da eyni aqibətlə üzləşəcək.
Belə qənaətə gəlməyə isə hər cür əsas var. Əvvala, radikal düşərgədə yaranıb tez də sıradan çıxan əksər qondarma qurumlar kimi, “Milli şura”nın da Azərbaycan cəmiyyəti ilə hər hansı şəkildə bağlılığı yoxdur. Kosmopolit, daha çox da ermənipərəstliyi ilə tanınan kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən bu qondarma qurum, əslində, xaricdəki anti-Azərbaycan dairələrin mətbəxində hazırlanıb və onun hədəfi də respublikamızda sözügedən dairələrin məkrli niyyətlərini reallaşdırmaqdan ibarətdir. Buna görə də, qondarma “Milli şura”ya Azərbaycan cəmiyyətinin bütün sağlam qüvvələrindən sərt təpkilər gəlir.
Qondarma “Milli şura”nın taleyini şübhə altına alan məqam yalnız Azərbaycan cəmiyyətinin sağlam qüvvələrinin etirazları ilə bağlı deyil. Məsələ burasındadır ki, radikallar “Milli şura” ətrafında süni ajiotaj yaradaraq onu cəmi müxalifətin yeni koalisiyası kimi təqdim etsələr də, müxalifət düşərgəsinin özündə də qondarma quruma münasibət birmənalı deyil. Daha dəqiq ifadə etsək, “Milli şura”nın elan olunması müxalifət partiyaları arasında əks cəbhələrin meydana gəlməsi ilə nəticələnib. ADP, AVP, ASDP,VİP, BAXCP, BQP, Ədalət, Azadlıq və bu qəbildən olan digər partiyalar lap əvvəldən “Milli şura”nın yaradılmasını milli maraqlara xəyanət kimi qiymətləndirərək onunla bağlı müzakirələrə ümumiyyətlə qoşulmamışlar.
“Milli şura” ətrafında növbəti narazılıq dalğası isə qondarma qurum elan edildikdən sonra yaranıb. Belə ki, müxtəlif vədlərə aldanaraq “Milli şura”da təmsilçiliyə razılıq verən partiyalar burada yer bölgüsünün düzgün aparılmadığına etirazlarını bildirirlər.
Məlumdur ki, AXCP və Müsavat Partiyası ermənipərəst Rüstəm İbrahimbəyovun gündəmə gətirdiyi “Milli şura”ya şərtlər daxilində qoşulub. Daha dəqiq desək, özlərini radikal düşərgənin əsas güc mərkəzləri sayan bu iki partiya öz ənənələrinə sadiq qalaraq “Milli şura” nədirsə, ondan da daha artıq dərəcədə yararlanmaq niyyətindədirlər. Onlar məhz xəyallarında ehtimal etdikləri maddi və siyasi dividentlər müqabilində “Milli şura”ya “yox” deməyi bacarmadılar. Lakin “Milli şura” ilə bağlı verilən ilk açıqlamalardan bəlli olur ki, AXCP ilə “Müsavat”ın təmsilçilərinin qondarma qurumdan gözləntiləri heç də doğrulmayıb, əksinə, onlar arzu etmədikləri situasiya ilə üzləşiblər.
Verilən açıqlamalarda bildirilir ki, “Milli şura”da AXCP və “Müsavat”ın hər birinə 10 təmsilçilik yerinin ayrılması nəzərdə tutulub. Reneqat Eldar Namazovun rəhbərlik etdiyi “El” hərəkatına da “Milli şura”da eyni sayda təmsilçilik yeri ayrılması planlaşdırılır. Əli Kərimli ilə İsa Qəmbəri narazı salan amil odur ki, “El” hərəkatı hələ təzə yaranıb, təşkilatlanmayıb və elektoratı da yox səviyyəsindədir. Onlar hələ “ağzından süd iyi gələn” bir qurumun “müxalifətin güc mərkəzləri” ilə eyniləşdirilməsinin fərqindədirlər və bildirirlər ki, əgər qondarma qurumda “El”ə 10 yer veriləcəksə, onda AXCP-nin və “Müsavat”ın payına düşən yerlərin sayı mütləq artırılmalıdır.
Lakin hadisələrin axarı bir daha göstərir ki, Əli Kərimli və İsa Qəmbərin öz partiyalarını “güc mərkəzləri” saymalarına rəğmən, “Milli şura”da onları başda əyləşdirmək niyyətində deyillər və iddiaları da təmin olunmayacaq. Əli Kərimli ilə İsa Qəmbərin “menyu”suna daha bir bəd xəbər yenə “Milli şura” məsələsini gündəmə gətirən Rüstəm İbrahimbəyovdan gəlib. Belə ki, sonuncu “cəbhəçilərin” və “müsavatçıların” təpkilərinə məhəl qoymayaraq Lalə Şövkət Hacıyevanın “lider”i olduğu Azərbaycan Liberal Partiyasına da 10 təmsilçilik yerinin ayrılmasını israr edir. AXCP ilə “Müsavat”ı yenə narazı salan odur ki, Lalə Şövkət artıq bir neçə ildir ki, aktiv siyasətdə deyil, son vaxtlarda ALP-nin fəaliyyəti hiss olunmur. “Cəbhəçilər” və “müsavatçılar” o qənaətdədirlər ki, qondarma “El”in ardından belə zəif partiyaya “Milli şura”da AXCP ilə “Müsavat” qədər yer ayrılması heç bir ədalət normasına cavab vermir. Onlar sual edirlər: Hansı meyarlara görə AXCP və Müsavat Partiyası ilə “El” hərəkatı və Liberal Partiyası arasında bərabərlik işarəsi qoyulmalıdır? Qoca kinodramaturq Rüstəm İbrahimbəyov isə jest edir ki, onların sualını cavablandırmaq niyyətində deyil. Necə deyərlər, pul kisəsini əlində tutan mərkəzlərin sifarişləri müzakirə olunmur və qeyd-şərtsiz yerinə yetirilməlidir.
Lakin qondarma “Milli şura”da yer davası yalnız yuxarıda vurğuladığımız partiyalar arasında getmir. Saxta qurumda təmsilçiliyə razılıq verən KXCP, VHP, ACP də “Milli şura”da onlar üçün nəzərdə tutulan yerlərin sayından narazıdırlar. Verilən açıqlamalarda bildirilir ki, bu qurumlar “Milli şura”da ən yaxşı halda 3-4 yerlə təmsil olunacaqlar. Lakin sözügedən partiyalar belə bölgünün “qeyri-demokratik” olduğu qənaətindədirlər. Onlar israr edirlər ki, “Milli şura” paritet əsaslarla formalaşmalıdır, yəni “böyük qardaş, kiçik qardaş” prinsipi aradan qaldırılmalı və bütün üzvlərə bərabər sayda yer verilməlidir. Vətəndaş Həmrəyliyi Partiyası isə parlament partiyası olduğunu səsləndirərək daha iddialı təmsilçilik hüququ qazanmaq niyyətindədir.
Qondarma “Milli şura”da ilk gündən alovlanan yer davası onu göstərir ki, radikallar yeni ad altında birləşdiklərini bildirsələr də, əməldə heç vaxt ortaq məxrəcə gələ bilməyəcəklər. Bu da onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun “Milli şura”sı da elə üzvlər arasında baş alıb gedən ziddiyyətlər burulğanında tezliklə məhv olub sıradan çıxacaq.

Paylaş:
Baxılıb: 1327 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30