Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət anti-azərbaycançı mərkəzlərin əmrlərini yerinə yetirir

Radikal müxalifət anti-azərbaycançı mərkəzlərin əmrlərini yerinə yetirir

31.12.2016 [11:12]

Pərviz Sadayoğlu

Partiyadaxili problemlərini həll etmək iqtidarında olmayanların birgə “toplantı” keçirməsi ermənipərəst dairələrin sifarişinə əsaslanır
Ölkəmizdəki radikal müxalifət düşərgəsinin təmsilçiləri antimilli mövqe tutduqlarını hər addımda büruzə verirlər. Hər zaman dövlət mənafeyinə və milli maraqlara düşmən kəsilən, dünya erməniliyinin apardığı anti-azərbaycançı siyasətin Azərbaycanda təmsilçisi rolunu üstlənən dağıdıcılar həmin antimilli mərkəzlərin verdikləri ianələri əldə etmək üçün bütün yollara baş vururlar. Bir sözlə, müxalifliyi, fikir ayrılığını yalnız radikal çərçivədə dəyərləndirən, xəyanəti özünə peşə seçən radikal ünsürlər anti-azərbaycançı dairələrin ucuz şoularında oynadıqları “rol”un qarşılığında “siyasi başgirləməklərlə” məşğuldurlar.
Bu məqamda qeyd edək ki, bu ilin sentyabr ayında, yəni ölkəmizdə keçirilən referendum öncəsi uğursuz mitinq şouları ilə epizodik şəkildə “gözə dəyən” radikal müxalifət ondan sonra “qeybə” çəkilmişdi. Ümumiyyətlə, radikallar artıq uzun illərdir siyasi palitranın “epizodik qəhrəmanları”na çevriliblər. Belə ki, onlar sifarişlərini icra etdikləri xarici ermənipərəst dairələrin əmri ilə “aktivləşmə fazası”na qədəm qoyurlar. Əmr və ya sifariş olmadıqda isə partiyadaxili çəkişmələrlə, parçalanmalarla, qarşılıqlı ittihamlarla “başını girləyən” radikal kəsim yalnız sosial şəbəkələrdə, eləcə də bəzi internet resurslarında gözə dəyməklə varlıqlarını sürdürürlər.
Elə bir neçə gün öncə dağıdıcı düşərgənin adından və sədrindən ibarət “partiyalar”ının “toplantısı” da məhz xarici ermənipərəst mərkəzlərin sifarişinə əsaslanır. Qeyd edək ki, guya “ölkəmizdəki problemlərdən çıxış yolu” tapmağa çalışan dağıdıcı ünsürlər yenə də taftalogiyaya güc veriblər. Daha doğrusu hər zaman dil pəhləvanlığı ilə məşhur olan radikallar bu dəfə də pul aldıqları dairələrin gözündən pədrə asmaq, aldıqları sifarişi yerinə yetirdiklərini sübut etmək üçün boş danışıqlarla “toplantılarını” başa vurublar.
Təbii ki, radikalların toplantıları da özləri kimi saxta və qeyri-ciddi xarakter daşıyır. Eyni zamanda, illərdir ki, partiyadaxili, düşərgədaxili problemlərini həll etmək iqtidarında olmayanların birdən-birə “ölkə” ilə bağlı “məsləhətlər verməsinin” arxasında mütləq şəkildə fərqli maraqlar dayanır. Görünür, dağıdıcı ünsürlər xarici imperialist mərkəzlərdən aldıqları yeni direktivləri, tezisləri Azərbaycan cəmiyyətinə ötürməyə çalışırlar. Əks halda indiyə qədər hər hansı bir məsələ ilə bağlı bir təklif səsləndirə və ya konsepsiya təqdim edə bilməyənlər niyə “fəallaşmaq” fikrinə düşüblər. Bunun da arxasında ölkədə qarşıdurma yaratmaq və ya siyasi sabitliyi pozmaq niyyətinin dayandığı ortadadır.
Bəli, illərdir anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən radikal düşərgə bu dəfə də öz köhnə “hava”sını çalmaqla ianələr qazanmağı “məqsədəuyğun” sayır.
Amma radikal düşərgə etdiyi xəyanətin cavabını Azərbaycan xalqından layiqli şəkildə alır. Azərbaycan xalqı hər zaman olduğu kimi, bu gün də radikal düşərgəyə etinasızlıq və etimadsızlıq nümayiş etdirməklə onlara qarşı münasibətlərini ortaya qoyur. Ölkəmizdə həyata keçirilən islahatları dəstəkləyən vətəndaşlarımız xarici ermənipərəstlərin “danışan dilinə” çevrilən dağıdıcı ünsürlərin yalanlarını ifşa edir, onların əsl simasını bir daha ortaya qoyurlar. Bir sözlə, radikal düşərgə hər zaman yalnız bir nəticə ilə barışmalı olur, o da ağır fiasko ilə...

Paylaş:
Baxılıb: 1033 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31